Məhkəmə qərarları › İş №e-2(003)-3034/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3034/2024

30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3034/2024 30.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X6 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2140,66 manat məbləğində əsas borcun, 21,42 manat məbləğində faiz borcunun, cəmi 2162,08 manat borcun və 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X10 məhkəmə iclasıda bildirdi ki, X7 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 20 % olmaqla 7500 manat məbləğində kredit vermişdir. X7 xx.xx.2022-ci ildə vəfat etmişdir.Cavabdeh X3 qanuni vərəsəsi arvadıdır.X2 tərəfindən vərəsəsinə qalan miras əmlak Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin infrastruktur departamentinin yol xidmətinin xx.xx.2022-ci il P-124/1 saylı məktubuna əsasən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin infrastruktur departamentinin yol xidməti tərəfindən mərhuma çatası 1795.4 (min yeddi yüz doxsan beş manat qırx qəpik) müavinətdən ibarətdir.Hazırda X1 banka 2162,08 manat borcu var.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, CC/67283/76/22 sayl kredit sazişindən görünür ki, İddiaçı ASC tərəfindən X5 36 ay müddətində illik 20% hesablanmaqla 7500 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı ASC-yə hər ay 278,73 manat, sonuncu ay 282,22 manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 İddiaçı ASC-yə xx.xx.2020ci il tarixli müqaviləyə əsasən 2140,66 manat əsas, 21,42 manat faiz borcu vardır. İş materiallarında olan AZ-İİ seriyalı, 234180 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan V-ЖГ seriyalı, 491710 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X8 arasında xx.xx.1990-ci ildə nikah bağlanmışdır.Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin infrastruktur departamentinin yol xidmətinin xx.xx.2022-ci il tarixli, P-124/1 saylı məktubundan görünür ki, X3 vərəsəsinə (vərəsəlik notarial qaydada təsdiq edildikdən sonra) 1795,40 manat məbləğində müavinət ödəniləcək. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi olan arvadı Cavabdeh mirasdan tam pay alamlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcələnin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcələnin 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmədə müəyyən olundu ki, X4 vərəsəsi-arvadı Cavabdehdır.Buna görə məhkəmə hesab edir ki, Cavabdeh mərhum X3 vərəsəsi kimi mirası və onun bank qarşısındakı öhdəliyini qəbul etmiş, lakin kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcu qaytarmamaqla pul öhdəliyini yerinə yetirməmişdir.Odur ki, iddia tələbi təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 42 manat məbləğində dövlət rüsumu ödəilmişdir. Məhkəmə həmçinin iddianın 42 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlərin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə iddiaçıya əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı, eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabde Cavabdeh 2140,66 manat əsas borc, 21,42 manat faiz borcu və 42 manat dövlət rüsumu olmaqla cəmi 2204,08 (iki min iki yüz dörd manat, səkkiz qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar