Məhkəmə qərarları › İş №e-2(003)-3092/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3092/2025

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3092/2025 16.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynova Mələk Bəxtiyar qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cəmi borcu 5.700,45 (beş min yeddi yüz dollar, 45 sent) ABŞ dolları-bundan 1.663,51 (bir min altı yüz altmış üç dollar, 51 sent) ABŞ dolları əsas, 531,44 (beş yüz otuz bir dollar, 44 sent) ABŞ dolları faiz, 3.269,06 (üç min iki yüz altmış doqquz dollar, 06 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 236,44 (iki yüz otuz altı dollar, 44 sent) ABŞ dollarıfaiz borcu və iş üzrə ödənilmiş 116,91 (yüz on altı manat, 91 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2arasında bağlanmış 90004856 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə və Cavabdeh1arasında bağlanmış 90004856 nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 9.658,78 (doqquz min altı yüz əlli səkkiz dollar, 78 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən (1USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. xx.xx.2015ci il tarixli 1/21/79100784-USD nömrəlikassa-məxaric orderindən görünür ki, xx.xx.2015-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindənCavabdeh27.660 (yeddi min altı yüz altmış) ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə orderə imza atmaqla 7.660 (yeddi min altı yüz altmış) ABŞ dolları məbləğində pulun götürülməsini təsdiq etmişdir. Hazırda Bank tərəfindən 90004856 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi Kredit və Zaminlik müqavilələrininməhkəməyə təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması olmuşdur. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 5.700,45 (beş min yeddi yüz dollar, 45 sent) ABŞ dolları təşkil edir. Bundan 1.663,51 (bir min altı yüz altmış üç dollar, 51 sent) ABŞ dolları əsas, 531,44 (beş yüz otuz bir dollar, 44 sent) ABŞ dolları faiz, 3.269,06 (üç min iki yüz altmış doqquz dollar, 06 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonraAR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 236,44 (iki yüz otuz altı dollar, 44 sent) ABŞ dolları faiz borcu təşkil edir.

Tərəflərin izahatları.

3. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək,işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 qanuni nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.

5. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 90004856 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə və Cavabdeh1arasında bağlanmış 90004856 nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 9.658,78 (doqquz min altı yüz əlli səkkiz dollar, 78 sent) ABŞ dolları hesablanmışdır.

7. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən (1USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilmə ilə razılığa gəlmişdirlər.

8. xx.xx.2015-ci il tarixli nömrəli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 iddiaçı bankın kassasından 7660 ABŞ dolları məbləğində pul vəsaiti verilmiş və sonuncu tərəfindən bu barədə tərtib edilmiş orderə imza edilmişdir.

9. İddiaçı ASC (Kreditor), Cavabdeh2 (Borcalan) və Cavabdeh1 (Zamin) arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 90004856/ZM nömrəli zaminlik müqaviləsi üzrə əlavə sazişdən görünür ki, bu müqavilənin predmeti xx.xx.2015-ci il tarixli, 90004856 nömrəli kredit müqaviləsi üzrə bankdan kredit götürmüş “Borcalan” tərəfindən “Kreditor” qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti “Zamin”in və ya “Zamin”lərin öz üzərinə götürməsidir.

10. İddiaçı ASC (Kreditor) və Cavabdeh2 (Borcalan) arasında 14 iyul 2017-ci il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli, 90004856 nömrəli kredit müqaviləsinə 01 nömrəli əlavə sazişdən görünür ki, “Kreditor”un “Borcalan”a verdiyi kreditin qalıq məbləği 9658,78 ABŞ dolları təşkil edir, kreditin müddəti 89 ay, kreditin illik faiz dərəcəsi 8% təyin edilir.

11. İddiaçı ASC (Kreditor) və Cavabdeh2 (Borcalan) arasında 14 iyul 2017-ci il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli, 90004856 nömrəli kredit müqaviləsi üzrə 01 nömrəli əlavə sazişdən görünür ki, “Borcalan”ın “Kreditor” qarşısındakı kredit öhdəliyinin qalığı 9658,78 ABŞ dolları, “Borcalan”ın “Kreditor” qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 6490.64 ABŞ dolları əsas borc, 2625,84 ABŞ dolları faiz borcu və 542,3 ABŞ dolları cərimə borcu və restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixinədək təşkil edir.

12. xx.xx.2015-ci il tarixli, 90004856 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, kredit müqaviləsi üzrə yeni ödəniş cədvəli təsdiq edilmiş və restrukturizasiya edilmiş kredit borcunun xx.xx.2017 – xx.xx.2022-ci il tarixləri arasında hər ay 131,61 manat (sonuncu ay 131,36 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

13. İddiaçı ASC (Kreditor), Cavabdeh2 (Borcalan) və Cavabdeh1 (Zamin) arasında xx.xx.2017-ci il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli, 90004856 nömrəli zaminlik müqaviləsi üzrə 01 nömrəli əlavə sazişdən görünür ki, “Zamin” bu əlavə sazişi imzalamaqla xx.xx.2015-ci il tarixli, 90004856 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən 01 saylı, 14 iyul 2017-ci il tarixli əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir.

14. 7 may 2025-ci il tarixli, 12-5/2-A-23-7540/2025 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 90004856 nömrəli kredit müqaviləsi üzrə 06 may 2025-ci il tarixinə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 1663,51 ABŞ dolları əsas, 531,44 ABŞ dolları faiz, 3269,06 ABŞ dolları cərimə və gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% hesablanmış 236,44 ABŞ dolları faiz olmaqla, cəmi 5700,45 ABŞ dolları məbləğində borcu vardır.

15. xx.xx.2025-ci il tarixli, A-41-75-35 nömrəli bildirişdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 90004856 nömrəli kredit müqaviləsi üzrə borcun məbləği barədə xəbərdar edilmiş və həmin borcun 3 (üç) gün ərzində ödənilmədiyi təqdirdə bankın öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı qeyd edilmişdir.

İşin faktiki halları.

16. İddiaçı ASC (Bank) və Cavabdeh2 (Borc alan) arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Bank tərəfindən Borc alana şəxsi istehlak məqsədləri üçün, 89 ay müddətinə, illik 8% ödənilmək şərti ilə ilkin məbləğ 7563,28 ABŞ dolları məbləğində kredit verilmiş, borcalan isə həmin kredit məbləğini məqsədli təyinatına uyğun istifadə etməyi, müəyyən olunmuş müddətdə onu faizi lə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür.

17. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini məqsədilə İddiaçı ASC (Bank) və Cavabdeh1 (Zamin) arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, Zamin Borc alanın kreditor qarşısında yaranmış öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyəti tam həcmdə öz üzərinə götürmüşdür.

18. Həm kredit müqaviləsi, həm də zaminlik müqaviləsi üzrə tərəflərlə əlavə sazişlər imzalanaraq, öhdəliklərin icra müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Tətbiq edilən hüquq.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

Məhkəmənin mövqeyi.

21. İşin halları və mülki qanunvericiliyin yuxarıda istinad edilmiş normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı Bank cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş məbləğdə krediti cavabdehə vermişdir. Cavabdeh isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduqları halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcu tələb etməkdə haqlı olmuşdur.

22. Lakin tələb edilən borcun məbləği ilə məhkəmə qismən razılaşmır. Belə ki, iş materiallarında olan müqavilə üzrə əsas borc 1663,51 ABŞ dolları, faiz borcu isə 531,44 ABŞ dolları məbləğində hesablanmışdır. Belə ki, tələb edilən 236,44 ABŞ dolları faiz borcu müqavilənin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən maliyyə arayışının tərtib edildiyi xx.xx.2025-ci il tarixədək gecikməyə görə əsas borcun illik 5%-i ilə düzgün hesablanmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, iddiaçı həmin borcu tələb etməkdə haqlı olmuşdur.

23. Tələb edilən 3269,06 ABŞ dolları məbləğində cəriməyə münasibətdə isə məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, dəbbə pulu (cərimə, penya) öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrındа göstərilmişdir ki, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır.

24. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Odur ki, cаvаbdehdən tutulacaq cərimənin miqdаrının аzаldılаrаq 50 ABŞ dolları məbləğində müəyyən edilməsi məqsədəuyğundur.

25. Lakin məhkəmə hesab edir ki, borc yalnız Cavabdeh2 tutulmalı, zamin- Cavabdeh1 münasibətdə isə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

26. Hazırkı iş üzrə cavabdehin zamin olduğu kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə xx.xx.2025-ci ildə məhkəməyə müraciət etmişdir. Bu vəziyyətdə iddiaçı tərəfindən zaminə qarşı tələb irəli sürmək üçün bir illik kəsici müddət artıq keçdiyindən onun zaminliyinə xitam verilmişdir. Odur ki, iddia Cavabdeh1 münasibətdə təmin edilməməlidir.

27. Hazırkı iş üzrə kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. xx.xx.2025-ci il tarixdə təqdim edilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə bağlı çıxarışdan görünür ki, iddiaçı isə hazırkı iddia ərizəsi ilə xx.xx.2025-ci ildə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən iddia 3 illik iddia müddəti ötürülmədən məhkəməyə müraciət edilmişdir. Odur ki, iddia Cavabdeh2 münasibətdə qismən təmin edilməlidir.

Məhkəmə xərcləri.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 116,91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

30. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə (2481,39 ABŞ dolları) mütənasib olan 52 manat hissəsi Cavabdeh2 tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci il tarixli, 90004856 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1663,51 ABŞ dolları əsas, 531,44 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə və gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 236,44 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2481,39 ABŞ dolları (iki min dörd yüz səksən bir dollar, otuz doqquz sent) məbləğində borc (qətnamənin icra edildiyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla və 52 manat (əlli iki) məbləğində dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.

32. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1663,51 ABŞ dolları əsas, 531,44 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə və gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 236,44 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 2481,39 ABŞ dolları (iki min dörd yüz səksən bir dollar, otuz doqquz sent) məbləğində borc (qətnamənin icra edildiyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) və 52 manat (əlli iki) məbləğində dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mələk Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar