Məhkəmə qərarları › İş №e-2(003)-3095/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3095/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3095/2025 03.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fəzrəliyeva Tünzalə Baləli qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, cəmi borcu 4703.19 (dörd min yeddi yüz üç ABŞ dolları 19 sent” ABŞ dolları-bundan 1203.11 (bir min iki yüz üç ABŞ dolları 11sent) ABŞ dolları əsas, 731.6 (yeddi yüz otuz bir ABŞ dolları 60 sent) ABŞ dolları faiz, 2594.4 (iki min beş yüz doxsan dörd ABŞ dolları 40 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanmış 174.08 (bir yüz yetmiş dörd ABŞ dolları 08 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 99.96 (doxsan doqquz manat 96 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X4 elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı ASC-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəfindən nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməməsi barədə elektron qaydada ərizə təqdim edərək, məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq, cavabdehlərin iştirakı olmadan iş üzrə məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizələri, barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, bir tərəfdən İddiaçı ASC, ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X2 şəxsində, digər tərəfdən Cavabdeh1 (cavabdeh-borclu) və Cavabdeh2 (cavabdeh-zamin) aşağıdakı şərtlərlə barşıqı sazişi bağlamışlar: Maddə 1. Sazişin mövzusu. Bu Sazişin mövzusunu xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cəmi 4.703,19 ABŞ dolları – bundan 1203,11 ABŞ dolları əsas, 731,60 ABŞ dolları faiz, 2.594,40 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonraAR Komnstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 174,08 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 99,96 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan Dəmirbank” ASC-nin xeyrinə tutulmasına dair Xəzər Rayon Məkhəməsinin icraatında olan mülki mübahisənin barışıq yolu ilə həll edilməsi təşkil edir. Maddə 2. Barışığın şərtləri. 2.1) Cavabdeh-borclunun kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə BƏŞ-də 1203.11 (bir min iki yüz üç ABŞ dolları 11 sent) ABŞ dolları əsas, 731.6 (yeddi yüz otuz bir ABŞ dolları 60 sent) ABŞ dolları faiz, 2460.91 (iki min dörd yüz altmış ABŞ dolları 91 sent) ABŞ dolları köçürülmüş faizlər və 133.49 (bir yüz otuz üç ABŞ dolları 49 sent) ABŞ dolları cərimə borc öhdəliyi mövcuddur; 2.2) Kredit müqaviləsi üzrə faiz borcundan 800 (səkkiz yüz) manat (1 ABŞ dolları=1.40 manat məzənnəsi) məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 2400 (iki min dörd yüz) manat (1 ABŞ dolları=1.40 məzənnəsi) məbləğində borcun 12 (on iki) ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2025-ci ilin oktyabr ayından başlayaraq, hər ay 200 (iki yüz) manatın ödənilməsi öhdəliyini cavabdeh-borclu öz üzrəinə götürür; 2.3) İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 2400 (iki min dörd yüz) manat borc məbləğinin cavabdeh-borclu tərəfindən ödənilməsinə 12 (on iki) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür; 2.4) Cavabdehborclu bu sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində və ya hər hansı ardıcıllıqla 3 dəfə vaxtında və ya lazımı qaydada icra etmədikdə bu sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 1-ci bəndində göstərilən borc məbləği tam şəkildə cavabdehborclu və cavabdeh-zamindən tutulacaqdır. İddiaçı cavabdeh-borcluyta və cavabdehzaminə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir.; 2.5) Bu sazişin 2.2-ci bəndi cavabdeh-borclu tərəfindən lazımınca və ya vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. Göründüyü kimi, hazırkı mülki iş üzrə tərəflərin məhkəməyə təqdim etdikləri xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən mübahisəni tərəflər qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən tərəflər arasında mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin (bundan sonra “MPM”) 5.4cü maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmayıbsa, tərəflər məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilərlər. MPM-in 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-in 261.0 və 261.0.5-ci maddələrinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər biri göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilməsini xahiş etdiklərindən işə mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmamaqla hər hansı üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilir. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddia tələbi mahiyyəti üzrə baxıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və MPM-in 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin: Maddə 2. Barışığın şərtləri 2.1. Cavabdeh-borclunun kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə BƏŞ-də 1203.11 (bir min iki yüz üç ABŞ dolları 11 sent) ABŞ dolları əsas, 731.6 (yeddi yüz otuz bir ABŞ dolları 60 sent) ABŞ dolları faiz, 2460.91 (iki min dörd yüz altmış ABŞ dolları 91 sent) ABŞ dolları köçürülmüş faizlər və 133.49 (bir yüz otuz üç ABŞ dolları 49 sent) ABŞ dolları cərimə borc öhdəliyi mövcuddur. 2.2. Kredit müqaviləsi üzrə faiz borcundan 800 (səkkiz yüz) manat (1 ABŞ dolları=1.40 manat məzənnəsi) məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 2400 (iki min dörd yüz) manat (1 ABŞ dolları=1.40 məzənnəsi) məbləğində borcun 12 (on iki) ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2025-ci ilin oktyabr ayından başlayaraq, hər ay 200 (iki yüz) manatın ödənilməsi öhdəliyini cavabdeh-borclu öz üzrəinə götürür. 2.3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 2400 (iki min dörd yüz) manat borc məbləğinin cavabdeh-borclu tərəfindən ödənilməsinə 12 (on iki) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Cavabdeh-borclu bu sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində və ya hər hansı ardıcıllıqla 3 dəfə vaxtında və ya lazımı qaydada icra etmədikdə bu sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 1-ci bəndində göstərilən borc məbləği tam şəkildə cavabdeh-borclu və cavabdeh-zami9ndən tutulacaqdır. İddiaçı cavabdeh-borcluyta və cavabdeh-zaminə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir. 2.5. Bu sazişin 2.2-ci bəndi cavabdeh-borclu tərəfindən lazımınca və ya vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair e-2(003)-3095/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar