Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3116/2025 03.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 11 850,14 (on bir min səkkiz yüz əlli manat 14 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 406,44 (dörd yüz altı manat 44 qəpik) manat və 126,77 (bir yüz iyirmi altı manat 77 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 12 383,35 (on iki min üç yüz səksən üç manat 35 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz it VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edəsiniz.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeharasında xx.xx.2025-ci il tarixində 03-14270 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindəm **********1090 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X2 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 4147,20 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 725,76 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 202,08 manat (video); xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 597,50 manat (video); Cəmi 11 850,14 ( on bir min səkkiz yüz əlli manat 14 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Bildiririk ki, cavabdehin ödənilməmiş 2020-ci ilin noyabr-dekabr ayları üzrə 41,90 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 310,60 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-fevral ayları üzrə 62,64 manat sərfiyyat borcu və uçotu pozulmuş qaz sərfin 17,80 manat sərfiyyat borcu, cəmi 432,94 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin noyabr ayından 2025-ci ilin iyun ayına qədər cavabdeh 26,50 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 406,44 (dörd yüz altı manat 44 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümum12 256,58 (on iki min iki yüz əlli altı manat 58 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. Daha sonra iddiaçının nümayəndəsi elektron kabineti vasitəsilə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh borcunu öz ərizəsi ilə etiraf edərək qəbul etdiyini, bundan əlavə onun təqsirli hərəkətlərinin Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Tənzimləmə Agentliyinin Qərar və Protokolları ilə təsdiq edildiyini, iddia tələbi üzrə cavabdehin "Azəriqaz" İB-yə olan ümumilikdə 12 383,35 manat borcdan 11 850.14 manat hissəsi - sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə nəticəsində dəymiş ziyan məbləğinin dəyəri, bundan 597.50 manat hissəsi Energetika Nazirliyinin Enerji Tənzimlənmə Agentliyi tərəfindən təsdiq edilmiş, 406.44 manat hissəsi - debitor borc məbləği.
4. İddiaçınə məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Bununla belə, iddiaçının nümayəndəsi elektron kabineti vasitəsilə məhkəməyə ərizə təqdim edərək, mülki iş üzrə təyin olunmuş məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddia ərizəsini təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 03-14270 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”ndən görünür ki, İddiaçı müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh keyfiyyətli qazla təin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürür.
7. 02.07.2025-ci il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent Cavabdeh, abonent kodu 1**********1090, ünvan ünvan 2ibi 5, sayğac quraşdırılma tarixi xx.xx.2022-ci il və həmin abonent saldosuna əsasən ümumilikdə 12256.58 manat borc mövcuddur.
8. xx.xx.2022-ci il tarixli (0367675 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 4147.2 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (Qapı açılmadı qeyd edilmişdir).
9. xx.xx.2022-ci il tarixli (0367675 saylı) Akt və xx.xx.2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 734.4 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir).
10. xx.xx.2023-cü il tarixli (0375223 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 734.4 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir).
11. xx.xx.2023-cü il tarixli (0376616 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 734.4 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir).
12. xx.xx.2023-cü il tarixli (0372888 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 734.4 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir).
13. xx.xx.2023-cü il tarixli (0381321 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 734.4 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir).
14. xx.xx.2023-cü il tarixli (0384263 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 725.76 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir).
15. xx.xx.2023-cü il tarixli (0392236 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 362.88 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir).
16. xx.xx.2023-cü il tarixli (0392380 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 181.44 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir).
17. xx.xx.2023-cü il tarixli (0397662 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 246.24 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir).
18. xx.xx.2023-cü il tarixli (0410118 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 306.72 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir).
19. xx.xx.2023-cü il tarixli (0411212 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 306.72 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir).
20. xx.xx.2024-cü il tarixli (0421049 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 306.72 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır.
21. xx.xx.2024-cü il tarixli (0420620 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 306.72 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir).
22. xx.xx.2024-cü il tarixli (0422424 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 306.72 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir).
23. xx.xx.2024-cü il tarixli (0424376 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 181.44 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İştirak etmədi qeyd edilmişdir).
24. xx.xx.2024-cü il tarixli (0427497 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 20208 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir).
25. xx.xx.2024-cü il tarixli (0427354 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 597.5 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır .
26. X1 Agentliyinin Bakı filialı tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixli, ******* nömrəli protokola baxılaraq, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Q.İsmayıl küçəsi, ev 1, mənzil 109 ünvanında qazpaylayıcı tərəfindən sayğacdan kənar qoşulmaqla az miqdarda (597.5 manat) təbii qazın talanması aşkar edilmişdir və Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
27. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
29. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə (əqd) olmalıdır.
30. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
31. 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
32. 1096.1-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun:
33. 3.4-cü maddəsinə əsasən, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
34. 11.6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
35. 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın:
36. 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır.
37. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
38. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.
39. 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Məhkəmənin mövqeyi:
40. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
41. İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisə tərəfləri istehlakçı (cavabdeh) Cavabdeh ilə qaz paylayıcısı (iddiaçı) İddiaçı İB xx.xx.2025-ci il tarixli, 03- 14270 nömrəli “Qazın alqı-satqısı müqaviləsi” bağlanmış və Cavabdeh məxsus, abonent kodu 1**********1090 olan ünvan 3 ünvana təbii qaz verilmişdir.
42. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, İddiaçı İB tərəfindən istehlakçı Cavabdeh sayğacdan kənar qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etdiyi halı aşkar edilərək aktlar tərtib olunmaqla, dəymiş zərər kimi 11850.14 manat borc hesablanmış və bu borc məbləği iddiaçının abonent saldosuna daxil edilmişdir. Habelə cavabdehin istifadə etdiyi təbii qazın sərfiyyatına görə ödənilməmiş 2020-2022-ci illərə dair 406.44 manat debitor borcu vardır və bu borcları cavabdeh ödəməmişdir. Ona görə İddiaçı İB həm dəymiş maddi zərərin əvəzinin, həm də debitor borcun cavabdehdən tutulmasını istəyir.
43. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə uyğun olaraq cavabdeh orqan sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar etdikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mülkiprosessual qanunvericiliyin tələbinə görə də qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
44. Məhkəmə araşdırması ilə işin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı qurum tərəfindən cavabdeh barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı müxtəlif tarixli Aktlar və tələbnamələr tərtib edilmiş, lakin yalnız xx.xx.2024-cü il tarixli akta münasibətdə qanunvericiliyin tələbləri gözlənilmişdir. Belə ki, İddiaçı İB cavabdeh barəsində xx.xx.2024-cü il tarixli akt tərtib edildikdən sonra, cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti quruma müraciət etmiş və həmin akt əsasında X1 Agentliyinin Bakı filialı tərəfindən cavabdeh barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Digər akt və tələbnamələrə münasibətdə müvafiq qərar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi kimi, məhkəmə araşdırması zamanı da belə qərarların olduğu müəyyən edilməmişdir. İddiaçının nümayəndəsinin xx.xx.2025-ci il tarixində elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizədə də sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə nəticəsində dəymiş ziyan məbləğinin yalnız 597.50 manat hissəsinin Energetika Nazirliyinin Enerji Tənzimlənmə Agentliyi tərəfindən təsdiq edildiyi qeyd edilmişdir. Belə olduğu təqdirdə məhkəmə müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməyəcəyi ilə bağlı qanunvericiliyin tələbini rəhbər tutaraq qeyd edir ki, cavabdehin qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən iddiaçı tərəfindən vurulmuş maddi zərərin ödənilməsinin cavabdehdən tələb edilməsi əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, vurulmuş maddi zərərlə bağlı iddia tələbi yalnız xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 597.5 manat hissəsində əsaslı hesab olunaraq təmin edilməli, digər akt və tələbnamələrlə bağlı hissədə isə rədd edilməlidir.
45. İddia tələbinin debitor borcun (təbii qazın sərfiyyat borcunun) tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən, öhdəliyin qanunda nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin müəyyən edilən hallarından görünür ki, iddiaçı (qaz paylayıcısı) ilə cavabdeh (istehlakçı) arasında “Qazın alqı-satqısı müqaviləsi” xx.xx.2025-ci il tarixində bağlanmışdır. Yəni tərəflər arasında müqavilə münasibəti həmin tarixdən etibarən yaranmışdır. Ondan əvvəlki dövrə münasibətdə iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətlərinin olması ilə bağlı isə iddiaçı tərəfindən sübut təqdim edilmədiyi kimi, məhkəmə araşdırması ilə də belə fakt müəyyən edilməmişdir. Belə olduğu təqdirdə, iddiaçı tərəfindən müqavilə münasibətləri çərçivəsində öhdəliyin icrası müvafiq müqavilə bağlandıqdan sonrakı dövrə (əksinə razılaşmanın olduğu müəyyən edilmir) tələb edilə bilər. Yəni hazırkı iş üzrə cavabdeh qazın alqı-satqısına dair müqavilə bağlandığı andan (xx.xx.2025-ci il tarixindən) sonra yaranmış olan qazdan istifadə borcuna görə məsuliyyət daşıyır. Lakin hazırkı iş üzrə İddiaçı tərəflər arasında müqavilə bağlanan andan əvvəlki tarixə dair (2020-ci ilin noyabrdekabr ayları, 2021-ci ilin yanvar dekabr ayları, 2022-ci ilin yanvar-fevral ayları) debitor borclarının cavabdehdən tutuması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hətta abonent saldosuna əsasən həmin ünvana qaz sayğacının quraşdırılma tarixi xx.xx.2022-ci il qeyd olunub. Yuxarıda qeyd olunan qanunvericilik normaların tələbinə əsasən isə cavabdeh tərəflər arasında mövcud olan müvafiq müqavilədən əvvəl aid qaz sərfiyyatı borcuna görə məsuliyyət daşımır. Ona görə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qaz sərfiyyatına görə yaranmış debitor borc məbləğinin cavabdehdən tutulması hissəsində əsaslı olmadığından təmin edilməməlidir.
46. Məhkəmə, iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumu onun iddia tələbi həcminə (12256.58 manat) mütənasib olaraq ödənilmişdir. Lakin iddia tələbi qismən, cəmi 597.5 manat hissəsində təmin edilmişdir. Bu səbədən dövlət rüsumu iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğinədək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində qismən təmin edilməli, 30 manat (otuz manat) məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
47. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
48. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi kimi 597.5 manat məbləğində pul vəsaiti və iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 597.5 AZN (beş yüz doxsan yedi manat əlli qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun məbləği tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov