Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3174/2024 14.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********44 saylı “istehlak krediti müqaviləsi”nə əsasən 19.700 manat məbləğində əsas borcun, 1.156,49 manat məbləğində faiz borcunun, 0,01 manat məbləğində cərimənin, ümumilikdə isə 20.856,5 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 152,57 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının Cavabdeh tutularaq "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********44 saylı “istehlak krediti müqaviləsi”nə əsasən Bank tərəfindən borcluya 59 ay müddətinə illik 14,9% ödəmək şərti ilə 19.700 manat məbləğində kredit verilmişdir. Borclu müqavilə üzrə vəzaitdən istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırdır. Borcluya xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək xəbərdarlıq edilsə də, borclu öhdəliklərini yerinə yetirməmişdir və nəticədə cavabdehin banka ümumilikdə 20.856,5 manat məbləğində borcu qalmışdır.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul edir və borcunun olduğunu etiraf edir. Lakin işdən çıxarıldığına və gəlirinin olmadığına görə krediti ödəyə bilmir. İddiaçı "xxxx" ASC xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək mülki işin bankın nümayəndəsinin iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********44 saylı “istehlak krediti müqaviləsi”ndən və həmin müqaviləyə əlavə edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" ASC-yə olan 19.700 manat məbləğində kredit borcu 59 ay müddətinə illik 14,9% dərəcəsi ilə rəsmiləşdirilmişdir. Cavabdeh həmin məbləği xx.xx.2024-cü il tarixdən xx.xx.2028-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, bank cavabdehi borc barədə xəbərdar edərək gecikdirilmiş borcun ödənilməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi üçün məhkəməyə müraciət olunacağını bildirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə BPM**********44 nömrəli kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə borcu 19.700 manat, faiz üzrə borcu 1.156,49 manat, cərimə üzrə borcu 0,01 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh tərəfindən 19.700 manat ödənilməmiş kredit borcu vardır. Məhkəmə hesab edir ki, bu pul ondan tutulmalıdır. Həmin Məcəllənin 746-5.2 maddəsinə əsasən istehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmədə müəyyən olundu ki, iddiaçı "xxxx" ASC Cavabdeh üzərinə 1.156 manat faiz borcu hesablamışdır. Məhkəmə hesab edir ki, 1.156 manat məbləğində faiz borcu cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmədə müəyyən olundu ki, "xxxx" ASC Cavabdeh üzərinə 0,01 manat dəbbə pulu (cərimə) hesablamışdır. Məhkəmə hesab edir ki, 0,01 manat məbləğində dəbbə pulu (cərimə) cavabdehdən tutulmalıdır. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 152,57 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməthaqqı ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü madəsinə əsasən məhkəməyə verilən iddia iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, 152,57 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməthaqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 19.700 manat əsas borc, 1.156,49 manat məbləğində faiz borc, 0,01 manat məbləğində cərimə, ümumilikdə isə 20.856,5 (iyirmi min səkkiz yüz əlli altı manat əlli qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 152,57 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-3174/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3174/2024
14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver