Məhkəmə qərarları › İş №e-2(003)-320/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-320/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-320/2024 13.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "borcun alınması" tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyənetdi: İddiaçı ASC-i Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Azər-Türk Bank“ ASC-nin xeyrinə 10621,56 manat əsas, 341,92 manat faiz, cəmi 10963,48 manat borcun həmçinin ərizəyə görə ödənilmiş 123,29 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 şəxsi (istehlak) məqsədləri üçün 36 (otuz altı) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 13000 (on üç min manat) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X10 arasında xx.xx.2022-ci il tarixli, ******* saylı krеdit müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən, X3 xx.xx.2023-cü il tarixinə əsas borcu 10621,56 (on min altı yüz iyirmi bir manat əlli altı qəpik) manat, faiz borcu 341,92 (üç yüz qırx bir manat doxsan iki qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 362815 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə etdiyimiz məlumata əsasən X3 vəfatından sonra Bakı şəhəri 43 saylı Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2023-cü il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, xx.xx.2023-cü il tarixində 44 saylı reyestrlə vərəsəlik işi açılmışdır və X3 vərəsəsi – Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sahil mühafizəsinin, Hərbi şəhərciyində qeydiyyatda olan Cavabdehdır. Bоrcun ödənilməsi tələbi ilə cavabdehin vərəsəsinə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh X3 vərəsəsi Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehin vərəsəsinə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində banka zərər vurmuşdur. Bununlа dа cavabdehin vərəsəsindən krеdit müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehin “Аzər – Türk Bаnk” Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 10963,48 (on min doqquz yüz altmış üç manat qırx səkkiz qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdehin vərəsəsi tərəfindən ödənilməsi təmin еdilməlidir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə yazılı etirazla müraciət edərək, göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan e-2(003)- 3708/2023 nömrəli mülki iş əsassız olduğuna görə geri qaytarılmalıdır. Belə ki, onun əri X10 xx.xx.2023-cü ildə qəflətən vəfat etmişdir. Əri vəfat etdikdən sonra son vaxtlar ona məlurn olmuşdur ki, bu barədə xəbəri olmadan İddiaçı ASC-nin Rəqəmsal 2 filialının onunla bağladığı xx.xx.2022-ci il tarixli ******* N°-li “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi” üzrə verdiyi 13000 (on üç min) manat kreditdən hazırkı vəziyyətə müqavilə üzrə qalıq borc məbləğini təşkil edən 10621,56 (on min altı yüz iyirmi bir manat 21 qəpik) manat əsas və 341,92 (üç yüz qırx bir manat 91 qəpik) manat məbləğini təşkil edən faiz borcunun ödənilməsi ilə bağlı iddia vardır. İddia tərəfi sayılan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Rəqəmsal 2 filialı tərəfindən ona yuxarıda göstərilən məbləğdə borcunun olması və həmin borcun vaxtında ödənilməməsi barədə indiyədək iddia ərizəsi və ya digər formada yazılı xəbərdarlıq göndərilməmişdir. Baxmayaraq ki, məhrum ərinin kredit qovluğundakı sənədlərin surətini almaq üçün 2 dəfə banka getsə də, müsbət nəticə alınmamışdır. Sonuncu dəfə isə xx.xx.2023-cü ildə səhər iş saatlarında həmin Rəqəmsal 2 filialının etibarnamə (xx.xx.2022-ci il tarixli xx/xx-3866 N°-li etibarnaməyə əsasən) üzrə nümayəndəsi X8 şəxsən müraciət etmiş, lakin sonuncu ona həmin sənədlərin surətlərini müxtəlif bəhanələrlə verməmişdir. Çox qəribə də olsa, nədənsə bank filialını sahibkar təsisçilər və ya hüquqi təmsilçi, yaxud da direktor deyil, etibarnamə üzrə müvəqqəti idarə edən nümayəndə idarə etdiyini görmüşdür. Bankın maliyyəsində və nizamnamə fondunda heç biri payı olmadığından, söz sahibi olmayan həmin etibarnamə üzrə nümayəndənin ona nə deyəcəyi əvvəlcədən bəlli idi. Müəyyən söz sahibi olmayan nümayəndənin bəhanələrdən biri də o oldu ki, onlarda bu kreditlə bağlı sənəd qalmayıb, sənədlər bankın mərkəzi ofisinin problemli kreditlər şöbəsinə göndərilmişdir. Bu cavab heç də həqiqətə uyğun deyildir. Tutaq ki, kredit qovluğundakı sənədlər göndərilibsə də, bu halda kreditin ödənişi barədə kassa mədaxil və məxaric orderi, mədaxil və məxaric üzrə kassaəməliyyat hesabatları, bununla bağlı digər ilkin və icmai mühasibat sənədləri, balanslar, kredit qovluğundakı ərizələr, iş yerindən arayışlar, kredit komitəsinin qərarları, müvafiq təlimatlar, öhdəliklər, müqavilələr, kredit-ödəniş planları, kredit ödənişinin hərəkət cədvəllərinin və digər aidiyyati sənədlərin surətləri bank təlimatına görə həmin filialda saxlanılmışdır. Bu səbəbdən də, heç də istisna deyildir ki, sair şəxsi niyyətilə bu kreditin ümumiyyətlə qanunsuz şəkildə verilməsi, sənədləşmələrin mühasibat uçotu qanunlarına uyğun olmaması, verilən kreditin vergi orqanlarından və mərkəzi banka təqdim edilən hesabatdan və digər dövlət orqanlarından gizlədilməsi şübhəsi vardır. Məktub müəllifi bankın mərkəzi ofisinin Məhkəmə və İcra orqanları ilə İş Departamentinin direktoru Habil Cavadov, aparılacaq araşdırılmada iştirak üçün əvvəlcədən məni dəvət etmədən, ondan keditlə bağlı heç bir izahat tələb etmədən, nəhayət ki, səmərəli araşdırılma aparmadan və mötəbər sübut göstərmədən ona keçmiş tarixə, yəni xx.xx.2023- cü il tarixli 6-3/xx/xx-6643 Ne-li pretenziya adlanan cızmaqara məktub göndərilmişdir ki, guya Mülki Məcəllənin 1306.1-ci maddəsinə görə həmin kredit borcunu ona vərəsə olaraq ödəməyə borcludur. Lakin iddia tərəfi unudur ki, onların məhrum ərinin adına sənədləşdirdiyi xx.xx.2022-ci il tarixli ******* Ns-li kredit müqaviləsi üzrə 24 ay müddətinə verilmiş 6000 (altı min) manat və 3 ay üstündən keçdikdən sonra yenidən bankın sənədləşdirdiyi 36 ay müddətinə xx.xx.2022-ci il tarixdə ******* nömrəli kredit müqaviləsi ilə 13000 (on üç min) manat kredit məbləğində kredit müqavilələrinin heç biri Nazirlər Kabinetinin, Ədliyyə Nazirliyinin və Maliyyə Nazirliyinin təsdiqlədikləri hamıya məlum olan müqavilə nümunələrinə uyğun deyildir. Belə ki, bu kredit müqavilələrində məcburi rekvizitlərin çoxu göstərilməmiş kreditin konkret təyinatı, kreditin qeyri nağdı qaydada təyinatı üzrə VÖEN göstərilməklə ilkin elektron qaimələri, müqavilələri, qiymət razılaşma protokolları, pulların birbaşa kredit götürənə deyil, sənədlər əsasında kreditin sərf edildiyi VÖEN qeyd edilməli mənbəyə ödənişi, kredit alanın hüquq və vəzifələri, kreditin sığortalanmasına dair hansı sığorta təşkilatından alınmış sığorta polisinin tarixi, nömrəsi, əhatə dairəsi və ya dövlət büdcəsi vəsaiti hesabına kredit borcuna xitam verilməsi mümkün hallar, ümidsiz borcların təsnifatına daxil edilən hallar, fors major halları, kredit alanın ölməsi fakı olduqda kredit borcuna hansı qaydada xitam verilməsi, zaminlər, girovlar, təminatsız kreditlərin xüsusi çəkisinin ümumi kreditdə cüzi bir miqdar təşkil edilməli olduğunu, əvvəlki kredit borcunun yenidən kredit xətti açılması hesabına “kreditlə kreditin bağlanması” hallarına qanunla mümkünsüzlüyü, bu kimi digər məlumatlar əks edilməmişdir. Bankın sadalanan bu tələblərə əks yanaşması qanunvericiliyin mövcud sistemi ilə uzlaşmamaqla yanaşı, kredit sənədlərindən xəbərsiz olan ailəli şəxslərin həyat yoldaşlarının krediti qaytarılmasında paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllində qeyri-müəyyənliyin yaranmasına gətirib çıxarmışdır. Bütün bu səbəblərdən həmin kredit müqaviləsinin ləğv edilib - edilməməsi məsələsi məhkəmə tərəfindən qiymətləndirilməsi məqsədəmüvafiqdir. Göründüyü kimi, iddiaçı isə məhrumun atasının da vərəsələr sırasına daxil olmasını, məhrumun 2 azyaşlı uşaqların vərəsəliyinə dair dövlət icra və sosial müdafiə, uşaq hüquqlarının müdafiəsi orqanlarının qəyyumluq komissiyalarının rəyi alınmadığı üçün və vərəsələr arasında razılıq olmaması nəzərə alınmamış, bu məsələ ayrıca məhkəmə araşdırılması tələb edildiyindən, iddiaçının ona olan kredit borcunu əsassız olaraq Bakı şəhəri 43 ssaylı notariat ofisində vərəsəlik işinin açılmsına istinad edib, məhrum ətinin ondan xəbərsiz xərclədiyi kredit borcunun ondan tələb etməsi qətiyyən qanunsuzdur. Üstəlik də, məhrum ərindən ona və uşaqlarına heç bir daşınar və daşınmaz əmlak, maşın və qiymətli zinət əşyaları qalmamışdır. Ona görə də, mənim üçün ağır nəticələrə səbəb olan formal açılmış belə vərəsəlikdən imtina etməyə məcburdur. Vətəndaş olaraq onun hüquqları və qanuni maraqlarım təmin olunmamışdır. İddiaçının tələb etdiyi kredit borcuna dair ilkin mühasibat və kredit qovluğundakı sənədlərin surətini onlardan almaq istəsə də, sonuncu buna əməl etməmiş, həmin məsələyə münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirakını təmin etməmişdir. Bankdan kreditin əsas prinsiplərinə əməl edilmədən kredit verilməsini qeyd edib, iddia tələbini qanunsuz olduğu üçün geri götürmələrini tələb edir. Bununla da, yeni tam, obyektiv, hər tərəfli araşdırmanın aparılmasını məhkəmə və mərkəzi bankın nəzarət orqanlarından tələb etmək və qanunlarla müəyyən edilmiş digər hüquqlarımdan istifadə etmək qərarına gəlmişdir. Onun məhkəməyə təqdim etdiyi danılmaz faktlar bir daha sübut edir ki, borc barədə bankın tələbini təmin etmək üçün sübutlar kifayət deyildir. Həmin borc tələbi bankın Rəqəmsal 2 filialının qeyri-leqal sifarişi əsasında yazılmışdır. Bir vətəndaş olaraq onun hüquqları və qanuni maraqları təmin olunmamışdır. İddiaçının tələb etdiyi kredit borcuna dair ilkin mühasibat və kredit qovluğundakı sənədlərin surətini onlardan almaq istəsə də, sonuncu buna əməl etməmiş, həmin məsələyə münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirakını təmin etməmişdir. Bankdan kreditin əsas prinsiplərinə əməl edilmədən kredit verilməsini qeyd edib, iddia tələbini qanunsuz olduğu üçün geri götürmələrini tələb edir. Bununla da, yeni tam, obyektiv, hər tərəfli araşdırmanın aparılmasını məhkəmə və Mərkəzi Bankın nəzarət orqanlarından tələb etmək və qanunlarla müəyyən edilmiş digər hüquqlarımdan istifadə etmək qərarına gəlmişdir. Onun məhkəməyə təqdim etdiyi danılmaz faktlar bir daha sübut edir ki, borc barədə bankın tələbini təmin etmək üçün sübutlar kifayət deyildir. Həmin borc tələbi bankın Rəqəmsal 2 filialının qeyri-leqal sifarişi əsasında yazılmışdır. Əslində, onun məhkəmədən hazırkı etiraz tələbinin kifayət qədər güclü, səlis, bir- birinə uyğun mülahizələrin, təkzibolunmaz gümanların mövcudluğuna baxmayaraq, bank isə hər hansı sübuta əsaslanmadan məhkəmə qarşısında tələbini irəli sürmüşdür. Nəticə etibarı ilə, bu etirazının hər hansı başqa səbəblərə görə qəbul olunmayan sayıla bilmədiyindən, qəbul olunan elan edilməlidir. Tərəflər arasmdakı mübahisəli hüquq münasibətlərinə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməli, həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun qanuni yə əsaslı qiymət verilməlidir. Mahiyyət baxımından bankın müraciəti uğursuz hesab edilməlidir. Bankın ona qarşı məhkəməyə təqdim etdiyi sənədlərin heç birində onun imzası yoxdur. Bu sənədləri ilk dəfə olaraq son zamanlar ona qaşı iddia tələbi irəli sürüldükdə görmüşdür. Üstəlik, mərhum ərinin adına yenə də ondan xəbərsiz, eyni adlı və eyni ilə sənədləşdirdiyi ənənəvi təminatsız xx.xx.2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə 24 ay müddətinə verilmiş 6000 (altı min) manat məbləğində vaxtında ödənilməyən kredit borcunu bağlamaq üçün, həmin 24 ayı gözləmədən cəmi 3 ay üstündən keçdikdən sonra yenidən bankın sənədləşdirdiyi adıkeçən 36 ay müddətinə xx.xx.2022-ci il tarixdə ******* nömrəli kredit müqaviləsinə görə 13000 (on üç min) manat kredit sənədləşdirərək, sənədləşdirilən 13000 manat kreditdən, əvvəlki kredit üzrə qalıq 6000 manat məbləğində kredit borcu bağlanmış, 7000 manat kredit verilmişdir. Hamıya məlumdur ki, əvvəlki verilmiş kredit tam qaytarılmadan, yenidən kredit verilmir və bir kreditin növbəti kredit hesabına bağlanmsı halları olduqda, kredit verilməsi ümumiyyətlə dayandırılmalıdır. Bu hal da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Təqdim edilmiş sənədlər arasında hər iki kreditin tam olaraq bank tərəfindən sığorta orqanlarında sığortalanmasına dair sənədlər yoxdur, ona görə ki, bu sənədlər məhkəməyə təqdim edilsəydi, bank mərhum ərinin adına sənədləşdirilən kredit borcunu ondan deyil, kredit alanın vəfat etməsi səbəbindən sığorta orqanlarından tələb etməlidir. Adıkeçən sənədlər arasında bircə mühasibat sənədi belə yoxdur ki, bu kreditlərin həqiqətən mühasibat hesabatlarında əks edilməsini təsdiqləsin. Buna görə də, heç istisna deyildir ki, bu kredit müqavilələri mühasibatlıqdan kənar “qara mühasibatlıq” sənədidir. Bu kredit müqavilələri üzrə alınmış kredit faizlərindən dövlətə gəlir vergisi və müvafiq digər vergilər vergi orqanlarından gizlədilərək ödənilməyərək mənimsənilir. Onun sübut kimi məhkəməyə təqdim etdiyi VapÇapp yazışmalarından və səsli məsajlardan görünür ki, onunla nikahda olmu mərhum əri İlqar Xudaverdiyev və xx.xx.1986-cı ildə doğulmuş, əslən Ucar rayonunun Qazıqumlaq kəndindən olan X11 ($İK 16315332, 09,08,2016-ci ihh Ucar RPŞ tərəfindən verlmiş) arasında son bir neçə il ərzində yaxın könül ilişkiləri mövcud olmuşdur. Bu səbəbdən İlqarın ona və uşaqlarına qarşı münasibəti soyumuşdu, onlara lazımi qədər maraqlanmırdı. Onun bütün sirrlərini Nuridə Ziyəddinova bilirdi. Baxmayaraq ki, öz şəxsi evi yoxdur, lakin İlqar özünü sevgilisi yanında imkanlı bir şəxs kimi göstərmiş, bankın kredit vəsaiti hesabına Nuridə üçün həm həyətyani sahə almış, həm də həmin sahədə geniş mənzilləri olan ev tikdirib, soyuducu almış, evin içərisini bahalı mebellərlə və digər məişət əşyaları ilə doldurmuşdur. Nurədəni və sonuncunun keçmiş ərindən olan uşaqlarının bütün ehtiyaclarını İlqar ödəmişdir. Bunu həm onun təqdim etdiyi sübutlar, həm də şahidləri təsdiqləyir. O və şahidlərimməhkəmə qarşısında bütün məsuliyyətimizlə təsdiqləyirik ki, xx.xx.2022-ci ildə və xx.xx.2022-ci ildə aldığı müvafiq olaraq 6000 manat və 13000 manat keriditləri İlqar onların ailəsinə qətiyyən xərcləməmiş, həmin kreditləri X6 xərclədiyi üçün bu kreditlərin alınmasından Nuridənin xəbəri olsa da, o və ailəsi qətiyyən bu kreditlərdən xəbərimiz olmamışdır. Bu kreditdən evə heç bir məbləğdə pul xərclənməmişdir. Eləcə də, hələ əri sağ olduğu halda VapÇapp üzərindən Nuridənin (tel: 070-886-46- 53; ***-***-**-**) ona göndərdiyi məsajdan görünür ki, Məmmədov Sevindik tərəfindən Nuridə Ziyəddinovaya belə bir iltizam vermişdir ki, Abşeron rayonu Qobu qəsəbəsində Sevindik Məmmədovun anasına məxsus həyətdən 2 sot torpağı (içərisində yarımtikili olan) 9000 (doqquz min) manata Nuridə Ziyəddinovaya satmış, ödənişin 5000 (beş min) nağd pula, qalan hissəssi isə xx.xx.2019-cu ildən etibarən ayda 300 (üç yüz) manat ödəniş davam etdirilməklə, borc tam qurtardıqdan sonra S.Məmmədov N.Ziyəddinovaya bələdiyyə sənədini verəcəkdir. Həmin iltizamda həm də qeyd edilib ki, əlavə 250 manat kommunal xərcləri vermişdir. Bu iltizama şahid qismində qonşu Niftəliyev Rəsul, torpağı alan N.Ziyəddinova və satan S.Məmmədovun imzaları göstərilmişdir. Bu imzalardan sonra isə 26.04.201-cu ildə 250 manat, xx.xx.2019-cu il 250 manat, xx.xx.2019-cu il 250 manat, xx.xx.2019-cu il 250 manat alınmasına dair imzalar edilmişdir. Bu tarixlərdən sonrakı ödənişlərə dair yazışmaları hal-hazırda əldə etməmişdir. Göründüyü kimi, onun bank qarşısında rəsmən heç bir öhdəliyi olmadığı halda, bankın ona qarşı iddia tələbi məhkəmə tərəfindən əsassız olaraq icraata götürülmüşdür. Həmçinin, məhkəmə işə baxmadan, bankın təqdim etdiyi bir neçə kağız parçasını tam, obyektiv, hərtərəfli araşdırmadan belə, maddi yardıma möhtac olan onun və övladlarının taleyinə biganə yanaşaraq, tutarlı sübutlarla təsdiqlənməyən iddia tələbini qaytarmaq əvəzinə, icraata qəbul etməklə əvvəlcədən bankın xeyrinə özünün qərarını vermişdir ki, bu da Mülki Prosessual Məcəlləsinin tələblərinə ziddir. Odur ki, əri X3 xx.xx.2023-cü ildə qəflətən vəfat etməsi səbəbindən, onun bu barədə xəbərim olmadan İddiaçı ASC-nin Rəqəmsal 2 filialının onunla bağladığı xx.xx.2022-ci il tarixli ******* Ns-li “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi” üzrə verdiyi kredit borcundan hazırkı vəziyyətə müqavilə üzrə qalıq borc məbləğini təşkil edən 10621,56 (on min altı yüz iyirmi bir manat 21 qəpik) manat əsas və 341,92 (üç yüz qırx bir manat 91 qəpik) manat məbləğini təşkil edən faiz borcunun ödənilməsi ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2-(003)-3708/2023 nömrəli mülki işə baxılmaması və təmin edilməməsini xahiş etdi. Cavabdeh eyni zamanda məhkəmə iclasında izahatında göstərdi ki, mərhum ərinin ölümündən sonra ondan miras qalmış 11000 manat sığorta pulunun yalnız 1/3 hissəsini qəbul etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə X10 arasında xx.xx.2022-ci il tarixli, ******* saylı “fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən cavabdehə istehlak krediti (yeni şərtlər) şəxsi məqsədlər üçün illik 16% hesablanması şərti ilə 36 ay müddətinə 13000,0 AZN məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək iddiaçı Banka 13000,0 manat əsas borc, 3453,50 manat faiz borcu olmaqla, cəmi 16453,50 manat borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, 109999 saylı müqavilə üzrə mərhum X3 10621,56 manat əsas borcu, 341,92 manat faiz borcu, cəmi 10963,48 manat borcu təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə kredit borcunun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İşin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixində tarixdə ölmüşdür. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdeh,X9 və X7r. Miras əmlak mərhum X2 DSX N nömrəli hərbi hissə tərəfindən verilmiiş xx.xx.2023-cü il tarixli, 15 nömrəli baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığorta olunan hesab olunnmasına dair arayışa əsasən ödəniləcək 11000 manat sığorta pulundan ibarətdir və həmin sığorta pulunun 1/3 hissəsi Cavabdeh tərəfindən qəbul edilmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı “fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsinə əsasən X5 şəxsi məqsədlər üçün 16% hesablanması şərti ilə 36 ay müddətinə 13000,0 AZN məbləğində kredit verilmişdir. Lakin borclu şəxs X10 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 10963 AZN məbləğində borcu qalmışdır. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və həyat yoldaşı Cavabdeh vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 11000 manat sığorta pulunun 1/3 hissəsi Cavabdeh tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda mərhum borclunun sığorta pulu olraq onun vərəsəsi olan həyat yoldaşına (hazırkı iş üzrə cavabdeh) verilmiş pul vəsaitinin ondan tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, şəxsin ölümünə görə şəxsin vərəsələrinə birdəfəlik sığorta ödənişin kimi verilmiş pul məbləği onların miras əmlakı olaraq dəyərləndirilməsi vərəsəlik institutunun hüquqi təbiətinə və mahiyyətinə zidd olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Hərbi qulluqçuların dövlət icbari sosial sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə xx.xx.2022-ci tarixli qərarında göstərilmişdir ki, vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1152-ci maddəsinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. Birdəfəlik ödəmələr isə şəxsin ölümü ilə əlaqədar onun ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiasının əsasını təşkil edən hallar işin araşdırılması zamanı öz təsdiqini tapmadığından, yəni mərhum borclunun ölümü ilə əlaqədar cavabdehə verilən vəsait onun sağlığında ikən mövcud olan və ona məxsus əmlak (mirası) olmadığından, iddia əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı ASC-nin Cavabdeh qarşı "borcun alınması"na dair iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar