Məhkəmə qərarları › İş №e-2(003)-3200/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3200/2024

04.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3200/2024 04.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi və pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən İddiaçı İB-in xeyrinə 777,60 manat məbləğində zərərin, sayğacdan istifadə üzrə yaranmış 347,86 manat borcun (debitor borc) və 31,26 manat dövlət rüsumu olmaqla cəmi 1156,72 manat məbləğində pulun tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı İB-in nümayəndəsi X3 göstərmişdir ki, "Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2019-cu il tarixində 01033xx/xx- 2019 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə» imzalanmışdır.Tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “X2”nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacına dövlət yoxlanması keçirildikdə məqsədli şəkildə sayğaca müdaxilə edilməsi, paylayıcının istehlakçıya verdiyi qazın hesabının düzgün aparılmamasına nail olmaq üçün qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş və rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-nin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 777,60 manat məbləğində İddiaçı İB-ə maddi zərər dəymiş olduğu müəyyən edilmişdir. Eyni zamanda, cavabdehin 2022-ci ilin fevral-dekabr ayları 135,24 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfindən 0,30 manat borc, 2023-cü ilin aprel-may ayları üzrə 191,32 manat sərfiyyat borcu və limitdən əlavə 24,08 manat sərfiyyat borcu, cəmi 350,94 manat sərfiyyat borcu qalmışdır. Cavabdeh 2022-ci ilin fevral ayından 2023-cü ilin noyabr ayına qədər 3,08 manat məbləğində ödəniş etmişdir və faktiki istifadə olunmuş və ödənməmiş 347,86 manat sərfiyyat borcu qalmışdır. Ümumilikdə cavabdehin İddiaçı İB-ə ödənilməli borc məbləği abonentin SALDO-su üzrə 1125,46 manat təşkil edir. Eyni zamanda, iddiaçı onu da bildirdi ki, cavabdehə məxsus qaz sayğacı çöldə yerləşir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəm iddiaçının nümayəndəsini dindirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 01033xx/xx-2019 saylı müqavilədən görünür ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2019-cu il tarixində 01033xx/xx-2019 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii X2nın pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı İB-nin 14-2-2/3-5-8528/Q00 saylı rəyinə əsasən **********5 nömrəli sayğacın hesablama mexanizmin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətradında əzik-cızıq izləri var. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı İB Cavabdeh sayğaca müdaxilə etdiyini bildirsə də, bu müdaxilənin məhz cavabdeh tərəfindən edilməsi haqqında sübutları məhkəməyə təqdim etməmişdir. Çünki, sayğac çöldə yerləşir və bu müdaxiləni sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Eyni zamanda, məhkəmə hesab edir ki, qaz sayğacına müdaxilə etməklə hesabın düzgün aparılmamasına nail olmaq üçün xüsusi bilik tələb olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin oluna bilməz. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh 2022-ci ilin fevral-dekabr ayları 135,24 manat, uçotu pozulmuş qaz sərfindən 0,30 manat, 2023-cü ilin aprel-may ayları üzrə 191,32 manat və limitdən əlavə 24,08 manat olmaqla cəmi 350,94 manat sərfiyyat borcu var və 2022-ci ilin fevral ayından 2023-cü ilin noyabr ayına qədər 3,08 manat məbləğində ödəniş etmişdir və faktiki istifadə olunmuş və ödənməmiş 347,86 manat sərfiyyat borcu qalmışdır. Lakin, iddiaçının cavabdehin qaz sayğacına müdaxilə etməsi sübut olunmadığına görə məhkəmə tərəfindən iddianın bu hissəsi əsassız hesab olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 347,86 manat borc (debitor borc) tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Buna görə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, iddiaçı tərəfindən 32 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmədə müəyyən olundu ki, 31,26 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 347,86 manat borcun (debitor borc) və ödənilmiş 31,26 manat dövlət rüsumu olmaqla ümumilikdə 379,12 manat tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar