Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3215/2025 11.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 10 516,72 (on min beş yüz on altı manat 72qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 899,38 (səkkiz yüz doxsan doqquz manat 38 qəpik) manat və 124,25 (bir yüz iyirmi dörd manat 25 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 11 540,25 (on bir min beşyüz qırx manat 25 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz it VÖeN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh qız arasında xx.xx.2022-ci il tarixində 03-10807 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir.Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindəm **********00070 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X2 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 4147,20 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 691,20 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1036,80 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 149,14 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; xx.xx.2023cü il tarixli ******* saylı akt əsasında 274,32 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; xx.xx.2025-ci il tarixli ******* saylı akt əsasında 731,92 manat (video);cəmi 10 516,72 (on min beş yüz on altı manat 72 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). AR Energetika Nazirliyi Enerji məsələlərinin tənzimləmə Agentliyi Bakı filialı tərəfindən cavabdehin qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulması təsdiqini tapmış və Cavabdeh barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin ödənilməmiş 2020-ci ilin avqust-dekabr ayları üzrə 228,20 manat sərfiyyat borcu və limitdən əlavə 1,80 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 675,50 manat sərfiyyat və limitdən əlavə 15,20 manat sərfiyyat borcu, 2022- ci ilin yanvar-iyul ayları üzrə 388,92 manat sərfiyyat və limitdən əlavə 8,08 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar ayı üzrə 14,28 manat uçotu pozulmuş qaz sərfin, cəmi 1331,98 manat sərfiyyat borcu qalmışdır.2020-ci ilin avqust ayından 2025-ci ilin iyun ayına qədər cavabdeh 432,60 manat ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 899,38 (səkkiz yüz doxsan doqquz manat 38 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldo üzrə ümumi 11 416,10 (on bir min dörd yüz on altı manat 10 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
Proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçınə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq, cavabdehin iştirakı olmadan iş üzrə məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. xx.xx.2022-ci il tarixli, 03-10807 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”ndən görünür ki, İddiaçı müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı Cavabdehnu keyfiyyətli qazla təin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürür.
6. xx.xx.2022-ci il tarixli qaz paylayıcısı və istehlakçı arasında “qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə” aktdan görünür ki, qaz paylayıcısı tərəfindən istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq Zenner smart **********867 qaz sayğacı quraşdırılması nəzərdə tutulmuşdur.
7. 07.07.2025-ci il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent Cavabdeh oğlu, abonent kodu **********00070, ünvan ünvan 2bonent koduna 06/2025-ci il tarixinə 11416.1 manat borc mövcuddur.
8. xx.xx.2025-ci il tarixli (0438231 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpası üçün 90 günlük hesabat aparılaraq 4212 m3 qaz itkisinə görə 731.92 manat borc hesablanmışdır. Akta qeyd əlavə edilərək, Cavabdeh aktı imzalamaqdan imtina etməsi qeyd olunmuşdur.
9. X1 Agentliyinin Bakı filialı tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixli, ******* nömrəli protokola baxılaraq, Quliyeva X3 Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
10. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
11. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
12. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə (əqd) olmalıdır.
13. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
14. 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. 1096.1-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun:
16. 3.4-cü maddəsinə əsasən, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
17. 11.6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18. 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
20. İşin mübahisəsiz halları ondan ibarətdir ki, istehlakçı (cavabdeh) Cavabdeh ilə paylayıcı (iddiaçı) İddiaçı İB arasında xx.xx.2022-ci il tarixli “Qazın alqı-satqısı müqaviləsi” bağlanmış, **********00070 nömrəli abonent koduna malik qaz sayğacı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Maqamayev küçəsi, ev 12, mənzil 7 ünvanındakı fərdi yaşayış evinə quraşdırılmışdır.
21. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, İddiaçı İB tərəfindən istehlakçı Cavabdeh sayğacdan kənar qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etdiyi halı aşkar edilərək akt tərtib olunmaqla, dəymiş zərər kimi 10516.72 manat borc hesablanmış və bu borc məbləği iddiaçının abonent saldosuna daxil edilmişdir. Habelə cavabdehin istifadə etdiyi təbii qazın sərfiyyatına görə ödənilməmiş 899.38 manat debitor borcu vardır və bu borcları cavabdeh ödəməmişdir. Ona görə İddiaçı İB Cavabdeh tərəfindən ona vurulmuş dəymiş maddi zərərin əvəzinin, həm də debitor borcun cavabdehdən tutulmasını tələb edir.
22. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki mübahisə predmetini borcun silinməsi təşkil etdiyindən, ilk növbədə həmin borcun (zərərin) hesablanmasına əsas olan hallara, bu halları təsdiq edən qərarların qanuniliyinə və eləcə də bu halların baş verməsində iddiaçının təqsirliliyi məsələsinə hüquqi qiymət verilməlidir. Bu mənada borcun cavabdeh tərəfindən tərtib edilmiş müvafiq tələbnamələr əsasında hesablandığını nəzərə alaraq məhkəmə hesab edir ki, qəbul etdiyi qərarın qanuniliyini, o cümlədən qeyd edilmiş pozuntuları və həmin pozuntuların yaranmasında iddiaçının təqsirini, habelə hesablanmış borcun məbləğinin əsaslılığını və qanuniliyini sübutetmə yükü qərarı qəbul etmiş orqanın, yəni cavabdeh İddiaçı İB-nin üzərinə düşür.
23. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbinə uyğun olaraq cavabdeh orqan sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar etdikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. (§ 27) Mülkiprosessual qanunvericiliyin tələbinə görə də qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (§ 19)
24. Məhkəmə araşdırması ilə işin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı qurum tərəfindən cavabdeh barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı 16 (on altı) Akt və tələbnamə tərtib edilmiş, lakin yalnız sonuncu xx.xx.2025-ci il tarixli akta münasibətdə qanunvericiliyin tələbləri gözlənilmişdir. Belə ki, İddiaçı İB tərəfindən cavabdeh barəsində xx.xx.2025-ci il tarixli akt tərtib edildikdən sonra, cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti quruma müraciət edilmiş və həmin akt əsasında X1 Agentliyinin Bakı filialı tərəfindən cavabdeh barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Digər akt və tələbnamələrə münasibətdə isə müvafiq qərar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi kimi, məhkəmə araşdırması zamanı da belə qərarların olduğu müəyyən edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməyəcəyi ilə bağlı qanunvericiliyin tələbini rəhbər tutaraq qeyd edir ki, cavabdehin qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən iddiaçı tərəfindən vurulmuş maddi zərərin ödənilməsinin tələbnamələrlə tələb edilməsi və həmin zərərin məbləğinin abonentin saldosuna daxil edilməsi əsassız və qanunsuzdur. Ona görə də məhkəmə hesab edir ki, vurulmuş maddi zərərlə bağlı iddia tələbi yalnız xx.xx.2025-ci il tarixli akt əsasında hesablanmış 731.92 manat hissəsində əsaslı hesab olunaraq təmin edilməli, digər akt və tələbnamələrlə bağlı hissədə isə rədd edilməlidir.
25. İddia tələbinin debitor borcun (təbii qazın sərfiyyat borcunun) tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həm müqavilə bağlanıldıqdan sonrakı dövr (2023-cü ilin yanvar ayı) üzrə ödənilməmiş debitor borcu, həm də müqavilə bağlanıldıqdan əvvəlki dövr, yəni 2020-ci ilin avqust-dekabr, 2021-ci ilin yanvar-dekabr, 2022-ci ilin yanvar-iyul ayları üzrə debitor borcların cavabdehdən tutulmasını tələb etmişdir. İşin müəyyən edilən hallarından görünür ki, iddiaçı (qaz paylayıcısı) ilə cavabdeh (istehlakçı) arasında “Qazın alqı-satqısı müqaviləsi” xx.xx.2022-ci il tarixində bağlanmışdır. Mülki qanunvericiliyin tələbinə əsasən, öhdəliyin qanunda nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Qaz təchizatı haqqında” Qanunun 11.6-cı maddəsinə əsasən də, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. İşin müəyyən edilən hallarından göründüyü kimi, tərəflər arasında müqavilə münasibəti xx.xx.2022-ci il tarixindən etibarən yaranmışdır. Ondan əvvəlki dövrə münasibətdə iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətlərinin olduğu isə iddiaçı tərəfindən sübuta yetirilmədiyi kimi, məhkəmə araşdırması ilə də belə fakt müəyyən edilməmişdir. Belə olduğu təqdirdə, iddiaçı tərəfindən müqavilə münasibətləri çərçivəsində öhdəliyin icrası müvafiq müqavilə bağlandıqdan sonrakı dövrə (əksinə razılaşmanın olduğu müəyyən edilmir) tələb edilə bilər. Yəni hazırkı iş üzrə cavabdeh qazın alqı-satqısına dair müqavilə bağlandığı andan (xx.xx.2022-ci il tarixindən) sonra yaranmış olan qazdan istifadə borcuna görə məsuliyyət daşıyır. Qeyd edilən səbəbdən iddia tələbinin 2020-ci ilin avqust-dekabr, 2021-ci ilin yanvar-dekabr və 2022-ci ilin yanvar-iyul ayları üzrə hesablanmış debitor borcun cavabdehdən tələb edilməsi əsassızdır. Ancaq 2023-cü ilin yanvar ayı üzrə təbii qazın sərfiyyatına görə ödənilməmiş debitor borcun cavabdehdən tələb edilməsi qanunidir və cavabdeh də izahatında həmin borcun olduğundan məlumatlı olduğunu, lakin maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini qeyd edərək, müvafiq borc öhdəliyinin olduğunu etiraf etmişdir. Ona görə məhkəmə hesab edir ki, cavabdehdən təbii qazdan istifadəyə görə yalnız 2023-ci ilin yanvar ayı üzrə ödənilməmiş debitor borc, yəni 14.28 manat sərfiyyat borcu tutulmalı, əvvəlki dövr üzrə debitor borcun tutulması tələbi isə təmin edilməməlidir.
26. Məhkəmə, iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumu onun iddia tələbi həcminə (11416.1 manat) mütənasib olaraq ödənilmişdir. Lakin iddia tələbi qismən, cəmi 1186.23 manat (731.92+14.28=746.2) hissəsində təmin edilmişdir. Bu səbədən dövlət rüsumu iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğinədək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində qismən təmin edilməli, 30 manat (otuz) məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
28. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi kimi 731.92 manat, təbii qazdan sayğac vasitəsilə istifadə olunmuş, lakin dəyəri ödənilməmiş 14.28 manat debitor borc olmaqla, cəmi 746.2 manat məbləğində pul vəsaiti və iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərər üzrə 731.92 AZN (yeddi yüz otuz bir manat doxsan iki qəpik) və debitor borc (sayğac vasitəsilə istifadə) üzrə 14.28 AZN (on dörd manat iyirmi səkkiz qəpik) olmaqla, cəmi 746.2 AZN (yeddi yüz qırx altı manat iyirmi qəpik) məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun məbləği tutulsun və İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov