Məhkəmə qərarları › İş №e-2(003)-3219/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3219/2025

13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3219/2025 13.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 774,77 manat əsas, 1394,11 manat faiz borcu olmaqla, cəmi 2168,88 manat; xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 115,32 manat əsas, 336,77 manat faiz borcu olmaqla, cəmi 452,09 manat; xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1163,01 ABŞ dolları əsas, 1748,04 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2911,05 ABŞ dolları borcun və 142 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X7 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli BAL0448022/13 saylı, müqaviləyə əsasən 1200 manat, xx.xx.2014cü il tarixli DK0545322/13D saylı müqaviləyə əsasən 200 manat xx.xx.2014-cü il tarixli CC0291522U/14U saylı müqaviləyə əsasən 2800 dollar məbləğində kredit verilmişdir. X7 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. X2 adına vərəsəlik işi açılmışdır. X3 miras qoyan X4 İddiaçı ASC qarşısında olan öhdəliklərini icra etməmişdir. İddianın təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən X5 xx.xx.2016-cı il tarixinədək 5000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən X5 10000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə olunan xx.xx.2014-cü il tarixli istehlak krediti müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən X5 24 ay müddətinə illik 32,96% dərəcəsi ilə 2800 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X4 vərəsəsi X3 DƏDRX-nin xx.xx.2012-ci il tarixli çıxarışına əsasən X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,62 m2 olan 2 otaqlı mənzildən 1/1 hissədə pay almalıdır. İş materiallarına əlavə edilən xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X4 vərəsəsi X3 DƏDRX-nin xx.xx.2019cu il tarixli çıxarışına əsasən X4 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, sahə 743D ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən 1/1 hissədə pay almalıdır. İş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X4 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 774,77 manat əsas, 1394,11 manat faiz borcu olmaqla, cəmi 2168,88 manat; xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 115,32 manat əsas, 336,77 manat faiz borcu olmaqla, cəmi 452,09 manat; xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1163,01 ABŞ dolları əsas, 1748,04 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2911,05 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmədə müəyyən olundu ki, İddiaçı ASC ilə X7 arasında xx.xx.2013-cü il tarixdə kredit xətti müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən X5 xx.xx.2016-cı il tarixinədək 5000 manat məbləğində kredit xətti açılmışdır. Daha sonra isə İddiaçı ASC ilə X7 arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən X5 10000 manat məbləğində kredit xətti açılmışdır. Eyni zamanda İddiaçı ASC ilə X7 arasında xx.xx.2014-cü il tarixli istehlak krediti müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən X5 24 ay müddətinə illik 32,96% dərəcəsi ilə 2800 ABŞ dolları məbləğində kredit verilmişdir. X7 xx.xx.2015-ci il tarixdə vəfat etdiyi üçün öhdəliklərini yerinə yetirə bilməmişdir. Onun iddiaçı qarşısında icra edilməmiş xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 774,77 manat əsas, 1394,11 manat faiz borcu olmaqla, cəmi 2168,88 manat; xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 115,32 manat əsas, 336,77 manat faiz borcu olmaqla, cəmi 452,09 manat; xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1163,01 ABŞ dolları əsas, 1748,04 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2911,05 ABŞ dolları borc öhdəliyi yaranmışdır. X2 adına vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cu il tarixli, 2(102)-900/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə uyğun olaraq, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdə X2 X4 vərəsəsi olaraq ümumilikdə X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,62 m2 olan 2 otaqlı mənzili və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, sahə 743D ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini miras olaraq qəbul etdiyi göstərilmişdi. Buna görə də mərhum miras qoyan X4 mirasının borclarından çox olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 774,77 manat əsas, 1394,11 manat faiz borcu olmaqla, cəmi 2168,88 manat; xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 115,32 manat əsas, 336,77 manat faiz borcu olmaqla, cəmi 452,09 manat; xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1163,01 ABŞ dolları əsas, 1748,04 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2911,05 ABŞ dolları borc tutulmalıdır. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş cəmi 142 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 774,77 manat əsas, 1394,11 manat faiz borcu olmaqla, cəmi 2168,88 manat (iki min yüz altmış səkkiz manat, səksən səkkiz qəpik); xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 115,32 manat əsas, 336,77 manat faiz borcu olmaqla, cəmi 452,09 manat (dörd yüz əlli iki manat, doqquz qəpik); xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1163,01 ABŞ dolları əsas, 1748,04 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2911,05 ABŞ dolları (iki min doqquz yüz on bir dollar, 5 sent) borcun və 142 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar