Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3242/2025 30.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 18 618,63 (on səkkiz min altı yüz on səkkiz manat 63 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 171,03 (bir yüz yetmiş bir manat 03 qəpik) manat və 146,37 (bir yüz qırx altı manat 37 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 18 936,03 (on səkkiz min doqquz yüz otuz altı manat 03 qəpik) manat pulun cavabdehlərdən müştərək qaydada məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəs iüzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBA, AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbull edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixində Ak-2/14582 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindəm **********0170 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 266,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 266,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 266,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 504 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat;xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat;xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 669,60 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 669,60 manat;xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 725,76 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 544,32 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 149,04 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; xx.xx.2025-ci il tarixli ******* saylı akt əsasında 907,71 manat (video). Cəmi 18 618,63 (on səkkiz min altı yüz on səkkiz manat 63 qəpik) manat məbləğində İddiaçı İByə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). AR Energetika Nazirliyi Enerji məsələlərinin tənzimləmə Agentliyi Bakı filialı tərəfindən cavabdehin qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulması təsdiqini tapmış və Cavabdeh1 barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bildiririk ki, cavabdehlərin ödənilməmiş 2025-ci ilin yanvar - iyun ayları üzrə 133,25 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, Azəriqaz İBnın əməkdaşları tərəfindənxx.xx.2024-cü il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 2112 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 95,28 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. Cavabdehin 2023-cü il noyabr ayından sayğac dəyişikliyindən sonra isə abonentin 1,10manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu qalmişdir (133,25+95,28+1,10=229,63) 2023-cü ilin dekabr ayından 2025-ci ilin iyun ayına qədər cavabdeh 58,60 manat ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 171,03 (bir yüz yetmiş bir manat 03 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehlərin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və Gasrep üzrə ümumi 8 789,66 (on səkkiz min yeddi yüz səksən doqquz manat 66 qəpik) manat təşkil etməkdədir.Həmçinin nəzərinizə çatdırırıq ki, cavabdehin 2019-cu ilin iyun ayınadək 1556,70 manat vəsaitin barədə xx.xx.2020-ci il tarixli, 2(003)-176/2020 saylı Birliyin xeyrinə qətnamə çıxarılmışdır. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e-2(003)-3242/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, iddia ərizəsində cavabdeh qismində qeyd edilmiş Cavabdeh2 iddiaçı “Azəriqaz İB” tərəfindən ona qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət ediləndən (xx.xx.2025-ci il tarixindən) əvvəl (xx.xx.2024-cü il tarixində) ölmüş olduğundan, hazırki mülki iş üzrə icraata Cavabdeh2 aid hissədə xitam verilmiş, iddiaçıya Cavabdeh2 vərəsələrinin müəyyən edildiyi təqdirdə, borcun alınması üçün onlara qarşı müvafiq iddia tələbi ilə aidiyyəti məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir.
Proses iştirakçılarının izahatları:
4. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinin baxmayaraq iddiaçının nümayəndəsi məhkəmənin baxış iclasında iştirak etməmiş və nümayəndəsi məhkəməyə elektron ərizə təqdim edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, izahatında həmçinin, Cavabdeh2 ölümü barəsində onlarda məlumatın olmadığını, bu səbəbdən onun cavabdeh olaraq iddia ərizəsinə əlavə edildiyini, onlarda olan məlumatın azlığı səbəbilə tərəflərindən vəfat etmiş cavabdeh barəsində akt tərtib olunduğunu, iş materiallarına olan protokolun Energetika nazirliyi tərəfindən tərtib olunduğunu, həmin evdə faktiki yaşayan kimdirsə istehlakçının da həmin şəxs hesab olunduğunu və buna əsasən inzibati xəta haqqında protokolun həmin evdə yaşayan digər cavabdeh barəsində tərtib edildiyini, protokolun iddiaçının müraciəti əsasında nazirlik tərəfindən tərtib olunduğunu, Nazirliyin tərtib etmiş olduğu aktla özlərinin tərtib etmiş olduğu aktın təsdiq edildiyini qeyd etmişdir.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq, cavabdehin iştirakı olmadan iş üzrə məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. İddiaçı İB ilə istehlakçı Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, Ak- 2/14582 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsi”ndən görünür ki, İddiaçı İB müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh2 keyfiyyətli qazla təin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürür.
7. 01.02.2025-ci il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent Cavabdeh2, abonent kodu 1**********0170, ünvan ünvan 2G-4 Diafraqma və həmin abonent koduna 06/2025-ci il tarixinə 20.278,96 manat borc mövcuddur.
8. Xəzər Rayon Məhkəməsinin 2(003)-176/2020, saylı xx.xx.2020-ci il tarixli Qiyabi qətnaməsindən görünür ki, iddiaçı Azəriqaz İB-nin Cavabdeh2 qarşı xx.xx.2018-ci il tarixindən xx.xx.2019-ci il tarixindək tərtib edilmiş aktlar əsasında hesablanmış maddi zərərin ödənilməsi tələbi təmin edilərək, Cavabdeh2 İddiaçı xeyrinə 1526.70 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, ümumilikdə 1556.70 manat (bir min beş yüz əlli altı manat yetmiş qırx qəpik) məbləğində pul vəsaitinin tutulması qət edilmişdir.
9. “Təbii X4nın pozulması haqqında” xx.xx.2025-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh2 məxsus ünvanda Azəriqaz İB-nin nümayəndələri və istehlakçının nümayəndəsi Cavabdeh2 iştirakı ilə (tarix qeyd olunmayıb) təbii qazın uçotu və TQİQ-na riayət olunmasının yoxlanıldığı, baxış keçirilən zaman aşkar edilmiş nöqsanlar barədə qeyd hissəsində, Nazirlər Kabinetinin 80 saylı Qərarı ilə təsdiq edilmiş X4nın tələbiniə əsasən itirilmiş qaz bərpa edilsin, dəymiş ziyan hesablansın və ödənilsin qeyd edilmişdir. Aktda Cavabdeh2 imzası yoxdur, imza yeri boşdur. Abonentin nümayəndəsinin iştirak etməyinə baxmayaraq aktı imzalamaqdan imtina etdiyi qeyd edilib.
10. “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, istehlakçı Cavabdeh2 fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğunun aşkar edildiyi və ona məxsus abonent hesabına itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 4497 m3 qaz itkisi hesablanmış və həmin qaz itkisinə görə 907.71 manat borc hesablanmışdır. Əsas: xx.xx.2025-ci il tarixli, ******* saylı Akt.
11. X2 Agentliyinin Bakı filialı tərəfindən tərtib edilmiş “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixli, ******* nömrəli akt əsasında Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunmuşdur. Cavabdeh1 izahat verməkdən və protokolu imzalamaqdan imtina etdiyi qeyd olunur.
12. X2 Agentliyinin Bakı filialı tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokola baxılaraq, Məmmədov X1 Xətalar Məcəlləsinin 282.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir.
13. Həmçinin iş materiallarında olan xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixədək tərtib edilmiş 49 (qırx doqquz) ədəd “Təbii X4nın pozulması haqqında Akt” və” Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, bütün aktlarda istehlakçı Cavabdeh2 məxsus ünvanda Azəriqaz İB-nin nümayəndələri və istehlakçının nümayəndəsi Cavabdeh2 iştirakı ilə təbii qazın uçotu və TQİQ-na riayət olunmasının yoxlanıldığı, baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğunun aşkar edildiyi və ona məxsus abonent hesabına itirilmiş qazın bərpası üçün hesabat aparılaraq borc hesablandığı qeyd edilmişdir. Aktların heç birində Cavabdeh2 imzası yoxdur.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
14. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə (əqd) olmalıdır.
15. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
16. 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. 1096.1-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun:
18. 3.4-cü maddəsinə əsasən, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
19. 11.6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X4 ilə tənzimlənir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın:
21. 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır.
22. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
23. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.
24. 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Məhkəmənin mövqeyi:
25. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
26. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilir ki, İddiaçı İB tərəfindən tələb olunan maddi zərər və debitor borc məbləğləri Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı ev 2, mənzil 17 ünvanına dair 1**********0170 nömrəli abonent koduna hesablanmışdır. Həmin abonent kodu isə istehlakçı Cavabdeh2 məxsusdur. Həmin ünvana təbii qazın verilməsi ilə bağlı xx.xx.2017-ci il tarixli “Qazın alqı-satqısı müqaviləsi” də İddiaçı İB ilə istehlakçı Cavabdeh2 arasında bağlanmışdır. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixədək hər ay olmaqla 49 (qırx doqquz) ədəd və xx.xx.2025-ci il tarixində 1 (bir) ədəd, ümumilikdə 50 (əlli) ədəd “Təbii X4nın pozulması haqqında Akt” və” Dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib edilmişdir. Bütün aktlarda istehlakçı Cavabdeh2 məxsus ünvanda Azəriqaz İB-nin nümayəndələri və istehlakçının nümayəndəsi Cavabdeh2 iştirakı ilə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğunun aşkar edildiyi və itirilmiş qazın bərpası üçün hesabat aparılaraq borc hesablandığı qeyd edilmişdir. Aktların heç birində Cavabdeh2 imzası yoxdur. Eləcə də iddiaçı qurum tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda da məhz Cavabdeh2 tərəfindən pozuntu halına yol verildiyi qeyd edilməklə, eyni tarixli tələbnamə ilə onun barəsində vurulmuş zərərə görə borc hesablanmışdır. (§ 9-10) Qeyd edək ki, Cavabdeh2 barəsində akt tərtib olunandan 11 ay əvvəl, yəni xx.xx.2024-cü il tarixində vəfat etmişdir. X2 Agentliyinin Bakı filialı tərəfindən istehlakçı Cavabdeh2 barəsində tərtib edilmiş həmin akt əsasında isə başqa şəxs, yəni Məmmədov X1 xəta törətdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. (§ 11-12) Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-176/2020, saylı xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh2 İddiaçı İB-nin xeyrinə xx.xx.2018-ci il tarixindən xx.xx.2019-ci il tarixindək tərtib edilmiş aktlar əsasında hesablanmış 1526.70 manat məbləğində maddi zərərə görə pul vəsaitinin tutulması qət edilmişdir.
27. İddia tələbindən görünür ki, İddiaçı İB xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixədək təbii X4nın pozulması halı ilə bağlı 49 (qırx doqquz) Akt əsasında hesablanmış zərərin Cavabdeh1 tutulmasını xahiş edir. Halbuki, məhkəmə araşdırması ilə müəyyən edilir ki, həmin aktların və tələbnamələrin heç biri Cavabdeh1 barəsində tərtib edilməmişdir. Ona görə də tələb edilən maddi zərərin onun tərəfindən vurulması sübuta yetirilmir. (Qeyd edək ki, həmin aktların tərtib edildiyi istehlakçı Cavabdeh2 münasibətdə icraata xitam verilmişdir. (§ 3)) Həmin tələbin hüquqi əsasının delikt münasibətləri təşkil etdiyini nəzərə alaraq, məhkəmə qeyd edir ki, cavabdeh şəxs tərəfindən zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan hüquqa zidd əməl törədilməli, həmin əməlin törədilməsində təqsirli olmalıdır. Bu halda delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (§ 19-20) Mülki-prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, onlardan istifadə etməli və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Habelə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göründüyü kimi, iddiaçı qurum tərəfindən istinad edilən müvafiq akt və tələbnamələr Cavabdeh1 barəsində tərtib edilməmişdir. Tələb olunan həmin zərərin cavabdeh tərəfindən vurulduğunu təsdiq edən başqa mümkün və mötəbər sübutlar isə iddiaçı tərəfindən təqdim edilmədiyi kimi, məhkəmə araşdırması ilə də cavabdeh tərəfindən qeyd edilən pozuntu halları sübut edilmir.
28. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş xx.xx.2025-ci il tarixli akt və tələbnaməyə, habelə inzibati xəta haqqında qərara münasibətdə isə məhkəmə qeyd edir ki, həmin aktda Azəriqaz İB-nin nümayəndələrinin və istehlakçının nümayəndəsi Cavabdeh2 iştirakı ilə ünvana baxış keçirildiyi, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğunun aşkar edildiyi və onun (Cavabdeh2) iştirak etməyinə baxmayaraq aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Məhkəmə bu akta tənqidi yanaşaraq qeyd edir ki, akt tərtib edildiyi vaxtdan 11 ay əvvəl, yəni xx.xx.2024-cü il tarixində Cavabdeh2 vəfat etmişdi və təbii ki, ölmüş şəxsin İddiaçı İB-nin əməkdaşları ilə birlikdə hansısa ünvana baxış keçirməsi mümkün deyildir. Ona görə həmin akt şübhədənkənar və təkzibedilməz sübut meyarına uyğun deyildir. Belə olan halda həmin akt və onun əsasında tərtib edilmiş tələbnamə mümkün və mötəbər sübut sayıla bilməz. Müvafiq inzibati orqan isə bu halı araşdırmadan inzibati xəta haqqında protokol və qərar qəbul etmişdir. Halbuki, aktda pozuntunu törədən (qazın talayan) şəxsin adı ilə, inzibati qərarla məsuliyyətə cəlb edilmiş şəxs ayrı-ayrı şəxslərdir və həmin protokol və qərar əsaslandığı akt və tələbnaməyə müvafiq olaraq qəbul olunmamışdır. Halbuki, qanunvericiliyə əsasən, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir (§ 23), yoxsa iddiaçının qeyd etdiyi kimi, ünvanda olan hər hansı bir şəxsdən deyil. Nəzərə alınmalıdır ki, inzibati xəta haqqında qərar məhkəmə üçün preyudisial əhəmiyyət daşımır. Göründüyü kimi, həmin akt əsasında hesablanmış zərərin də Cavabdeh1 tərəfindən vurulduğu mümkün və mötəbər sübutlarla təsdiq edilmir.
29. Belə olduğu təqdirdə məhkəmə müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməyəcəyi ilə bağlı qanunvericiliyin tələbini rəhbər tutaraq qeyd edir ki, cavabdehin qazın talanmasında təqsirli olması müəyyən edilmədən iddiaçı tərəfindən vurulmuş maddi zərərin ödənilməsinin tələb edilməsi əsassızdır. Qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, dəymiş maddi zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi əsaslı olmadığından rədd edilməlidir.
30. İddia tələbinin debitor borcun (təbii qazın sərfiyyat borcunun) tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən, öhdəliyin qanunda nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (§ 17) İşin müəyyən edilən hallarından görünür ki, iddiaçı (qaz paylayıcısı) qurumla təbii qazın verilməsi ilə bağlı “Qazın alqı-satqısı müqaviləsi” istehlakçı Cavabdeh2 arasında bağlanmışdır. (Ona münasibətdə icraata isə xitam verilmişdir. (§ 3)) İddiaçının Cavabdeh1 arasında hər hansı müqavilə münasibətinin olması isə iddiaçı tərəfindən sübuta yetirilmədiyi kimi, məhkəmə araşdırması ilə də belə fakt müəyyən edilməmişdir. Belə olduğu təqdirdə, iddiaçı tərəfindən müqavilə münasibətləri çərçivəsində öhdəliyin icrası müvafiq müqavilə tərəfindən və ya hüquqi varisindən tələb edilə bilər. Yəni cavabdeh təbii qazdan istifadə ilə bağlı yaranmış müqavilə borcuna görə də məsuliyyət daşımır. Ona görə məhkəmə hesab edir ki, Cavabdeh1 təbii qazdan istifadəyə görə ödənilməmiş debitor borcun tutulması tələbi də təmin edilməməlidir.
31. Məhkəmə iddia tələbinin ödənilmiş 146.37 manat (bir yüz qırx altı manat otuz yeddi qəpik) məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcinə aid olan dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir.
32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
33. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddiaçı Cavabdeh1 qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov