Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3251/2023 22.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – cavabdehdən 7400 manat pul və 94 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə beş ilə yaxındır ki, tanışdırlar və bu vaxta kimi 981 nömrəli Hərbi Hissədə bir yerdə işləyirdilər. Təxminən bir il əvvəl Cavabdeh maddi vəziyyətinin çox ağır olduğunu bildirərək müvəkkilindən borc pul istəmişdir. İddiaçının həmin vaxt şəxsi pul məbləğinin olmaması səbəbindən cavabdehə pulu yalnız "xxxx" ASC-nin “BirKart” hesabından faizlə kreditə götürə biləcəyini bildirmiş, cavabdeh isə götürülən məbləği sonradan hesablanmış əlavə faizlərlə birlikdə ona qaytarmağı öhdəsinə götürmüşdür. Ayrı-ayrı vaxtlarda cavabdeh müxtəlif məbləğlərdə borc pul almışdır. İddiaçı həmin borc məbləğlərini cavabdehin hazırda rəsmi nikahda olduğu həyat yoldaşının bank kartı hesabına köçürürdü. Həmin köçürülən məbləğləri ardıcıllıqla, yəni xx.xx.2022-ci il tarixdə 300 manat göndərilmiş və xx.xx.2022-ci il tarixdə 318 manat (faiz daxil olmaqla) qaytarılmış, xx.xx.2022-ci il tarixdə 300 manat göndərilmiş və xx.xx.2022-ci il tarixdə 306 manat (faiz daxil olmaqla) qaytarılmış, xx.xx.2022-ci il tarixdə 600 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat pulu Cavabdeh tərəfindən iddiaçının kartından nağdlaşdırılmış (həmin günü iddiaçı növbədə olduğundan kartını ona vermişdir), xx.xx.2022-ci il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 600 manat, xx.xx.2022-ci il tarixdə 600 manat, xx.xx.2022-ci il tarixdə 420 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə iddiaçının həyat yoldaşının kartından 1600 manat göndərilmişdir. Cavabdeh aldığı bu borc pulların az bir hissəsini qaytarsa da, ödənilməmiş 7400 manat hissəsini hazırki vaxtadək qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulunu tələb etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə tezliklə pulu qaytaracağına vəd versə də, bu günədək müxtəlif bəhanələr gətirməklə gizlənir. Cavabdehin bir borclu kimi üzərinə düşən vəzifəsini icra etməməsi, yəni borcu qaytarmaması onun maddi cəhətdən sıxıntıya salır. Cavabdeh ilə aralarında borc münasibətlərinin yaranması və bu günədək qeyd olunan məbləğdə borcun cavabdeh tərəfindən qaytarılmamasını təsdiq edən tərəflər arasındakı “Watsapp” yazışmalarından çıxarışları iddia ərizəsinə əlavə edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmədə iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh 981 nömrəli Hərbi Hissənin Komandirinə ünvanladığı xx.xx.2023-cü il tarixli izahatının surətindən görünür ki, o, iddiaçıdan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıdan 7000 manatdan çox pul borc aldığını, sonra isə həmin pulun bir hissəsini qaytardığını, hazırda 6300 manat borcu qaldığını, həmin borcu hissə-hissə qaytaracağını bildirmişdir. Göründüyü kimi, cavabdehin borc götürməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı borc almaq hüququna malik olduğu kimi eyni zamanda borc məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Ona görə ki, məhkəmə ilk növbədə, Cavabdeh iddiaçıya borclu olduğu pul məbləğinin bir hissəsini qaytarmasını, hazırda 6300 manat borcu olmasını qeyd etsə də, bu barədə sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının cavabdehə pul verməsi, bunun müqabilində cavabdehin iddiaçıya borcunun qalması ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də Cavabdeh tərəfindən 981 nömrəli Hərbi Hissənin Komandirinə ünvanladığı xx.xx.2023-cü il tarixli izahatı və bank qəbzləri (bank hesabından çıxarışlar) ilə təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Odur ki, Cavabdeh iddiaçıdan iddia ərizəsində göstərilən məbləğdə pul alması üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə olan halda, Cavabdeh iddiaçıdan borc pul aldığını etiraf etdiyindən, iddiaçı tələbinin cavabdehə qeyd edilən məbləğdə pul verməsini sübut etmək yükündən azad olmuş, həmin məbləğin iddiaçıya qaytarılmasını sübuta yetirmək vəzifəsi isə Cavabdeh keçmişdir. Odur ki, məhkəmə verilmiş 7400 manat məbləğində pul vəsaitinin ödənilməməsi halının iddiaçı tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi 7400 manat məbləğində pul vəsaitinin Cavabdeh verdiyini cavabdehin izahatı və bank qəbzləri (bank hesabından çıxarışlar) ilə sübuta yetirmiş, cavabdeh isə həmin məbləği iddiaçıya ödəməsini sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, Cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya görə iddiaçıdan pul almış və qeyd edilən məbləğdə pul vəsaitini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öhdəliyini pozaraq iddiaçıdan adığı pulu tam şəkildə ona ödəməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin iddianın 94 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə onlara əlavə zərər vurmuşdur. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməli, Cavabdehdan 7400 (yeddi min dörd yüz) manat məbləğində pul vəsaiti və 94 (doxsan dörd) manat məbləğində dövlət rüsumu alınaraq alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehdan 7400 (yeddi min dörd yüz) manat məbləğində pul vəsaiti və 94 (doxsan dörd) manat məbləğində dövlət rüsumu alınaraq alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-3251/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3251/2023
22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver