Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3256/2025 09.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)260719-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 4.484,23 (dörd min dörd yüz səksən dörd manat 23 qəpik) manat məbləğində borcu vardır. Bundan 4.113,96 (dörd min yüz on üç manat 96 qəpik) manat əsas borc və 187.30 (yüz səksən yeddi manat 30 qəpik) manat faiz borc, 182,97 (bir yüz səksən iki manat 97 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 64.84 (altmış dörd manat 84 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Amrahbank” Açıq Səhmdar Cəmiyyətinin Bakıxanov filialı ilə Cavabdeh1 arasında “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq bağlanmış 26 iyul 2019cu il tarixli MBNP ***-*******FİMSA(B)260719-01nömrəli kredit müqaviləsinə əsasən 28 mart 2014-cü il tarixli 17/0015/14 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası üçün Cavabdeh1 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 4.553,83 (dörd min beş yüz əlli üç manat 83 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən bank ilə Cavabdeh2 arasında 26 iyul 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1 və 2.4.4-cü bəndlərinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi müraciət olunmasına və 21 iyun 2025-ci il tarixli 12-5/2-S-41-10604/2025 nömrəli bildirişlə isə yazılı qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bu səbəbdən də Cavabdeh1 26 iyul 2019-cu il tarixli MBNP 007- 7113443FİMSA(B)260719-01 nömrəli kredit müqaviləsi üzrə 17 iyun 2025-ci il tarixə banka ödənilməmiş cəmi 4.484,23 (dörd min dörd yüz səksən dörd manat 23 qəpik) manat məbləğində borcu vardır. Bundan 4.113,96 (dörd min yüz on üç manat 96 qəpik) manat əsas borc və 187.30 (yüz səksən yeddi manat 30 qəpik) manat faiz borc, 182,97 (bir yüz səksən iki manat 97 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh müvafiq qaydada və müddətdə iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 iyul 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh1 arasında cavabdehə 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 4.553,83 (dörd min beş yüz əlli üç manat 83 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan 26 iyul 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 26 iyul 2019-cu il tarixli müqavilə üzrə üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatçısı qismində zamin kimi iştirak etmişdir. İş materiallarına əlavə edilmiş 17 iyun 2025-ci il tarixli arayışdan görünür ki, 26 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehlərin iddiaçıya 4.113,96 (dörd min yüz on üç manat 96 qəpik) manat əsas borc və 187.30 (yüz səksən yeddi manat 30 qəpik) manat faiz borc, 182,97 (bir yüz səksən iki manat 97 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 4.484,23 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Eyni zamanda, həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, iş üzrə tərəflər arasında kredit müqaviləsi və müqavilənin təminatı kimi zaminlik müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı tərəfindən 5 il müddətinə illik 1% ödəmək şərtilə 4.553,83 manat məbləğində güzəştli kredit verilmişdir. Kredit alan və zamin kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdirlər. Onların iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə 4.113,96 (dörd min yüz on üç manat 96 qəpik) manat əsas borc və 187.30 (yüz səksən yeddi manat 30 qəpik) manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına əsasən öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. İş materialları ilə müəyyən edilir ki, kredit müqaviləsinin xx.xx.2024-cü il tarixdə müddəti bitmişdir, bu müddət ərzində cavabdehlər öz öhdəliklərini icra etməmişdirlər. Buna görə də iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələbi əsaslıdır və cavabdehdən 26 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 182,97 manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla gecikdirilmiş faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarına əlavə olunmuş ********** mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 64.84 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizə, 64.84 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutulması hissəsində də təmin edilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 4.113,96 (dörd min yüz on üç manat 96 qəpik) manat əsas borc və 187.30 (yüz səksən yeddi manat 30 qəpik) manat faiz borc, 182,97 (bir yüz səksən iki manat 97 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 4.484,23 manat (dörd min dörd yüz səksən dörd manat 23 qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 64.84 manat alınaraq İddiaçı KB ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-3256/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3256/2025
09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver