Məhkəmə qərarları › İş №e-2(003)-3262/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3262/2025

12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3262/2025 12.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması barədə” iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2024-cü il tarixli 021A********** saylı kredit müqaviləsiüzrə 14332.34 manat kredit borcu, 800.63 manat faiz borcu və 218.55 manat cərimə borcu olmaqla cəmi 15351.52 manat, xx.xx.2025-ci il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə 757.75 manat kredit borcu, 56.93 manat faiz borcu və 11.02 manat cərimə borcu olmaqla, 825.70 manat, 2 (iki) kredit müqaviləsi üzrə ümumilikdə cəmi 16177 (on altı min yüz yetmiş yeddi) manat 22 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 138.55 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" QSC ilə xx.xx.2024-cü il tarixdə bağladığı müqaviləyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh 35 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq ş 20000 (iyirmi min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh müqavilənin 7.7-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 5667.66 manat ödəmiş, onun 14332.34 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab eı həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bə göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onuı qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 136 gün hesablanmış faiz borcu 800.63 manat təşkil edir.

2. Daha sonra iddiaçı "xxxx" QSC xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək,hazırda cavabdeh tərəfindən ödənişlər edildiyindən iddia tələbinin dəyişdirilməsi zərurəti yarandığını, ona görə cavabdеh Cavabdeh iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - xx.xx.2024-cü il tarixli 021A********** saylı krеdit müqaviləsi üzrə 13837.34 manat krеdit bоrcu, 1497.69 manat faiz bоrcu və 306.84 manat cərimə borcu olmaqlacəmi 15641.87 manat, - xx.xx.2025-ci il tarixli 021A********** saylı krеdit müqaviləsi üzrə 460.75 manat krеdit bоrcu, 72.52 manat faiz bоrcu və 16.98 manat cərimə borcu olmaqla, cəmi 550.25 manat, 2 (iki) kredit müqaviləsi üzrə ümumilikdə cəmi 16192.12 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 138.55 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Bununla belə iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bankdan 2024-cü il tarixində kreditlə pul götürüb evini təmir etdirdyini, daha sonra təmir etdirdyi evin kirayəçinin günahı səbəbindən yandığını, bu səbəbdən özünün maddi vəziyyətinin pisləşdiyini, və banka olan borcunu müqavilədə qeyd olunan qaydada ödəyə bilmədiyini, lakin hazırda az miqdarlarda da olsa kredit müqaviləsi üzrə ödənişlərini həyata keçirdiyini, özünə məxsus kredit kartını 2024-cü ildə iddiaçı banka geri qaytardığını, bu səbəbdən hazırda ona qarşı iddiada qeyd olunan 2025-ci il tarixli kredit müqaviləsi barədə məlumatlı olmadığını, iddiaçı tərəflə barışıq əldə etmək niyyətinin olduğunu, lakin bununla bağlı banka rəsmi müraciətinin olmadığını qeyd etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. xx.xx.2024-cü il tarixli 021A********** saylı kredit müqaviləsindən görünür ki, «AccesBank” QSC tərəfindən Cavabdeh 35 ay müddətinə, aylıq 1.3333% ödəmək şərti ilə, 20000 manat məbləğində kredit verilmişdir.

6. 10 iyul 2025-ci il tarixli, OUT-2025/07/10-56 saylı maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2025-ci il tarixinə banka 14332.34 AZN məbləğində əsas, 800.63 AZN məbləğində faiz, 218.55 AZN cərimə borcu olmaqla, cəmi 15351.52 AZN (on beş min üç yüz əlli bir manat əlli iki qəpik) məbləğində borcu yaranmışdır.

7. xx.xx.2025-ci il tarixli Bildirişdən görünür ki, «AccesBank” QSC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilərək, xx.xx.2024-cü il tarixli müqavilə üzrə bütün borcun xx.xx.2025-ci il tarixinədək tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

8. xx.xx.2025-ci il tarixli 021A********** saylı kredit müqaviləsindən görünür ki, «AccesBank” QSC tərəfindən Cavabdeh 10 ay müddətinə, aylıq 2.0833% ödəmək şərti ilə, 830 manat məbləğində kredit verilmişdir.

9. 10 iyul 2025-ci il tarixli, OUT-2025/07/10-58 saylı maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2025-ci il tarixinə banka 757.75 AZN AZN məbləğində əsas, 56.93 AZN məbləğində faiz, 11.02 AZN cərimə borcu olmaqla, cəmi 825.7 AZN (səkkiz yüz iyirmi beş manat yetmiş qəpik) məbləğində borcu yaranmışdır.

10. xx.xx.2025-ci il tarixli Bildirişdən görünür ki, «AccesBank” QSC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilərək, xx.xx.2025-ci il tarixli müqavilə üzrə bütün borcun xx.xx.2025-ci il tarixinədək tam ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

11. 25.07.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən hazırkı tələb üzrə məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 138.55 AZN (bir yüz otuz səkkiz manat əlli beş qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

12. 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.

13. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

14. 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

15. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

16. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

17. 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir.

20. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 021A********** saylı və xx.xx.2025-ci il tarixli 021A********** saylı kredit müqavilələri bağlanmış, iddiaçı (bank) tərəfindən müqavilələr üzrə öhdəliklər yerinə yetirilərək, xx.xx.2024-cü il tarixli müqavilə əsasında cavabdehə 35 ay müddətinə, aylıq 1.3333% ödəmək şərtilə 20.000 (iyirmi min) manat məbləğində və xx.xx.2025-ci il tarixli müqavilə əsasında cavabdehə 10 ay müddətinə, aylıq 2.0833% ödəmək şərtilə 830 (səkkiz yüz otuz) manat məbləğində pul vəsaiti verilmişdir. Lakin cavabdeh tərəfindən müqavilələr üzrə əsas borc və ona hesablanmış faizlər razılaşmaya uyğun olaraq müəyyən edilmiş müddət ərzində ödənilməmiş və nəticədə cavabdeh müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli xəbərdarlıqlar (pretenziya) göndərilərək bütün borcun tam qaytarılması tələb edilməklə sözügedən müqavilələrdən imtina (ləğv) edilmişdir.

21. Məhkəmə qanunvericiliyin tələblərinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, müqavilə üzrə yaranmış borcunu razılaşdırılmış qaydada iddiaçıya ödəmədiyi üçün cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı (bank) müqavilədən imtina etməklə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 13837.34 AZN (on üç min səkkiz yüz otuz yeddi manat otuz dörd qəpik) və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 460.75 AZN (dörd yüz altmış manat yetmiş beş qəpik) məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Məhkəmə iddia tələbinin faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ödənilməli borc barədə cavabdehə xx.xx.2025-ci il tarixli bildirişlə (pretenziya) müraciət edərkən iddiaçı hazırki iddia tələbində qeyd olunan məbləğlər (1497.69 manat və 72.52 manat) barədə deyil, başqa məbləğ (ilkin iddia ərizəsində də qeyd olunan 800.63 manat və 56.93 manat) barədə borclunu məlumatlandırmışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyini əsas alaraq hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərməklə ondan bütün borcun qaytarılmasını tələb etməsi, əks halda barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə ona xəbərdarlıq edilməsi (birtərəfli qaydada iradə ifadəsinin qarşı tərəfə bildirilməsi) kredit müqaviləsinin bildirişdə göstərilən əlavə müddət bitdiyi tarixdən birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Ona görə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi bildirişdə göstərilən xx.xx.2025-ci il tarixdən ləğv edilmiş hesab edilir. Belə olan halda müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması qanuni yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Lakin kreditor müqavilə ləğv edildiyi vaxtdan gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin (qanuni faiz) ödənilməsini tələb etmək hüququna malikdir. Hazırda isə bununla bağlı heç bir tələb mövcud deyil. Ona görə hazırki vəziyyətdə iddia tələbi faiz hissəsində qismən, yəni xx.xx.2024-cü il tarixli müqavilə üzrə bildirşdə göstərilən 800.63 AZN və xx.xx.2025-ci il tarixli müqavilə üzrə bildirişdə göstərilən 56.93 AZN məbləğində təmin edilməlidir.

23. Məhkəmə iddia tələbinin cərimə məbləği hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının hazırda cərimə (dəbbə pulu) tələb etməsi mülki qanunvericiliyin və müqavilənin şərtlərinə uyğundur. Lakin qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hazırda tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksəkdir, ona görə də azaldılmalıdır. Əvvəla iddiaçı xx.xx.2025-ci il tarixli bildirişdə cərimə məbləğini hazırkı iddia tələbində qeyd olunan (306.84 manat və 16.98 manat ) məbləğdə deyil, müqavilələ üzrə müvafiq olaraq 218.55 manat və 11.02 məbləğində tələb etmiş, ancaq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə həmin məbləğlərin sonradan hansı qaydada artırılmaları əsaslandırılmamışdır. Digər tərəfdən hər bir konkret iş üzrə cərimənin azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə hesab edir ki, cərimə məbləğinin göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər, ancaq onun azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, qanunverici cərimə məbləğini zərər vurulmasından asılı etməmiş və onu əldə ediləcək qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə bildirşdə göstərilən 218.55 AZN və xx.xx.2025-ci il tarixli müqavilə üzrə bildirişdə göstərilən 11.02 AZN cərimə məbləğləri tutulmalıdır.

24. Məhkəmə iddianın ödənilmiş 138.55 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənilmişdir və iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı həmin məbləği də təmin edilmiş tələbin məbləğinə mütənasib olaraq tələb etməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təmin edilmiş tələbə mütənasib olaraq 136.16 AZN (bir yüz otuz altı manat on altı qəpik) məbləğində dövlət rüsumunun məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

26. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə əsasında 13837.34 manat əsas, 800.63 manat faiz, 218.55 cərimə və xx.xx.2025-ci il tarixli müqavilə əsasında 460.75 manat əsas, 56.93 manat faiz, 11.02 manat cərimə olmaqla, cəmi 15385.22 manat məbləğində borc məbləği və ödənilmiş 136.16 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə əsasında 13837.34 AZN (on üç min səkkiz yüz otuz yeddi manat otuz dörd qəpik) məbləğində əsas, 800.63 AZN (səkkiz yüz manat altmış üç qəpik) faiz, 218.55 AZN (iki yüz on səkkiz manat əlli beş qəpik) cərimə və xx.xx.2025-ci il tarixli müqavilə əsasında 460.75 AZN (dörd yüz altmış manat yetmiş beş qəpik) məbləğində əsas, 56.93 AZN (əlli altı manat doxsan üç qəpik) faiz, 11.02 AZN (on bir manat iki qəpik) cərimə olmaqla, cəmi 15385.22 AZN (on beş min üç yüz səksən beş manat iyirmi iki qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 136.16 AZN (bir yüz otuz altı manat on altı qəpik) dövlət rüsumunun məbləği tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar