Məhkəmə qərarları › İş №e-2(003)-3274/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3274/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3274/2022 22.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh2 iştirakı ilə, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QBKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada müştərək qaydada əsas borc üzrə 7448,56 manat, faiz borcu üzrə 0 manat, cərimə borcuna görə 0 manat olmaqla cəmi 7448,56 manat məbləğində borc və 94,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********4767 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.81 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 530 ABŞ dolları olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 və Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən. Zamin, kreditalan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, xx.xx.2015-ci il tarixli, **********4767 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********1579 hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 14016,11 manat, faiz 0 manat, cərimə 0 manat müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixli **********8841-820663 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh3 öhdəliklərin icrasına təminat olaraq sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Eyni tarixli **********8***-******* saylı Zaminlik müqaviləsinə əsasən X6 öhdəliklərin icrasına təminat olaraq sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği, əsas borc üzrə 7448,56 manat əsas, faiz borcu üzrə 0 manat, cərimə borcuna görə 0 manat olmaqla cəmi 7448,56 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini etiraf edərək izahatında bildirmişdir ki, İddiaçı QBKT MMC-dən xx.xx.2015-ci il tarixli **********4767 saylı kredit müqaviləsinə əsasən illik 23,81 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Daha sonra isə həmin müqavilə xx.xx.2016-cı il tarixli **********1579 hesab nömrəli sazişlə borcu restrukturizasiya olunmuş, əsas borcu 14016,11 manat müəyyən edilmişdir. Maddi durumu pisləşdiyindən ödəniş edə bilməmişdir. Hazırda onun iddiaçıya 7448,56 manat məbləğində əsas borcunun olmasını qəbul edir. Həmçinin bildirmişdir ki, kredit müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh3 zamin olmuşlar, borc isə ona məxsusdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan kreditor İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 ilə borcalan Cavabdeh1 və zaminlər Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********4767 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə, borcalan Cavabdeh1 illik 24 faizlə 24 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit verilməsi, Cavabdeh2, Cavabdeh3 isə iddiaçı qarşısında borcalanın üzərinə götürdüyü bütün öhdəliklərin tam yerinə yetirilməsi üçün öz üzərilərinə məluliyyət götürmələri (kredit müqaviləsinin 1 və 3-cü bəndləri) haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 10000 ABŞ dolları məbləğində pul verilmişdir. İş materiallarında olan iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair sazişdən görünür ki, kredit müqaviləsi üzrə kreditalanın kreditverənə qalıq əsas borcun 14016,11 manat, hesablanmış və ödənilməmiş faizlərin 0 manat, cərimənin də 0 manat təşkil etməsi, borc məbləğinin 36 ay müddətində tamamilə ödənilməsi razılıq əldə edilmişdir. İş materiallarında olan qeyd olun sazişə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh1 Saziş üzrə üzərinə götürdüyü öhdəliyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 390 manat, sonuncu ay isə 366,11 manat ödəməklə yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli **********8841-820663 nömrəli və **********8***-******* nömrəli zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 yuxarıda qeyd olunan saziş üzrə borcalan Cavabdeh1 kreditverən İddiaçı Qeyri-Bank Kredit X1rşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 7448,56 manat məbləğində əsas borcu vardır. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 94,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, borcalan Cavabdeh1 (cavabdeh) İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X4 (kreditverən) ilə aralarında bağlanmış sazişə əsasən üzərinə götürdüyü öhdəliyi lazımi qaydada və razılaşdırılmış müddətdə yerinə yetirməmiş, yəni müqavilə şərtləri pozmuşdur. Bununla da borcalan Cavabdeh1 iddiaçı qarşısında qaytarılmamış borc öhdəliyi yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlardan, eyni zamanda borcalan tərəfindən məhkəmə iclasında verilmiş izahatdan tələbin əsaslı olduğu təsdiq edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-386, 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə 7448,56 manat məbləğində borc tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı, yaranmış öhdəliklərin (7448,56 manat borcun qaytarılmasını) iş üzrə cavabdehlər, yəni zaminlər olan Cavabdeh2 və Cavabdeh3 tərəfindən yerinə yetirilməsinin tələb etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin araşdırılmış hallarından görünür ki, zaminlərdən yaranmış öhdəliklərin icrasının yerinə yetirilməsi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, iş üzrə tərəflər arasında xx.xx.2016-cı il tarixli saziş və zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 üzərinə götürdükləri öhdəliklərin son müddəti xx.xx.2019-cu il tarixdir, iddiaçı tərəfindən isə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edilməklə qanunvericiliklə nəzərdə tutulan 1 il müddətində onlara qarşı iddia irəli sürülməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh1 7448,56 manat məbləğində borc tutularaq İddiaçı QBKT MMC-nin xeyrinə ödənilməli, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hissədə təmin edilməməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 94,50 manat da Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 7448,56 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 94,50 manat tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 xeyrinə ödənilsin. İddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada təqdim edildikdən 1 ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar