Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3295/2023 01.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddiası ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4336 manat məbləğində pulun və 63,36 manat ödənilmiş dövlət rüsumunun, 0,40 manat bank xidmət xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** XE *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** PT *** dövlət qeydiyyat nişanlı “Volkswagen Polo” markalı nəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** PT *** dövlət qeydiyyat nişanlı “Volkswagen Polo” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. Dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 9336 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən sığortalıya dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsinin təmirə yönəldilmiş və 9336 manat zərər məbləği avtomobilin təmiri üçün "xxxx"xxxx"xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 5000 manat məbləğində vəsait verilmişdir. xx.xx.2023-cü il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 4336 manat subroqasiya hüququ əsasında qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Chevrolet Cruze” minik markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. -xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 16:00-da Nizami rayonu, Bravo marketin həyətində “Chevrolet Cruze” mini markalı, ** XE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə səbəbindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. -xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh, “Chevrolet Cruze” mini markalı, ** XE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini həmin etibarnamə əsasında idarə etmiş, etibarnamənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixədəkdir. -avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən görünür ki, “Volkswagen Polo” minik markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASCdə sığrtalanmışdır. Sığorta məbləği-20000 manatdır. Müqavilənin müddəti xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədəkdir. -zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Volkswagen Polo” minik markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin təmir-bərpa işlərinin məbləği 9336 manat təşkil edir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli yekun aktın surətindən görünür ki, “Volkswagen Polo” minik markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin təmir-bərpa işləri üçün 9336 manat hesablanmışdır. -xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, "xxxx" MMC tərəfindən görülən işlər üçün "xxxx" ASC-dən 9336 manat tələb olunmuşdur. -xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, 9336 manat “Volkswagen Polo” minik markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür. -iddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı “Volkswagen Polo” minik markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğinin 9336 manat təşkil etməsi, həmin məbləğin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmasına görə 5000 manat məbləğin həmin sığortaçısı tərəfindən ödənildiyi əsas tutularaq 4336 manat vəsaitin 5 təqvim günü cavabdehdən ödənilməsi xahiş olunmuşdur. -********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 63,36 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, yüksək təhlükə mənbəyi olan avtomobil Cavabdeh tərəfindən etibarnamə əsasın idarə edilərkən onun təqsiri nəticəsində yolnəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində digər avtomobilə 9336 manat məbləğində zərər dəymiş və həmin məbləğ zərər dəymiş avtomobilin sığortaçısı olan iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. Ödənilmiş məbləğin 5000 manat hissəsi Cavabdeh sığortalı olduğu "xxxx" ASC tərəfindən ödənildiyindən iddiaçı "xxxx" ASC-yə 4336 manat məbləğində zərər dəymişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş 63,36 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət xərcinin cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin iddia həmin hissədə də təmin edilməlidir.. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4336 manat məbləğində pul, 63,36 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidmət xərci tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-3295/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3295/2023
01.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver