Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3303/2023 30.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahdan xx.xx.2020-ci il tarixdə andan olmuş oğlu X1 üçün əmək haqqından və başqa gəlirlərindən ¼ hissədə alimentin və mediasiyaya ödənilmiş 50 manat xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(012)-2503/2023 saylı qətnaməsi ilə cavabdehlə arasında xx.xx.2019-cu il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 1784 nömrəli akt qeydi ilə olan nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X3 onun yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh “Baku Elektronics” firmasında menecer vəzifəsində çalışır və aylı əmək haqqı 990 manatdır. Ona görə də alimentin miqdarı dəyişdirilərək əmək haqqına yönəlməlidir. İşə baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil, iddia tələbini dəqiqləşdirərək məhkəmədən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2503/2023 saylı qətnaməsi ilə birgə nikahdan xx.xx.2020-ci il tarixdə doğulmuş oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək cavabdehin əmək haqqından və başqa gəlirlərindən ¼ hissədə alimentin və mediasiyaya ödənilmiş 50 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: -AZ-İV seriyalı, 470015 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2503/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə 5 saylı Bakı “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsində bağlanmış 1784 nömrəli akt qeydi ilə nikahın pozulması, birgə nikahdan xx.xx.2020-ci il tarixdə doğulmuş X2 anası İddiaçı yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. - ilkin mediasiya sessiyasından sonra prosesin dava etdirilə bilməməsi barədə Bakı 16 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, alimentin miqdarının artırılması və digər tələblər barədə mübahisə üzrə Cavabdeh mediasiya prosesinin davam etdirilməsinə razılıq vermədiyindən ilkin mediasiya sesiyasının keçirilməsi mümkün olmamışdır. -“Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Cavabdeh "xxxx" MMC-də menecer vəzifəsində işləyir və aylıq əmək haqqı 990 manat təşkil edir. Beləliklə, iddiadan və iş materiallarının görünür ki, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin, bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Həmçinin alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment. Həmçinin qeyd edilməlidir ki, cavabdeh də bir valideyn kimi uşağının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında vəzifəlidir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları, uşağın tərbiyəsində və saxlanmasında himayəsində olan ananın (iddiaçının) üzərinə daha çox yükün düşməsi nəzərə alınmaqla iddia tələbi əsaslı hesab edilməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2503/2023 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və cavabdehdən tutulan alimentin miqdarı onun qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən edilməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2503/2023 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan aliment dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödəniməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci üçün ödənilmiş 50 manatda cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2503/2023 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-3303/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3303/2023
30.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver