Məhkəmə qərarları › İş №e-2(003)-3411/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3411/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3411/2024 29.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Hüseynağa oğlu və Cavabdeh2 qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 Hüseynağa oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlardan İddiaçı QSC-nin xeyrinə müştərək qaydada 10.036,74 manat kredit, 777,79 manat faiz, 142,96 manat cərimə borcu olmaqla cəmi 10.957,49 manat məbləğində vəsaitin və ödənilmiş 122,87 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bankın nümayəndəsi məhkəmə iclasında göstərdi ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuşdur.Həmin ərizəyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 1.8333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13200 manat məbləğində kredit verilmişdir. O, xx.xx.2024-cü il tarixdən kredit və faiz borcunu qaytarmamışdır. Borcdan 3163.26 manat ödəniş edilmiş və 10.036,74 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Cavabdehin xx.xx.2024-cü il tarixə 101 gün üçün hesablanmış faiz borcu 777.79 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödənməlidir. xx.xx.2024-cü il tarixə 101 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 142.96 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 göstərdi ki, borc tələbinə etiraz etmir.Əməkhaqqısı azaldıldığına görə kredit borcunu ödəməkdə çətinlik çəkir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 Hüseynağa oğlu məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh2 tərəfindən İddiaçı QSC-ya xx.xx.2022-ci il tarixli müraciət ərizəsindən görünür ki, cavabdehə illik 22% оlmaqla 48 ay müddətinə ödəmək şərtilə 13.200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək İddiaçı QSC-yə hər ay 419 manat (sonuncu ay 430,71 manat) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, OUT-2024/04/25-49 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli 021A********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə 10.036,74 manat əsas, 777,79 manat faiz, 142,96 cərimə borcu olmaqla cəmi 10.957,49 manat borcu yaranmışdır. İş materiallarında olan 021G**********01 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 Hüseynağa oğlu ilə İddiaçı QSC arasında müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh1 Hüseyn oğlu və Cavabdeh2 Hüseyn oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər borc barədə xəbərdar edilmiş və qrafikı uyğun ödəniş aparmadığına görə borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə cavabdehin barəsində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən “əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Həmin Məcəllənin 746-5.2 maddəsinə əsasən istehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən illik 22% оlmaqla 48 ay müddətinə 13.200 manat məbləğində kredit verilmişdir. Daha sonra Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 Hüseynağa oğlu ilə zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən müqavilədən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Cavabdehlər üzərlərinə düşən vəzifələri lazımi qaydada icra etmədiyinə görə 10.036 manat kredit və 777,79 manat faiz borcu yaranmışdır. Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələr daşıyır. Cavabdeh müqavilə əsasında vəzifələrini icra etmədiyinə görə məhkəmə hesab edir ki, iddia cavabdehdən 10.036,74 manat kredit,777,79 manat faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmədə müəyyən olundu ki, müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödənməlidir. Nəticədə cavabdehlərin 142,96 manat məbləğində cərimə borcu yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia cavabdehlərdən 142,96 manat cərimə borcunun tutulması hissəsində təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 122,87 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Hüseyn oğlu və Cavabdeh2 Hüseyn oğlundan müştərək qaydada 10.036,74 manat kredit, 777,79 manat faiz, 142,96 manat cərimə borcu olmaqla cəmi 10.957,49 (on min doqquz yüz əlli yeddi manat qırx doqquz qəpik) manat məbləğində vəsaiti və ödənilmiş 122,87 (yüz iyirmi iki manat səxsən yeddi qəpik) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar