Məhkəmə qərarları › İş №e-2(003)-345/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-345/2025

04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-345/2025 04.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 681,75 manat maddi zərər məbləğinin, 30,0 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40,0 qəpik, ümumilikdə 712,15 manat məbləğində pul vəsaitinin Cavabdeh Cəmiyyətin xeyrinə tutulması və ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində **-NF-*** DQN-lı “X7” markalı avtomobilin sürücüsü Cavabdeh Zabrat dairəsi ilə hərəkət edərkən İddiaçı MMC-yə məxsus **-JK-*** DQN-lı “BMC Procity” markalı avtobusu vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. YNH-si barədə Cəmiyyətimizin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə YPX-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Sabunçu rayon DYPŞ-nin polis leytenantı X2 tərəfindən araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. İnspektorun araşdırması nəticəsində Cavabdeh əməllərində İXM-nin 327.1-ci maddəsinin tələblərinin pozulması öz əkisini tapdığından barəsində xx.xx.2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar verilibdir. Yolhərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Sabunçu rayon X8 şöbəsində tanınmışdır. Yol–nəqliyyat hadisəsi nəticəsində avtobusun sol hissəsi deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 4 gün müddətində xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024cü il tarixli 010547 saylı Zərər Aktına əsasən **-JK-*** DQN-lı avtobusa 681,75 (altı yüz səksən bir manat, 75 qəpik) manat maddi zərər dəymişdir. Qeyd etmək istəyirik ki, yuxarıda qeyd edilən **-NF-*** DQN-lı “X7” markalı nəqliyyat vasitəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” olmadığından hadisə nəticəsində İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 681,75 (altı yüz səksən bir manat, 75 qəpik) manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmiş və müsbət addım atılmamışdır. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər - xx.xx.2024-cü il tarixli №010547 saylı zərər aktının surətindən görünür ki, **-JK-*** DQN-lı avtobusa 681,75 manat maddi zərər dəymişdir. - TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM 322.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - İcbari sığorta müqavilələrinin mövcüdluğunun yoxlanılması barədə sənədin sürətindən görünür ki, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair hadisə baş verən vaxtı xx.xx.2024-cü il tarixinə avtoməsuliyyət sığortası müqaviləsi aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.1-ci maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat hadisəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunan “X7” **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edilən zaman Cavabdeh İddiaçı MMC-yə məxsus **-JK-*** DQN-lı “BMC Procity” markalı avtobusu vuraraq yol nəqliyyat hadisəsi törətmişdir, vurulmuş ziyanın məbləği 681,75 manat müəyyən edilmişdir. “X7” **-NF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” olmadığından hadisə nəticəsində İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş zərər sığorta tərəfindən qarşılanmamışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qanunla yüksək təhlükə mənbəyi hesab X7” **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edildiyindən və iddiaçıya məxsus avtobusa dəymiş ziyan bilavasitə Cavabdeh tərəfindən vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədildiyindən və cavabdehin sığortası olmadığı üçün iddiaçı *İcbari Sığorta Bürosu*ndan kompensasiya ala bilməmişdir, buna görə də dəymiş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Cavabdeh yol nəqliyyat hadisəsi törətməsi nəticəsində iddiaçıya məxsus İddiaçı MMC-yə məxsus **-JK-*** DQN-lı “BMC Procity” markalı avtobusu vurması, məhkəmə iclasında verilmiş izahat, inzibati xəta törətməsinə dair tərtib edilmiş qərarla və işin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə həmçinin iddianın 30,4 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə onlara əlavə zərər vurmuşdur. Odur ki, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 681,75 manat məbləğində pul vəsaiti, 30,0 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 712,15 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar