Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3458/2024 17.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "pul” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" ASC-nin xeyrinə 628-xx.xx.2018-002810 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 2147,76 manat kredit borcu, 441,78 manat faiz borcu, 45,90 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış 628-xx.xx.2018-002810 saylı, xx.xx.2018- ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 2200 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X3 xx.xx.2018-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2019-u il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh xx.xx.2022-ci il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Miras əmlak, ƏMDK-nın yanında Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********27 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan ünvanında yerləşən ümumi sahəsi 0.075 ha olan torpaq sahəsindən ibarətdir. Maliyyə arayışına əsasən, Cavabdeh 628-xx.xx.2018-002810 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, banka ödənilməmiş–2147.76 manat əsas və 441.78 manat faiz borcu qalmışdır. Cavabdeh X3 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə X6 arasında imzalanmış 628-xx.xx.2018- 002810 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, X4 illik 27 faizlə 48 ay müddətinə 2200 manat məbləğində nağd kredit verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, X3 "xxxx" ASC-yə xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit ilə əlaqədar 2589,54 manat borcu vardır. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən Cavabdeh 6-2-22/2-22572/2024 nömrəli, xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, bank cavabdehləri borc barədə xəbərdar edərək gecikdirilmiş borcun ödənilməsini tələb etmiş, əks təqdirdə cavabdehin barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 940079 nömrəli ölüm haqqında şəhadətnaminin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 7 saylı Bakı notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair 7 saylı Bakı notariat ofisində vərəsəlik işi başlanılmış və Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X3 qanun üzrə vərəsəsi olan Cavabdeh mirasdan tam pay almalıdır. Miras əmlak, ƏMDK-nın yanında Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********27 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan ünvanında yerləşən ümumi sahəsi 0.075 ha olan torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Mülki Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746-5.2 maddəsinə əsasən istehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcələnin 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 45,90 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə, hesab edir ki, 45,90 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Məhkəmədə müəyyən olundu ki, X3 vərəsəsi- Cavabdehdır.Buna görə məhkəmə hesab edir ki, Cavabdeh mərhum X3 vərəsəsi kimi mirası və onun bank qarşısındakı öhdəliyini qəbul etmiş, lakin kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC-yə olan borcu qaytarmamaqla pul öhdəliyini yerinə yetirməmişdir.Odur ki, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" ASC -nin xeyrinə ASC Cavabdeh 2147,76 manat əsas borc, 441,78 manat faiz borcu, ödənilmiş 45,90 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla cəmi 2.635,84 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC -nin xeyrinə ASC Cavabdeh 2147,76 manat əsas borc, 441,78 manat faiz borcu, ödənilmiş 45,90 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla cəmi 2.635,84 (iki min altı yüz otuz beş manat səksən dörd qəpik ) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-3458/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3458/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver