Məhkəmə qərarları › İş №e-2(003)-346/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-346/2025

06.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-346/2025 06.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, İşin halları İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 71363,48 (yetmiş bir manat üç yüz altmış üç manat 48 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 786,55 (yeddi yüz səksən altı manat 55 qəpik) manat və 306,45 (üç yüz altı manat 45 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 72 456,48 (yetmiş iki min dörd yüz əlli altı manat 48 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonentCavabdeharasında xx.xx.2016-cı il tarixində ***-**-** nömrəli «Qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi istixananı təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00380 nömrəli abonent kodu verilmiş, istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş - xx.xx.2015-ci il tarixli 080363 saylı akt əsasında 2635,20 manat; - xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 1852,80 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 2112 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 720 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 672 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 799,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 1198,80 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 284,40 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 565,20 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64.80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 129,60 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat; - xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 284,40 manat; - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 590,40 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 1454,40 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 1454,40 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 145,40 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 1454,40 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 590,40 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 590,40 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 3182,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1454,40 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1728 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1454,40 manat; - xx.xx.2021-ci il tarixli 03001559 saylı akt əsasında 388.80 manat; xx.xx.2021-ci il tarixli 03001559 saylı akt əsasında 388.80 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 345,60 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1008 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 2138,40 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 2138,40 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 3041,28 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2178 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2296,80 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2296,80 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1330,56 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1330,56 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 665,28 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2692,80 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1346,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2296,80 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2296,80 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2296,80 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1956,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 665,28 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 665,28 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 332,64 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 332,64 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 562,32 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1037,52 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1037,52 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 1512,72 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 1512,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 562,32 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 1037,52 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 570,24 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında cəmi 2280,96 manat (xidmət yazı BRQSD3-6-1263/2024); Cəmi 71363,48 (yetmiş bir manat üç yüz altmış üç manat 48 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilir). Bildiririk ki, cavabdehin ödənilməmiş 2015-ci ilin sentyabr ayı üzrə qalıq 198,25 manat sərfiyyat borcu, 2015-ci ilin noyabr-dekabr ayları üzrə 231,70 manat sərfiyyat borcu, 2016-cı ilin yanvar-fevral ayları üzrə 356,60 manat sərfiyyat borcu, cəmi 786,55 manat sərfiyyat borcu qalmışdır. 2015-ci ilin sentyabr ayından 2024-cü ilin sentyabr ayına qədər cavabdeh ödəniş etməmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 786,55 (yeddi yüz səksən altı manat 55 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümum72 150,03 (yetmiş iki manat bir yüz əlli manat üç qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, iddiaçının tələb etdiyi debitor borcu qəbul etmir, belə ki, iddia müddəti ötürülmüşdür, həmçinin sözügedən aktlar tamamilə qanunsuzdur. Həmin aktları qəbul etmir. Lakin 2022-ci ilin yanvar –aprel aylarında sayğacdan kənar qaz xəttindən istifadə etdiyini etiraf etdi. Buna görə də, iddianın qismən təmin olunmasını xahiş etmişdir. İddia ərizəsinə etirazın dəlilləri İddiaya qarşı yazılı etirazı daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər -İddiaçıilə Cavabdeharasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2016-ci il tarixli, ***-**-** saylı müqavilənin surətindən aydın olur ki, müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təmin edir, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə Cavabdeh üzərinə öhdəlik götürmüşdür. -Abonentin saldosundan görünür ki, abonentin cəmi 72150,03 manat borcu yaranmışdır. -Cavabdeh məxsus **********00380 sayla qeydiyyata alınmış ünvan üzrə İddiaçı tərəfindən tərtib edilmiş təbii X2nın pozulması haqqında aktların surətindən görünür ki, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 1852,80 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 590,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 590,40 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 3182,40 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1454,40 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1728 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1454,40 manat; - xx.xx.2021-ci il tarixli 03001559 saylı akt əsasında 388.80 manat; - xx.xx.2021-ci il tarixli 03001559 saylı akt əsasında 388.80 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 345,60 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1008 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 2138,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 2138,40 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 3041,28 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2178 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2296,80 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2296,80 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1330,56 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1330,56 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 665,28 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2692,80 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1346,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2296,80 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2296,80 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2296,80 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1956,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 665,28 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 665,28 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 332,64 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 332,64 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 562,32 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1037,52 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1037,52 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 1512,72 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 1512,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 562,32 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 1037,52 manat dəymiş ziyan hesablanmış, aktların tərtibində istehlakçı Cavabdeh aktları imzalamaqdan imtina etmişdir. -xx.xx.2024-cü il tarixli qəbzindən aydın olur ki, iddiaçı hazırkı tələb üzrə 306,45 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayından tərtib olunmuş aktlara münasibətdə) 6-2-ci maddəsinə görə 1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Maddə 13.8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayından sonra tərtib olunmuş aktlara münasibətdə) Maddə 13.8-1 bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2” Bənd 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 24. Bənd 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Bənd 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Bənd 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bənd 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: Bənd 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; Bənd 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; Bənd 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Bənd 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bənd 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0.5 və 115.0. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Maddə 121.1. məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 101.7. ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, bununla bağlı 2015-ci ilin dekabr ayından - 2024-cü ilin aprel ayınadək sayğacdan kənar qaz xətdindən istifadəyə görə ümumilkdə 68 akt tərtib edilmiş, cavabdehə həmin aktlar əsasında 71363,48 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı tərəf həmin akta görə hesablanmış borcun tutulmasını tələb edir. Eyni zamanda cavbdehin 786,55 manat istifadə olunmuş qaz sərfiyyatına görə borcu yaranmışdır. İş materiallarına əlavə edilən Cavabdeh məhkəməyə ünvanladığı ərizədən görünür ki, cavabdeh iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, iddia müddətinin tətbiq edilməsini xahiş edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə xx.xx.2015-ci il tarixli 080363 saylı; - xx.xx.2017-ci il tarixli ******* saylı; - xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; - xx.xx.2018-ci il tarixli ******* saylı; - xx.xx.2018-ci il tarixli ******* saylı; - xx.xx.2019-cu il tarixli ******* saylı; - xx.xx.2019-cu il tarixli ******* saylı; - xx.xx.2019-cu il tarixli ******* saylı; - xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; - xx.xx.2019-cu il tarixli ******* saylı; - xx.xx.2019-cu il tarixli ******* saylı; - xx.xx.2019-cu il tarixli ******* saylı; - xx.xx.2019-cu il tarixli ******* saylı; - xx.xx.2019-cu il tarixli ******* saylı; - xx.xx.2020-ci il tarixli ******* saylı; xx.xx.2020-ci il tarixli ******* saylı; - xx.xx.2020-ci il tarixli ******* saylı; - xx.xx.2020-ci il tarixli ******* saylı; - xx.xx.2020-ci il tarixli ******* saylı; - xx.xx.2020-ci il tarixli ******* saylı; - xx.xx.2020-ci il tarixli ******* saylı; - xx.xx.2020-ci il tarixli ******* saylı; - xx.xx.2020-ci il tarixli ******* saylı; - xx.xx.2020-ci il tarixli ******* saylı; - xx.xx.2020-ci il tarixli ******* saylı; - xx.xx.2020-ci il tarixli ******* saylı; - xx.xx.2021-ci il tarixli ******* saylı; - xx.xx.2021-ci il tarixli ******* saylı; - xx.xx.2021-ci il tarixli ******* saylı; - xx.xx.2021-ci il tarixli ******* saylı; - xx.xx.2021-ci il tarixli 03001559 saylı; - xx.xx.2021-ci il tarixli 03001559 saylı; xx.xx.2021-ci il tarixli ******* saylı; - xx.xx.2021-ci il tarixli ******* saylı; - xx.xx.2021-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış borc məbləğində hissəyə və 2015-ci ilin sentyabr ayı üzrə qalıq 198,25 manat sərfiyyat borcu, 2015-ci ilin noyabr-dekabr ayları üzrə 231,70 manat sərfiyyat borcu, 2016-cı ilin yanvar-fevral ayları üzrə 356,60 manat sərfiyyat borcu, cəmi 786,55 manat debitor borc hissəsinə iddia müddətini ötürmüşdür. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.5-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair qərarından görünür ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə görə, müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, qanunverici həm Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafında, həm də 18-ci fəslində nəzərdə tutulan müddətlərin, tərəflərin razılaşması ilə dəyişdirilməsinin mümkünlüyünü təsbit etmişdir. Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İş materiallarından görünür ki, iddiaçının səlahiyyətli nümayəndələri tərəfindən sözügedən aktlar tərtib olunsa da, iddiaçı cavabdehin ona vurduğu zərərlə bağlı öz hüquq və mənafelərini müdafiə etmək imkanından vaxtında istifadə etməmiş, xx.xx.2024-cü il tarixdə, yəni 03 ildən artıq müddət keçdikdən sоnra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-ci maddəsi ilə müəyyən edilmiş üç illik iddia müddətini buraxmışdır.İddiaçı mövcud iddia ərizəsi tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələbin 2021-ci ilin oktyabr ayınadək olan dövrdə aktlar əsasında hesablanmış zərər məbləği və 2021-ci ilin oktyabr ayları üçün hesablanmış qalıq (debitor) borc üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən yuxarı qeyd edilən borc hissəsində iddiası təmin edilməməlidir. Məhkəmə - - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1008 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 2138,40 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 2138,40 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 3041,28 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2178 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2296,80 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2296,80 manat - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1330,56 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1330,56 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 665,28 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2692,80 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1346,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2296,80 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2296,80 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2296,80 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1956,24 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 665,28 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 665,28 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 332,64 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 332,64 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 562,32 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1037,52 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1037,52 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 1512,72 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 1512,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 562,32 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 1037,52 manat; - xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 570,24 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında cəmi 2280,96 manat olan pul tələbləri araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 3041,28 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2178 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2296,80 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2296,80 manat məbləğində borcun tutulması hissəsinə qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən qeyd edilən aktlar üzrə hesablanmış 9812,88 manat borcu qəbul etməsini cavabdehin təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul etməklə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh tərəf həmin hissədə iddia tələbini qəbul etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən etiraf edilən akt istisna olmaqla digər aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasına iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Cavabdeh tələb olunan məbləğində borcun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktın bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı təşkilat qaz sayğacına müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Məhkəmə həmçinin hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin akt lar tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən abonent hesabına akt əsasında hesablanmış borc da əsaslı hesab edilməməklə silinməlidir. Qanunun tələbinə əsasən, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin cavabdehin sayğaca müdaxilə etməsi, bunun nəticəsi olaraq qazın talanmasında təqsirli olması sübuta yetirilmədən İddiaçıdan vurulmuş zərərin ödənilməsini tələb etmiş, abonentin saldosuna həmin aktlar üzrə zərərin məbləğini daxil etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən iddia tələbi təbii qazdan qeyri-qanuni istifadəyə görə aktlar üzrə hesablanmış borcun qaytarılması hissəsində də təmin edilməməlidir. Məhkəmə bütün qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən kənar müdaxilə etməklə və qanunsuz qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə edilməsi məhkəmə araşdırması zamanı öz sübutunu tapmadığından iddia tələbi təmin edilə bilməz. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən etiraf edilməyən və qanunuliyi mübahisələndirilən istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyriqanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında tirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehdən tələb edilən borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməmişdir. İddiaçı tərəfin özünü istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən onun üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Məhkəmə vurğulayır ki, yuxarıda qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə iddia tələbinin ödənilmiş 140,24 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 44,0 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 262,45 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, Cavabdeh akt əsasında 9812,88 manat, debitor borc üzrə 786,55 manat pul və 44,0 manat dövlət rüsumu, cəmi 10643,43 manat məbləğində pul alınaraq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh aktlar əsasında 9812,88 manat, debitor borc üzrə 786,55 manat və 44,0 manat dövlət rüsumu, cəmi 10643,43 manat məbləğində pul tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar