Məhkəmə qərarları › İş №e-2(003)-347/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-347/2025

02.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-347/2025 02.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh nümayəndəsi(əri) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 21.859,20 manat məbləğində zərərin və 155,58 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 22.014,78 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı İB-in nümayəndəsi X6 göstərdi ki, Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2016-cı il tarixində 2147-08-16 nömrəli «Qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi istixananı təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********02040 nömrəli abonent kodu verilmiş, istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 6.890,40 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2.518,56 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 12.450,24 manat olmaqla cəmi 21.859,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur.İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi(əri) X2 məhkəmə iclasında göstərdi ki, tələbi qəbul etmir. Həmin ünvanda (Zirə qəsəbəsi, Babayev küçəsi,dalan 1,döngə 10,ev 3) sayğac və qazın verilməsi ilə bağlı müqavilə Cavabdeh adınadır.Orada ev yoxdur, yalnız yararsız vəziyyətdə olan parnik var. 2019-cu ildə bəri orada qazdan istifadə edilmir və həmin dövrdən qaz kəsilmişdir.Həmin ünvanda ev (yarımtikili) var, lakin yaşayış yoxdur. 2019-cu ildə də qazla bağlı mübahisələr olmuş və onun xeyrinə məhkəmə qətnamələri mövcuddur.İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə tərəfindən İddiaçı İB tərəfindən borc hesablanmış ünvana yerli baxış keçirilmişdir. Yerli baxış zamanı həmin ərazidə istixananın olduğu, lakin yararsız olduğu müəyyən olunmuşdur. Həmçinin həmin ünvanda yarımtikili mövcuddur, lakin həmin yarımtikili yaşayış üçün əlverişli deyildir.Qaz xətti həmin ünvandan xeyli aralıdadır. Vaxtilə qaz təminatı kəsilmişdir.İstixanaya məxsus borular yararsız vəziyyətdədir, kəsilmiş və çürümüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, İddiaçı ilə abonent Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii X4nın pozulması haqqında aktın surətindən görünür ki, abonentin təbii qazdan sayğacsız,qeyriqanuni istifadə etdiyi qeyd edilmişdir.Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid **********02040 saylı abonə koduna itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 31.320 kub.metr qaz itkisi hesablanmışdır. Qaz işlədiciləri olaraq dəmir soba,iran sobası, L şəkilli soba göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli təbii X4nın pozulması haqqında aktın surətindən görünür ki, abonentin təbii qazdan sayğacsız,qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir.Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid **********02040 saylı abonə koduna itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 11.448 kub.metr qaz itkisi hesablanmışdır. Qaz işlədiciləri olaraq dəmir soba,iran sobası, L şəkilli soba göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmədə müəyyən olundu ki, İddiaçı İB tərəfindən Cavabdeh məxsus Xəzər rayonu,Zirə qəsəbəsi,Təzə sahə ünvanında qaz itkisinə yol verildiyi aşkar olunmuş, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlar tərtib olunmuşdur. Aktlarda göstərilmişdir ki, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Lakin Məhkəmə borc hesablanmış ünvana yerli baxış keçirmiş, həmin ünvanda yararsız bir istixananın və yaşayış üçün əlverişli olmayan yarımtikilinin olduğu müəyyən olunmuşdur.Eyni zamanda, məhkəmədə müəyyən olundu ki, qeyd olunan ünvanda yaşayış yoxdur.Qazın təminatı kəsilmişdir və qaz xəttləri xeyli aralıdadır.Belə ki, İddiaçı İB cavabdehin kənar xətt vasitəsilə qazdan qeyri-qanuni istifadə etməsini iddia etsə də, bu hal məhkəmədə sübut olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii X4nın pozulması haqqında aktın surətindən görünür ki, abonentin təbii qazdan sayğacsız,qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir.Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid **********02040 saylı abonə koduna itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 56.592 kub.metr qaz itkisi hesablanmışdır.Qaz işlədiciləri olaraq dəmir soba,iran sobası, L şəkilli soba göstərilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Məhkəmədə müəyyən olundu ki, İddiaçı İB tərəfindən Cavabdeh məxsus Xəzər rayonu,Zirə qəsəbəsi,Təzə sahə ünvanında qaz itkisinə görə xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir.Aktda Cavabdeh qazdan qeyri-qanuni istifadə etdiyi göstərilmişdir.Lakin, İddiaçı İB tərəfindən müvafiq qanunsuz qoşulma halı aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı və tərtib olunmuş aktı müvafiq icra hakimiyyəti orqanına yaxud cinayət təqibi orqanına təqdim etməli idi.Lakin İddiaçı İB tərəfindən göstərilən hərəkətlər edilməmişdir. Eyni zamanda, məhkəmədə müəyyən olundu ki, qeyd olunan ünvanda yaşayış yoxdur. Orada olan istixana yararsız vəziyyətdədir,boruları deşilmiş və çürümüşdür. Qaz xətti isə xeyli aralıda yerləşir. Həmçinin, qaz işlədiciləri olaraq göstərilmiş dəmir soba,iran sobası, L şəkilli sobanın istixanaya aidiyyəti yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı iddiası əsassızdır və təmin oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar