Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-349/2025 06.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X3, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və depitor borcunun ödənilməsi” tələbinə dair ilkin iddiasına; Cavabdeh İddiaçınə qarşı pozulmuş istehlakçı hüquqlarının müdafiəsi və borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və depitor borcunun ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş 3168 (üç min bir yüz altmış səkkiz) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 550,44 (beş yüz əlli manat 44 qəpik) manat və 57,19 (əlli yeddi manat 19 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3775,63 (üç min yeddi yüz yetmiş beş manat 63 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeharasında xx.xx.2020-ci il tarixində AMX-4793/20 nömrəli «Qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi istixananı təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00181 nömrəli abonent kodu verilmiş, istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-6T qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X5”nın tələblərinə əməl etmək) və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X5nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 3168 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilir). Bildiririk ki, cavabdehin ödənilməmiş 2023-cü ilin aprel/oktyabr ayları üzrə 550,44 manat sərfiyyat borcu qalmışdır. 2023-cü ilin aprel ayından 2024-cü ilin aprel ayına qədər cavabdeh ödəniş etməmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 550,44 (beş yüz əlli manat 44 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 3718,44 (üç min yeddi yüz on səkkiz manat 44 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh İddiaçınə qarşı pozulmuş istehlakçı hüquqlarının müdafiəsi və borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbini tamamilə rədd edilməsi və qarşılıqlı iddia tələbi üzrə mülkiyyətində olan ünvan 2 ünvanındakı fərdi bağına abonent kodu **********00181 olan qaz sayğacına əsassız olaraq “Azəri-Qaz" İstehsalat Birliyi tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 3168 manat dəymiş ziyan borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində ilkin iddia ərizəsi üzrə iddiaçının iddia ərizəsinin surətini almışdır. Həmin iddia ərizəsinə baxarkən iddiaçının iddia tələbinin tamamilə yalandan ibarət olduğunun şahidi olmuşdur. ünvan 2 ünvanındakı fərdi bağında əkinçilik işləri görürmüşdür. Təxminən 1 sot torpaq sahəsində tərəvəz əkmək üçün şərait qurmuşdur. Bu səbəbdən də 2019-cu il tarixində həmin ünvana “sayğac quraşdırılması üçün Azəriqaz" İstehsalat Birliyinə müraciət etmişdir. İddiaçı ünvan 2 ünvanındakı fərdi bağıma abonent kodu **********00181 olan qaz sayğacı quraşdırılmışdır. Lakin yeri balaca olduğu üçün təsərrüfat işlərini davam etdirməmişdir. Təxminən 2023-ci ildə həmin bağ sahəsində təsərüffat işlərini məhdudlaşdırmışdır. Təxminən 1 il əvvəl xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasənda ona “Azəriqaz" İstehsalat Birliyi tərəfindən göndərilən bildirişdə 7508 manat dəymiş ziyan borcu yazıldığını görmüş, dərhal həmin borcun əsassız yazılması səbəbindən Xətai Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasənda ona yazılmış 7508 manat dəymiş ziyan borcun silinməsini tələb etmişdir. Məhkəmə işi araşdırmış və iddia tələbini onun xeyrinə təmin etmiş və həmin borc silinmişdir. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı yenə də əsassız akt yazmaqda davam edir və həmin əsassız akt əsasında ondan küllü miqdarda pul tələb edir. Nəzərə alsaq ki, bağda artıq bir ildir təsərrüfat işləri görülmür. Sadəcə dağılmış parnik qırıntıları vardır. Həm sağlamlığı, həmdə maddi vəziyyəti təsərrüfatla məşğul olmağa imkan vermir. O, həmin bağda təsərrüfat işləri görmür. Orada ev yoxdur. Heç bir xəttə qanunsuz müdaxilə etməmişdir. Bu ilin əvvəlində İddiaçı əməkdaşlarına ona yazılan aktların əsassız olmasını, qaz xəttinin yoxlanılmasını və borcun silinməsini tələb etmişdir. Lakin “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları heç bir xətti yoxlamamışlar, parnik xarabalığını əsas gətirərək ona güya ki qaz xəttinə qanunsuz qoşulmağı barədə aktlar tərtib etmişdirlər. xx.xx.2023 tarixli ******* saylı akt barədə məlumat alan kimi məhkəməyə müraciət edib həmin akt əsasında yazılmış borcu silinməsinə nail olmuşdur. Lakin “Azəriqaz" İstehsalat Birliyi yenidən əsassız iddia tələbi ilə məhkəməyə müraciət edərək əsassız olaraq ondan küllü miqdarda pul tələb edir. Həmçinin bildirir ki, ilkin iddia üzrə iddiaçı iddia tələbində 2023-cü ilin aprel/oktyabr ayları üzrə 550,44 manat debitor borcun ödənilməsini tələb etmişdir. Maddi vəziyyəti ilə əlaqədar həmin borcu vaxtında ödəyə bilməmişdir. Lakin xx.xx.2024-cü il tarixində həmin 550 manat debutor borcu tam olaraq ödəmişdir. Qaz sayğacına, nədəki, qaz xəttinə müdaxilə etməmişdir. Hesab edir ki, barəsində tərtib olunan xx.xx.2024-cü il tarixli ******* saylı akt tamamilə əsassızdır və həmin akt əsasında 3168 manat dəymiş ziyan borcu silinməlidir. Həmçinin məhkəməyə bildirmək istəyir ki, həmin bağda heç bir ev olmadığı halda, İddiaçı tərəfindən tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamədə” 6 avadanlığın olduğu və həmin avadanlıqların ilboyu qaz işlətməsi nəticəsində dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. Halbuki, həmin bağda 4 göz qaz, iran sobası, dəmir soba ümumiyyətlə olmamışdır. Qeyd olunan hesablamalar tamamilə həqiqəti əks etdirmir. Həmin bağ sahəsində heç bir təsərrüfatın olmadığını və “parnikin” yararsız halda olduğunu İddiaçı əməkdaşları da görmüşlər. Həmçinin birlirir ki, “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşı tərəfindən çəkdiyi fotoşəkillərdəki hasar onun bağından kənardır. Onun bağının ətrafından keçən qaz xəttində heç bir qanunsuz müdaxilə yoxdur. Artıq bir neçə ildir həmin bağa demək olar ki getmir. Hal-hazırda “Azəriqaz“ İstehsalat Birliyinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli ******* saylı akt tam olaraq əsassızdır, şişirdilmişdir və həqiqəti əks etdirmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X6iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etdi. Eyni zamanda izahatında bildirmişdir ki, Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməməli və qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2020-ci il tarixində AMX-4793/20 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00181 sayla qeydiyyata alınmış abonent koduna (abonent Cavabdeh) 2024-cü ilin mart ayına 3168 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında hesablanmış borc və 550,44 manat qazdan istifadəyə görə hesablanmış debitor borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* saylı təbii X5nın pozulması haqqında aktın surətindən görünür ki, abonent təbii qazdan istixanada qeyri-qanuni kənar xətt vasitəsi ilə istifadə edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İddiaçı İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid **********00181 saylı abonə koduna itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 14400 kub.metr qaz itkisi hesablanmışdır. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, ilkin olaraq İddiaçı olaraq Cavabdeh xx.xx.2024-cü il tarixli, ******* saylı təbii X5nın pozulması haqqında akt əsasında tələb etdiyi 3168 manat dəymiş zərərə münasibət bildirilməlidir. Məhkəmə ilkin iddia tələbinin sözügedən tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X5»nın 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin qərarın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X5»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, bununla bağlı aktlar tərtib edilmiş, cavabdehə həmin aktlar əsasında 3168 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı tərəf həmin akta görə hesablanmış borcun tutulmasını tələb edir. Cavabdeh tərəf isə akt tərtib edildiyi vaxt təbii qazdan qeyri-qanuni istifadə etmədiyini bildirir. Bununla da, cavabdeh təbii qazdan qeyri-qanuni istifadə edilməsini qəbul etməməklə özünü ilkin iddianın bu hissəsində sübutetmə yükündən azad etmiş, buna görə də həmin halların onun tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə hesab edir ki, paylayıcı təşkilat tərəfindən istehlakçıya sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib etdiyi akt əsasında 3168 manat ziyan hesablasa da, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı tərəf Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada həmin məbləğdə ziyanın hesablanmasını əsaslandıran, yəni cavabdehin məhz 3168 manat məbləğdə zərərin yaranmasına dair əsaslı sübutları məhkəməyə təqdim edə bilməmiş, borcun hansı normativ hüquqi akta əsaslanmaqla, hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir. Belə ki, cavabdeh tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyriqanuni istifadə etməsi halı etiraf etməməsi məhkəmə araşdırması zamanı müəyyən edilsə də, ziyanın hesablanması zamanı təbii-qazdan istifadə nəticəsində məhz akt üzrə qeyd olunan məbləğdə ziyan vurulması sübut olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 3168 manat məbləğdə ziyan tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilkin iddianın depitor borcu hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də, əsassızdır. Belə ki, istehlakçı məhkəmə iclasında 2023-cü ilin aprel-oktyabr ayları ərzində təbii qazdan istifadə etmiş və 550,44 manat məbləğində depitor borcu yaranmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh sözügedən depitor borcundan xx.xx.2024-cü il tarixdə 550 manat və xx.xx.2025-ci il tarixdə isə 1,0 manat İddiaçınə ödəmişdir. Belə olan halda məhkəmə hesab edir, sözügedən depitor borcu Cavabdeh tərəfindən İddiaçınə ödənildiyindən, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə aşağıda qeyd ediləcək maddi və prosessual hüquq normalarına əsasən qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən yol verilmiş səhvə görə qarşılıqlı iddia üzrə iddiaçı məsuliyyət daşımadığından, qarşılıqlı iddia üzrə iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə qarşılıqlı iddia üzrə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 3168 manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və depitor borcunun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı tərəfindən təbii X5nın pozulmasına görə X2 (abonent kodu **********00181 olan sayğac) hesablanmış 3168 manat məbləğində borc silinsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-349/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-349/2025
06.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver