Məhkəmə qərarları › İş №e-2(003)-3494/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3494/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3494/2024 23.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx/xx/2022-ci il tarixli BRCB7923245A117 saylıkredit müqaviləsinə əsasən 499.17 AZN əsas; 105.01 AZN faiz;cəmi 604.18 AZN borcu, xx/xx/2023-cü il tarixli GTKR1809577B299 saylı kredit müqaviləsinə əsasən 2692.48 AZN əsas; 373.14 AZN faiz;cəmi 3065.62AZN, ümumilikdə 3669.80 AZN borcun və ödənilmiş 56.7 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BRCB7923245A117 saylı Kredit müqaviləsinə əsasən ona 59 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 5000 AZN olan kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx/xx/2023-cü il tarixli GTKR1809577B299 saylı Kredit müqaviləsinə əsasən onun kartına 24 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 3700 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqavilələri, bu müqavilələr üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, cari hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli BRCB7923245A117 saylı kredit müqaviləsinə əsasən 499.17 AZN əsas; 105.01 AZN faiz;cəmi 604.18 AZN borcu, xx.xx.2023-cü il tarixli GTKR1809577B299 saylı kredit müqaviləsinə əsasən 2692.48 AZN əsas; 373.14 AZN faiz; cəmi 3065.62 AZN, ümumilikdə 3669.8 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, BRCB5945222B299 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh arasında cavabdehə illik 25 faiz ödəmək şərtilə 59 ay müddətə 5000 manat məbləğin verilməsi haqqında bağlanmışdır, eyni zamanda iş materiallarında olan xx/xx/2023-cü il tarixli GTKR1809577B299 saylı elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış Kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh arasında cavabdehin kartına 24 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 3700 AZN məbləğin verilməsi mədaxil edilməsi haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli, BRCB5945222B299 saylı kredit müqaviləsinə əsasən 499.17 AZN əsas, 105.01 AZN faiz, cəmi 604.18 AZN borcu, xx/xx/2023-cü il tarixli GTKR1809577B299 saylı kredit müqaviləsinə əsasən 2692.48 AZN əsas, 373.14 AZN faiz, cəmi 3065.62AZN, ümumilikdə 3669.8 AZN borcu vardır. İş materialları ilə müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Eyni zamanda cavabdeh də hazırki iddia ilə bağlı hər hansı etiraz verməməklə iddia tələbini təkzib edəcək hər hansı bir sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Həmin Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh , Cavabdeh xx.xx.2022-ci il tarixli BRCB7923245A117 saylı kredit müqaviləsinə əsasən 499.17(dörd yüz doxsan doqquz manaton yeddi qəpik) AZN əsas; 105.01 (yüz beş manat bir qəpik) AZN faiz, cəmi 604.18(altı yüz dörd manat on səkkiz qəpik) AZN borcu, xx.xx.2023-cü il tarixli GTKR1809577B299 saylı kredit müqaviləsinə əsasən 2692.48(iki min altı yüz doxsan iki manat qırx səkkiz qəpik) AZN əsas, 373.14(üç yüz yetmiş üç manat on dörd qəpik) AZN faiz, cəmi 3065.62(üç min altmış beş manat altmış iki qəpik) AZN, ümumilikdə 3669.8(üç min altı yüz altmış doqquz manat səksən qəpik) AZN borcun və ödənilmiş 56.7 (əlli altı manat yetmiş qəpik) AZN dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli BRCB7923245A117 saylı kredit müqaviləsinə əsasən 499.17(dörd yüz doxsan doqquz manaton yeddi qəpik) AZN əsas; 105.01 (yüz beş manat bir qəpik) AZN faiz, cəmi 604.18(altı yüz dörd manat on səkkiz qəpik) AZN borcu, xx.xx.2023-cü il tarixli GTKR1809577B299 saylı kredit müqaviləsinə əsasən 2692.48(iki min altı yüz doxsan iki manat qırx səkkiz qəpik) AZN əsas, 373.14(üç yüz yetmiş üç manat on dörd qəpik) AZN faiz, cəmi 3065.62(üç min altmış beş manat altmış iki qəpik) AZN, ümumilikdə 3669.8(üç min altı yüz altmış doqquz manat səksən qəpik) AZN borcun və ödənilmiş 56.7 (əlli altı manat yetmiş qəpik) AZN dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar