Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3502/2024 19.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı QSC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh qarşı kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1938,08 manat məbləğində kredit bоrcu, 350,26 manat məbləğində faiz bоrcu və 166,28 manat məbləğində cərimə olmaqla ümumilikdə cəmi 2454,62 manat məbləğində bоrcun və ödənilmiş 44,55 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X3 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, X5 aylıq faiz dərəcəsi 1.625% оlmaqla 24 ay müddətinə 2000 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2022-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 61.92 manat ödəniş etmiş və оnun banka 1938.08 manat məbləğində kredit bоrcu qalmışdır. İş materiallarına əlavə edilmiş AR DİN- in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borclu X2 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından X2 adına vərəsəlik işinin açıldığı, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh X2 vərəsəsi olduğu məlum olmuşdur.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı QSC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, borcalana 24 ay müddətinə ilik 19,5% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan 24 ay müddətə İddiaçı QSC-yə hər ay 102 manat, sonuncu ay 100,37 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş OUT-2023/12/06-119 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı QSC-yə 1938,08 manat əsas, 350,26 manat faiz, 166,28 manat cərimə, cəmi 2.454,62 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı QSC tərəfindən X3 ünvanlanmış bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə cavabdehin barəsində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 qanun üzrə vərəsəsi olan Cavabdeh mirasdan tam pay almalıdır. Miras əmlak, AR DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AD514141 nömrəli qeydiyyat Şəhadətnamsinə əsasən “X11 Prado” minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobildən ibarətdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 qanun üzrə vərəsəsi olan Cavabdeh mirasdan tam pay almalıdır. Miras əmlak, AR Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsilİdarəsinin 5 saylı Xidmət və Əməliyyat mərləzinin 313 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən mərhum X2 3.766,02 manat ödənilməmiş əmək haqqının üç mislindən ibarətdir. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 285449 nömrəli ölüm haqqında şəhadətnaminin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 7 saylı Bakı notariat ofisinin xx.xx.2022-ci il tarixli ƏMDK-nın yanında Bakı Şəhər Ərazi İdarəsinə ünvanladığı məktubundan görünür ki, mərhum X2 qanun üzrə vərəsəsi olan Cavabdeh ünvan ünvanında yerləşən torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edimişdir. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 ailə üzvləri atası Oqtay Rzaqulu oğlu, anası X7, qardaşı Cavabdeh, bacısı X4r. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 004871 nömrəli ölüm haqqında şəhadətnaminin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş İİİ-ЖГ seriyalı, 376563 nömrəli ölüm haqqında şəhadətnaminin surətindən görünür ki, Oqtay Rzaqulu oğlu xx.xx.1986-cı il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş ərizədən görünür ki, X6 mərhum X1 qalan miras əmlakdan imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Mülki Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746-5.2 maddəsinə əsasən istehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcələnin 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş 63388866 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 44,55 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 44,55 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmədə müəyyən olundu ki, X2 vərəsəsi- Cavabdehdur.Buna görə məhkəmə hesab edir ki, Cavabdeh mərhum X2 vərəsəsi kimi mirası və onun bank qarşısındakı öhdəliyini qəbul etmiş, lakin kredit müqaviləsi üzrə İddiaçı QSC-yə olan borcu qaytarmamaqla pul öhdəliyini yerinə yetirməmişdir.Odur ki, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı QSC-nin xeyrinə Cavabdeh 1938,08 manat əsas bоrc, 350,26 manat məbləğində faiz bоrcu, 166,28 manat cərimə borcu və 44,55 manat dövlət rüsumu olmaqla cəmi 2.499,17 manat pul tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı QSC-nin xeyrinə Cavabdeh 1938,08 manat əsas bоrc, 350,26 manat məbləğində faiz bоrcu, 166,28 manat cərimə borcu və 44,55 manat dövlət rüsumu olmaqla cəmi 2.499,17 (iki min dörd yüz doxsan doqquz manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-3502/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3502/2024
19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver