Məhkəmə qərarları › İş №e-2(003)-3507/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3507/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3507/2023 23.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdeh X4rşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı BOKT "xxxx" MMC cavabdeh X4rşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı BOKT "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli KFP-037/2019 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə 472,84 manat cavabdehə istehlak məqsədləri üçün kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.2 bəndinə əsasən müqavilə üzrə aylıq kredit ödənişləri razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, Kreditorun müqaviləni vaxtından əvvəl ləğv etmık vı qalıq kredit borcunun vaxtınnan əvvəl ödənilməsini Borclanandan tələb etmək hüququ vardır. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə BOKT "xxxx" MMC–yə xx.xx.2023-ci il tarixli KFP-037/2019 saylı kredit müqaviləsinə əsasən 472,84 manat əsas borc və, 15,70 manat faiz borcu 48,78 manat cərimə olmaqla, cəmi 537,32 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, cavabdehə 16 iyun 2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor BOKT "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdeh X1 iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə 472,84 manat əsas borc, 15,70 manat faiz borcu, 48,78 manat cərimə olmaqla, ümumilikdə 537,32 manat borcu, və ödənilmiş 30,0 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan BOKT "xxxx" MMC ilə X7 arasında bağlanmış xx.xx.2019-ci il tarixli KFP-037/2019 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, bu müqavilənin predmeti ile “kreditor” ilə “borcalan” arasında bağlanmış xx.xx.2014-ci il tarixli, k-L72/2OL4 saylı kredit müqaviləsinə əsasən verilmiş 5000 manat məbləği bu müqavilənin bağlandığı tarixə 472.84 manat qalıq məbləğlərinin ödənilməsi məqsədi ilə "fərman"ın tələbinə müvafiq restrukturizasiyasa ilə dövlət zəmanəti ilə təmin edilmiş, güzəştli kredit vəsaiti hesabına verilen borc pul öhdəliyini, müqaviləyə əsasən, “kreditor” “borcalan”-nın vaxt keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 472.84 manat qalıq məbləğinin ödənilməsi məqsədi ilə bu müqavilə ilə müəyyən edilmiş şərtlər üzrə restrukturizasiya edilmiş 472.84 manat güzəştli krediti verməyi öz öhdəsinə götürmüş, restrukturizasiya üzrə "Kredit" “Borcalan”ın istəyinə müvafiq olaraq 5 il 1 il güzəşt müddəti müəyyən edilməklə müddətinə verilmiş, restrukturizasiya üzrə "kredit" məbləğindən istifadəsinə gün götürülən faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlaərinin faktiki sayına göra hər gün illik 1 %-lə hesablanmışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, X7 xx.xx.2019-ci il tarixli KFP-037/2019 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən xx.xx.2019-ci il tarixdən xx.xx.2024-ci il tarixədək ilk BOKT "xxxx" MMC-yə hər ay 10,05 manat (sonuncu ay 10,05 manat) ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, X2 banka xx.xx.2019-ci il tarixli KFP-037/2019 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 472,84 manat əsas borcu və 15,70 manat faiz borcu, 48,78 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan BOKT "xxxx" MMC tərəfindən X6 ünvanlanmış bildirişdən görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə 5 iş günü müddətində borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X3 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30,0 manat dövlət rüsumu və 0,00 manat xidmət haqqı ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, xx.xx.2019-ci il tarixli KFP- 037/2019 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2014-ci il tarixli, k-L72/2OL4 saylı kredit müqaviləsinə əsasən verilmiş 5000 manat məbləği bu müqavilənin bağlandığı tarixə 472.84 manat qalıq məbləğlərinin ödənilməsi məqsədi ilə "fərman"ın tələbinə müvafiq restrukturizasiyasa ilə dövlət zəmanəti ilə təmin edilmiş, güzəştli kredit vəsaiti hesabına verilen borc pul öhdəliyini, müqaviləyə əsasən, vaxt keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 472.84 manat qalıq məbləğinin ödənilməsi məqsədi ilə bu müqavilə ilə müəyyən edilmiş şərtlər üzrə restrukturizasiya edilmiş, restrukturizasiya üzrə iddiaçı cavabdehin istəyinə müvafiq olaraq 5 il 1 il güzəşt müddəti müəyyən edilməklə müddətinə verilmiş, restrukturizasiya üzrə "kredit" məbləğindən istifadəsinə gün götürülən faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlaərinin faktiki sayına göra hər gün illik 1 %-lə hesablanmışdır. İş üzrə iddiaçı BOKT "xxxx" MMC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4-cü maddəsinin tələbindən görünür ki, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verilə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən miedilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh xx.xx.2019-ci il tarixli KFP-037/2019 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən, ödəniş cədvəli üzrə pul vəsaitinin ödəməli olmasına dair pul vəzifəsini isə icra etməyərək, kredit (restrukturizasiya) müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faiz borcunun qaytarılmasını tələb etməkdə haqlıdır. İddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, idia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-ci il tarixli KFP-037/2019 saylı kredit (restrukturizasiya) müqaviləsinin 9.2-ci bəndindən görünür ki, borcalan üzərinə düşən öhdəliyi icra etmədikdə və ya müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditin vaxtında ödənilməmiş (əsas borc, faizlərin) yarandığı gündən ödənişi gecikdirilən borc məbləğinin hər il üçün 0,02 faiz olmaqla, kreditdən istifadə müddətinin sonuna kimi 0,1 faizdən çox olmamalıdır. Göründüyü kimi tərəflər arasında xx.xx.2019-ci il tarixli KFP-037/2019 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə gecikdirilmiş əsas borca hesablanmalı olan dəbbə pulunun yuxarı həddi illik 0,02 faiz nəzərdə gtutulmuşdur ki, hazır ki, iş üzrə iddia tələbində tələb olunan cərimə məbləği gecdirlmiş əsas borca münasibətdə mütanisb olmamaqla artıq hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulu 48,78 manat məbləğində deyil, 0,50 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə cavabdeh X5 xx.xx.2019-ci il tarixli KFP-037/2019 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 472,84 manat əsas borc, 15,70 manat faiz borcu, 0,50 manat cərimə, ödənilmiş 30,0 manat dövlət rüsumu olmaqla, ümumilikdə 519,04 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə cavabdeh X5 xx.xx.2019-ci il tarixli, KFP- 037/2019 saylı kredit müqaviləsinə əsasən 472,84 manat əsas borc, 15,70 manat faiz borcu, 0,50 manat cərimə, ödənilmiş 30,0 manat dövlət rüsumu olmaqla, ümumilikdə 519,04 (beş yüz on doqquz manat, dörd qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar