Məhkəmə qərarları › İş №e-2(003)-3513/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3513/2024

16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3513/2024 16.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsinə əsasən yaranmış borcun tutulması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli 338591-CNS-42393 saylı müqaviləyə əsasən xx.xx.2024-cü il tarixinə Banka borclu olduğu 10.208,62 manat məbləğində əsas borc, 68,81 manat məbləğində faiz borcu, 27,90 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə 10.305,33 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün 120,92 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq ASC-ə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı "Bank VTB (Azərbaycan)" ASC 06 sentyabr 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin, eyni zamanda məhkəməyə müraciət etmək üçün ödənilmiş 120,92 manat dövlət rüsumunun "Bank VTB (Azərbaycan)" ASC-ə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsinə əsasən yaranmış borcun tutulması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin Cavabdeh qarşı tələbinə dair mülki iş üzrə dövlət rüsumuna görə ödənilmiş 120,92 manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli ********** tarixli qəbz) "Bank VTB (Azərbaycan)" ASC-ə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar