Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-352/2022 21.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 1100 manat, vurduğu ziyana görə 800 manat, hüquqi xidmət üçün ödənilmiş 200 manat olmaqla, cəmi 2100 manat və 41 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh çoxdan tanıyır. Özünü iş adamı kimi göstərdiyindən ona etibarı yaranmışdır. Lakin son müddətdə yol verdiyi hərəkətlər aralarında böyük mübahisələrə səbəb olmuşdur. Belə ki, Cavabdeh 2021-ci il may ayında ondan ilk öncə anasının müalicəsi üüçn 500 manat, sonra həmin ərəfədə 600 manat borca pul götürərək, qaytaracağını bildirmişdir. Lakin verdiyi vədin üstündə durmamış uzun müddət keçməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan imtina etmişdir. Haızrda Cavabdeh ona 1100 manat borcu vardır. Bundan başqa münasibətlərinin normal olduğu ərəfədə dəyəri 5000 manat olan qızıl-zinət əşyaları Cavabdeh tərəfindən lombarda qoyulmuş və müqabilində 800 manat pul götürmüşdür, həmin pul da cavabdeh tərəfindən qaytarılmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edirək, bildirdi ki, o iddanın 800 manat hissəsində qəbul edir, iddianın 1100 manat hissəsində qismən qəbul edir. Belə ki, onların yaxın münasibətləri olmuşdur. O ərəfələrdə onlar arasında pul ilə bağlı mübahisələr olmamışdır. Ayrı-ayrı vaxtlarda olmaqla, Mədinə ona ümumilkdə 1000 pul vermişdir. Tərəfindən götürülmüş olan pulu iddiaçıya qaytarmaq istəsə də, iddiaçı onu qəbul etməmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin 21.09.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının və izahatının surətindən görünür ki, izahatı alınmış X2 bildirmişdir ki, təxminn 6-7 ay müddətdir ki, X1 tanıyır. Mədinə ona xərcləmək üçün cibinə təxminən 600-700 manat pul vermişdir. Sonra ona pul lazım olduğu üçün ona satmaq üçün qızıl vermiş, lakin o həmin qızılları satmamış lombarda qoyaraq pul götürmüşdür və həmin pulu Mədinəyə vermişdir. Sonradan lombarddan qızılları Mədinə götürüb və lombarda pulu özü ödəyib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər məhkəmə mübahisəsinə qədər yaxın münasibətlərdə olmuşlar və bu münasibətlər zəmnində İddiaçı Cavabdeh müxtəlif vaxtlarda pul vermişdir. İddiaçı verilmiş pulun 1100 manat olduğunu bildirsə də, buna dair sübut məhkəməyə təqdim etməmişdir. Lakin məhkəmə iclasında cavabdeh Zahid Bağırov iddaçı İddiaçı müxtəlif vaxtlarda olmaqla, ümumilkdə 1000 manat pul almış olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia 1000 manat pulun İddiaçı tərəfindən Cavabdeh verilməsi sübuta yetirilmiş hesab edilir. Qeyd edilənlərə əsasən məhkəm hesab edir ki, iddia Cavabdeh 1100 manat borcun tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən İddiaçı xeyrinə 1000 manat pul tutulmalıdır. İddiaçının iddia tələbinin 800 manat zərərin ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə araşdırması zamanı tərəflərin vermiş olduğu izahatından, həmçinin hazırkı mülki iş üzrə İddiaçı ərizəsi əsasında aparılmış tədqiqat zamanı Cavabdeh Xəzər RPİ-nin 1-ci Polis şöbəsində vermiş olduğu izahatından görünür ki, Cavabdeh ona pul lazım olması ilə bağlı İddiaçı məxsus qızıl-zinət əşyalarını lombarda girov qoymuş və nəticədə 800 manat pulu götürərək, öz şəxsi təlabatları üçün isitfadə etmişdir. Sonradan 800 manat İddiaçı tərəfindən lombarda ödənilmiş və qızıl-zinət əşyaları geri alınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası 800 manat pulun qaytarılması hissəində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilən 200 manatın cavabdehdən tutularaq ona verilməsi hissəsində hesab edir ki, həmin hissədə iddia təmin edilməlidir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hüquqi yardıma görə iddiaçı tərəfindən 200 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi xidmətin göstərilməsi ilə bağlı İddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi ilə bağlı ödənilmiş olan 200 manat pul Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. İddiaçının ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hiussəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökümət ödəniş portalından ödənilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən 41 (qırx bir) manat dövlət rüsumu ödənmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı tərəfindən cavabdehə verilmiş 1000 manat pul, zərər əvəzi olaraq 800 manat, hüquqi xidmətlə bağlı vəkilə ödənilmiş 200 manat və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 41 manat dövlət rüsumu olmaqla, cəmi 2041 (iki min qırx bir) manat Cavabdeh tutularaq, iddaçı İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh verilmiş 1000 manat pul, zərər əvəzi olaraq 800 manat, hüquqi xidmətlə bağlı vəkilə ödənilmiş 200 manat və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 41 manat dövlət rüsumu olmaqla, cəmi 2041 (iki min qırx bir) manat Cavabdeh tutularaq iddaçı İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-352/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-352/2022
21.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver