Məhkəmə qərarları › İş №e-2(003)-3522/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3522/2025

26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3522/2025 26.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı QSC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli 015A********** saylı kredit razılaşması üzrə 1687.16 manat məbləğində kredit bоrcu, 42.95 manat məbləğində faiz bоrcu və 152.18 manat məbləğində cərimə; xx.xx.2019-cu il tarixli 015A********** saylı kredit razılaşması üzrə 942.01 manat məbləğində kredit bоrcu, 25.52 manat məbləğində faiz bоrcu və 84.97 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2934,79 manat və 49.35 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 015A********** saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylıəlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 2412.23 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə bağladığı 015A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1242.85 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtini pozaraq kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli 015A********** saylı kredit razılaşması üzrə 1687.16 manat məbləğində kredit bоrcu, 42.95 manat məbləğində faiz bоrcu və 152.18 manat məbləğində cərimə; xx.xx.2019-cu il tarixli 015A********** saylı kredit razılaşması üzrə 942.01 manat məbləğində kredit bоrcu, 25.52 manat məbləğində faiz bоrcu və 84.97 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2934,79 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı QSC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh müvafiq qaydada və müddətdə iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia tələbinin təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 015A********** saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı QSC ilə Cavabdeh arasında cavabdehə aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylıəlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 2412.23 manat kreditin verilməsi haqqında bağlanmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 015A********** saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı QSC ilə Cavabdeh arasında cavabdehə aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylıəlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 1242.85 manat kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli 015A********** saylı kredit razılaşması üzrə 1687.16 manat məbləğində kredit bоrcu, 42.95 manat məbləğində faiz bоrcu və 152.18 manat məbləğində cərimə; xx.xx.2019-cu il tarixli 015A********** saylı kredit razılaşması üzrə 942.01 manat məbləğində kredit bоrcu, 25.52 manat məbləğində faiz bоrcu və 84.97 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2934,79 manat məbləğində borcu mövcuddur. İş materiallarına daxil olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən borcun ödənilməsi tələb olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 015A********** saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylıəlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 2412.23 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixdə bağladığı 015A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1242.85 manat məbləğində kredit verilmişdir. Kredit alan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli 015A********** saylı kredit razılaşması üzrə 1687.16 manat məbləğində kredit bоrcu, 42.95 manat məbləğində faiz bоrcu və 152.18 manat məbləğində cərimə; xx.xx.2019-cu il tarixli 015A********** saylı kredit razılaşması üzrə 942.01 manat məbləğində kredit bоrcu, 25.52 manat məbləğində faiz bоrcu və 84.97 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2934,79 manat məbləğində borc tutulmalıdır. İş materiallarına əlavə olunmuş ********** mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 49.35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizə, 49.35 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də təmin edilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 015A********** saylı kredit razılaşması üzrə 1687.16 manat məbləğində kredit bоrcu, 42.95 manat məbləğində faiz bоrcu və 152.18 manat məbləğində cərimə; xx.xx.2019-cu il tarixli 015A********** saylı kredit razılaşması üzrə 942.01 manat məbləğində kredit bоrcu, 25.52 manat məbləğində faiz bоrcu və 84.97 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2934,79 manat (iki min doqquz yüz otz dörd manat, yetmiş doqquz qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 49.35 manat alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar