Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-353/2023 01.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X6, Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, CC/75041/63/22 saylı müqaviləyə əsasən bank ona 8100,0 manat məbləğində kredit vermişdir. Hazırda mərhum brahimov Zahid Çərkəz oğlunun Banka 5800,31 manat borcu vardır. X8 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Cavabdeh2 X4 qanuni vərəsəsidir. X8 tərəfindən vərəsələrinə qalan miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə X5 verilmiş 30/162504 qeydəalma nömrəsi ilə 1082 kitabın 162504-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.84 kv/m, yaşayış sahəsi 37.04 kv.m olan 3 otaqlı mənzildən və “Azneft” İB H.Z.Tağıyev adına NQÇİ Socar ********************0115 saylı xx.xx.2019-cu il tarixli məktubu əsasən mərhum X1 cari il üçün 347 manat 15 qəpik, 2019-cu ilin sentyabr ayı üçün əmək haqqı 59,04 manat üç misli miqdarında müavinət 2831 manat 82 qəpik, ümumilikdə 3238 manat 01 qəpikdən ibarətdir. Cavabdeh1 (zamin) həmin sazinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kred müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün əsas cavabdeh X8 ilə birgə məsuliyyət daşıyır və kredti qaytarılması ilə bağlı əsas cavabdeh X4 bütün öhdəliklərini icra etməlidirlər. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2018-ci il tarixli, CC/75041/63/22 saylı müqaviləyə əsasən İddiaçı ASC-nin xeyrinə 5141,2 əsas borc, 619,11 manat faiz borcu olmaqla, cəmi 5760,31 manat borcu və dövlət rüsumu olaraq ödənilmiş 78,0 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 5141,2 əsas borc, 619,11 manat faiz borcu olmaqla, cəmi 5760,31 manat borcu və dövlət rüsumu olaraq ödənilmiş 78,0 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə qətnaməsi çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia tələbinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxrılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, onun mərhum əri bankdan kredit götürmüşdür. Lakin hazırda onun maddi vəziyyəti çətin olduğundan borcu ödəyə bilmir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə X8 arasında İddiaçı ASC–nin müştərilərinə kreditləşmə və xidmət şərtləri haqqında xx.xx.2018-ci il tarixli müqaviləyə bağlanmış xx.xx.2018-ci il tarixli, CC/75041/63/22 saylı sazişə əsasən X5 istehlak məqsədləri üçün 24 ay müddətinə ilik 22% ödəmək şərtilə 8100,0 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş planından görünür ki, X8 xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı ASC-yə hər ay 420,21 manat (sonuncu ay 424,13 manat) ödəniş etməli idi. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X4 İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixli, CC/75041/63/22 saylı müqaviləyə 5141,2 əsas borc, 619,11 manat faiz borcu olmaqla, cəmi 5760,31 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən Cavabdeh2 ünvanlanmış bildirişdən görünür ki, bank cavabdehi borc barədə xəbərdar edərək gecikdirilmiş borcun ödənilməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi məqsədi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixində tarixdə ölmüşdür. İşin materiallarında olan “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin sürətindən görünür ki, Bakı şəhəri 7 saylı notariat ofisində qeyd olunan şəxsin adına vərəsəlik işi açılmış və miras əmlakın ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 66.84 kv/m, yaşayış sahəsi 37.04 kv.m olan 3 otaqlı mənzildən və “Azneft” İB H.Z.Tağıyev adına NQÇİ Socar ********************0115 saylı xx.xx.2019-cu il tarixli məktubu əsasən mərhum X1 cari il üçün 347,15 manat, 2019-cu ilin sentyabr ayı üçün əmək haqqı 59,04 manat üç misli miqdarında müavinət 2831,82 manat, ümumilikdə 3238,01 manatdan ibarət olduğu müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixdə vərəsə Cavabdeh2 1/1 pay üzrə miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan ödəniş tapşırığından aydın olur ki, iddiaçı hazırkı iddia üzrə 78,0 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X8 arasında İddiaçı ASC–nin müştərilərinə kreditləşmə və xidmət şərtləri haqqında xx.xx.2018-ci il tarixli müqaviləyə bağlanmış xx.xx.2018-ci il tarixli, CC/75041/63/22 saylı sazişə əsasən X5 istehlak məqsədləri üçün 24 ay müddətinə ilik 22% ödəmək şərtilə 8100,0 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs X8 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 5760,31 manat məbləğində borcu qalmışdır. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və arvadı Cavabdeh2 vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilmişdir. X4 arvadı Cavabdeh2 X4 qanun üzrə vərəsəsi qismində tanınmışdır. Cavabdeh2 X3 qalmış əmlakı miras kimi qəbul etmişdir. X4 arvadı Cavabdeh2 İbrahimov Zahid öldüyü zaman onun mülkiyyətində olmuş əmlaka vərəslik qaydasında mülkiyyət hüququ əldə etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər qanun üzrə vərəsəsi qismində tanınmış X4 arvadı Cavabdeh2 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, X8 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X8 öldüyündən, Cavabdeh2 onun vərəsəsi olduğundan və X3 miras qalmış əmlak vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən bununla da, Cavabdeh2 borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan, iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək, kredit borcu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 78,0 manat məbləğində dövlət rüsumunun alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh2 alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh2 5141,2 əsas borc, 619,11 manat faiz borcu, ödənilmiş 78,0 manat dövlət rüsumu olmaqla, cəmi 5838,31 manat (beş min səkkiz yüz otuz səkkiz manat, otuz bir qəpik) manat borc pul və tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-353/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-353/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver