Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3572/2025 27.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********05 saylı kredit müqaviləsinə əsasən banka dəymiş borcu – 757.08 manat əsas borc, 222.39 manat faiz borcu olmaqla, cəmi 979.47 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 24 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 1200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum X2 vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2025-ci il tarixdə vərəsəlik işi açılmış, vərəsə Cavabdeh mirası qəbul etmiş və vərəsəlik şəhadətnamə verilmişdir. Miras əmlakı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni qaydalarla: AZ1045, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0114 ha torpaq sahəsindən ibarətdir. Maliyyə arayışına əsasən, X2 xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsin əsasən Banka ödənilməmiş borcu - 757.08 manat əsas borc, 222.39 manat faiz borcu olmaqla, cəmi 979.47 manat borcu qalmışdır.Cavabdeh X2 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.Cavabdeh borcun qaytarılması haqqında tərəfimizdən bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır.Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 979.47 manat olduğundan, tərəfimizdən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir.
3. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə “iddia tələbinin həcminin dəyişdirilməsi tələbinə dair” ərizə təqdim edərək, X2 vərəsəsi Cavabdehğdan Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə kredit üzrə 757.08 manat əsas borc, 1.78 manat faiz borcu olmaqla, cəmi 758.86 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə əqbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək, X2 onun anası olduğunu, anasının xx.xx.2023-cü il tarixdə vəfat etdiyini, sağlığında ABB-dən 1200 manat pul götürdüyünü, krediti götürərəkən özünün də iştirak etdiyini, vəfat etdiyi üçün kredit borcunun tam ödənilmədiyini, anasından qalan miras əmlakı (torpaq sahəsini) vərəsəlik yolu ilə özünün qəbul etdiyini, bu səbəbdən iddia tələbini qəbul etdiyini, borcu ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında protokol qaydasında qərar qəbul edilməklə, ərizə icraata qəbul edilmişdir.
Proses iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında iştirak edən Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında anasının iddiaçı bankdan kredit götürdüyünü, həmin prosesdə özünün də iştirak etdiyini, anasının vəfatı ilə əlaqədar müqavilə üzrə öhdəliklərin tam həcmdə icra olunmadığını, anasından qalan miras əmlakı tam həcmdə özü qəbul etdiyindən, iddia tələbini tam həcmdə etiraf etdiyini bildirmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
7. 26 noyabr 2025-ci il tarixli "xxxx" ASC-nin Mərdəkan filialının maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 23 iyul 2025-ci il tarixinə banka 757.08 AZN məbləğində əsas və 1.78 AZN faiz borcu olmaqla, cəmi 758.86 AZN (yeddi yüz əlli səkkiz manat səksən altı qəpik) məbləğində borcu yaranmışdır.
8. 24.05.2025-ci il tarixli 2V-86 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdehdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə üzrə verilən miras əmlak Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi (yeni qaydalarla: AZ1045, ünvan 1 ünvanı) ümumi sahəsi 0.0114 ha olan torpaq sahəsindən ibarətdir.
9. "xxxx" ASC tərəfindən X2 vərəsəsi Cavabdeh göndərilmiş bildirişdən görünür ki, 757.08 AZN məbləğində əsas və buna müvafiq hesablanmış faiz borcunun yarandığı bildirilmiş və bütün borcun 3 gün ərzində tam ödənilməsi və kredit müqaviləsinin ləğv olunması tələb edilmiş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
10. 30.07.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən hazırkı tələb üzrə məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
11. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
12. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
13. 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
14. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
15. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
16. 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
17. 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
18. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
19. 1255-ci maddəsinə əsasən, vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər.
20. 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər.
21. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
22. 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
23. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
24. 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi:
25. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
26. Məhkəmə MPM-in tələblərinə uyğun olaraq, cavabdehin məhkəməyə yazılı ərizə təqdim etməklə ona qarşı verilən hazırki iddianı tam etiraf etdiyini, iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alıb bu etirafı qəbul edərək qeyd edir ki, məhkəmə iclasında tədqiq olunan sübutlarla və cavabdehin etirafı ilə X2 xx.xx.2023-cü il tarixdə vəfat etməsi və bu səbəbdən onunla iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin kreditalan tərəfindən icra edilmədiyi müəyyən edilmişdir. Həmçinin Cavabdeh anası - X2 miras əmlakını (ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0114 ha olan torpaq sahəsini) qanun üzrə vərəsəlik qaydasında tam həcmdə qəbul etdiyini qeyd edərək, onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə mövcud borcu qəbul etdiyini bildirmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması barədə tələbi əsaslı olduğundan təmin edilməlidir.
27. Məhkəmə iddia tələbinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx) qəpik məbləğində xidmət haqqının cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənildiyi üçün iddiaçı onu da tələb edilməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun və xidmət haqqının tutulması hissəsində təmin edilməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx) qəpik xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
29. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 757.08 manat əsas borc, 1.78 manat faiz borcu olmaqla, cəmi 758.86 manat məbləğində kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı X2 vərəsəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia təmin edilsin. Cavabdeh 757.08 AZN (dörd yüz bir manat səksən altı qəpik) əsas borc və 1.78 AZN (bir manat yetmiş səkkiz qəpik) fazi borcu olmaqla, cəmi 758.86 AZN (yeddi yüz əlli səkkiz manat səksən altı qəpik) məbləğində kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumu və 0.4 AZN (qırx qəpik) xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov