Məhkəmə qərarları › İş №e-2(003)-3575/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3575/2025

03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3575/2025 03.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli, BPM**********54 nömrəli kredit müqaviləsi üzrə 469.08 manat əsas borc, 14.45 manat faiz borcu olmaqla, ümumilikdə 483.53 manat borcun və xx.xx.2020-ci il tarixli, BPM**********37 nömrəli kredit müqaviləsi üzrə 413.77 manat əsas borc, 10.13 manat faiz borcu olmaqla, ümumilikdə 423.9 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2021-ci il tarixli, BPM**********54 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 24 %-lə, 24 ay müddətinə 2330 manat nəğd kredit verilmişdir. Həmçinin, "xxxx" ASC ilə X4 arasında xx.xx.2020-ci il tarixli, BPM**********37 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kart limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin, xx.xx.2024-cü il tarixli, 1723 nömrəli məktubundan görünür ki, X1 qalmış mirası cavabdeh qəbul etmişdir. Bankın “Mingəçevir” filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, X2 Banka ödənilməmiş nəğd kredit üzrə 469.08 manat əsas borcu, 14.45 manat faiz borcu qalmışdır. Həmçinin, bankın “Mingəçevir ” filialı tərəfindən təqdim edilmiş 19.06.205-cü il tarixli maliyyə arayışına əsasən, X2 Banka ödənilməmiş kart limiti üzrə 413.77 manat əsas borcu, 10.13 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraqona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehr öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, BPM**********54 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X3 illik 24 %-lə, 24 ay müddətinə 2330 manat nəğd kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, BPM**********37 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X3 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kart limiti verilmişdir. İş materiallarına əlavə edilən Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin, xx.xx.2024-cü il tarixli, 1723 nömrəli məktubundan görünür ki, X1 qalmış mirası X4 qəbul etmişdir. İş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, X2 Banka ödənilməmiş nəğd kredit üzrə 469.08 manat əsas borcu, 14.45 manat faiz borcu; Banka ödənilməmiş kart limiti üzrə 413.77 manat əsas borcu, 10.13 manat faiz borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmədə müəyyən olundu ki, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X4 arasında xx.xx.2021-ci il tarixli, BPM**********54 nömrəli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən X3 illik 24 %-lə, 24 ay müddətinə 2330 manat nəğd kredit verilmişdir. Azərbaycan Beynəlxalq Bankı” ASC ilə X4 arasında xx.xx.2020-ci il tarixli, BPM**********37 nömrəli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən X3 36 ay müddətinə illik 24 faiz olmaqla 500 manat məbləğində kart limiti verilmişdir. X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. tarixdə vəfat etdiyi üçün öhdəliklərini yerinə yetirə bilməmişdir. Onun iddiaçı qarşısında icra edilməmiş Banka ödənilməmiş nəğd kredit üzrə 469.08 manat əsas borcu, 14.45 manat faiz borcu; Banka ödənilməmiş kart limiti üzrə 413.77 manat əsas borcu, 10.13 manat faiz borcu öhdəliyi yaranmışdır. Cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cu il tarixli, 2(102)-900/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə uyğun olaraq, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Cavabdeh tərəfindən mərhum miras qoyan X2 mirasının borclarından çox olmadığı ilə bağlı hərhansı sübut təqdim edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********54 nömrəli kredit müqaviləsi üzrə 469.08 manat əsas borc, 14.45 manat faiz borcu olmaqla, ümumilikdə 483.53 manat borc və xx.xx.2020-ci il tarixli, BPM**********37 nömrəli kredit müqaviləsi üzrə 413.77 manat əsas borc, 10.13 manat faiz borcu olmaqla, ümumilikdə 423.9 manat borc tutulmalıdır. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********54 nömrəli kredit müqaviləsi üzrə 469.08 manat əsas borc, 14.45 manat faiz borcu; BPM**********37 nömrəli kredit müqaviləsi üzrə 413.77 manat əsas borc, 10.13 manat faiz borcu olmaqla, cəmi 907,43 (doqquz yüz yeddi manat qırx üç qəpik) manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar