Məhkəmə qərarları › İş №e-2(003)-3583/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3583/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3583/2024 29.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqavilələri üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh h Cavabdeh 7 700 manat əsas borc, 657.75 manat məbləğində vaxtı keçmiş faiz borcu olmaqla, cəmi 8357.75 (səkkiz min üç yüz əlli yeddi manat yetmiş beş qəpik) mаnat məbləğində borcun və iddia qaldırılması üçün ödənilmiş 103,98 manat dövlət rüsumu və xidmət haqqı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, İddiaçıASC ilə Cavabdeharasında bağlanılmış 02 noyabr 2023-cü il tarixli, 230/FV-KM-0523 saylı istehlak krediti müqaviləsinə əsasən, Cavabdeh 36 ay müddətinə, illik 12% olmaqla 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdehmüqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyərək kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. xx.xx.2024-cü il tarixli hesablamalara əsasən cavabdehin İddiaçı ASC-nə 7 700 manat əsas borc, 657.75 manat məbləğində faiz borcu olmaqla, cəmi 8357.75 (səkkiz min üç yüz əlli yeddi manat yetmiş beş qəpik) mаnat məbləğində borcu vardır. Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün cavabdehə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinin qismən etiraf edərək, 7 700 manat məbləğində əsas və 657.75 manat məbləğində faiz borcunu qəbul etdi. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında görünür ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında illik 12% olmaqla 36 ay müddətinə 8000 manat məbləğində kredit verilməsi haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan 11 iyul 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh banka kredit müqaviləsi üzrə 7 700 manat məbləğində əsas borc, 657.75 manat faiz borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, bank ona borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. Məhkəmə tərəfindən araşdırma zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, onun bankın qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Bundan başqa, məhkəmə iclasında cavabdeh iddianı etiraf etmişdir. Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, 02 noyabr 2023-cü il tarixli 230/FV-KM-0523 saylı kredit müqaviləsi üzrə 7 700 manat məbləğində əsas borc və 657.75 manat faiz borc Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 103,98 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 02 noyabr 2023cü il tarixli 230/FV-KM-0523 saylı kredit müqaviləsi üzrə 7 700 manat məbləğində əsas borc, 657,75 manat faiz borcu, və 103,98 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 02 noyabr 2023-cü il tarixli 230/FV-KM-0523 saylı kredit müqaviləsi üzrə 7 700 manat məbləğində əsas borc, 657,75 manat faiz borcu, və 103,98 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar