Məhkəmə qərarları › İş №e-2(003)-3619/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3619/2024

26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3619/2024 26.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş ziyana görə ödənilməmiş 2.357,88 manat, mediasiya xərci üçün ödənilmiş 55 manatın cavabdeh X2 tutularaq "xxxx" MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin Nümayəndəsi X5 məhkəmə iclasında göstərdi ki, "xxxx" MMC ilə cavabdeh X6 arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli 106 saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X8” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il il tarixli 628 saylı əmrlə işdən azad edilmişdir. xx.xx.2022-ci il tarixində "xxxx" MMC-nin – OBA Əmircan 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh X3 Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3.122,88 manat təşkil edir. İnventarizasiya yoxlamaları və mağaza sayımları zamanı X3 iştirakı təmin edilmiş, iltizamnaməyə imza atmaqla kəsr gələn mallara heç bir etiraz bildirməmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2.357,88 manat borc qalmışdır.Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir.Əlavə olaraq qeyd etdi ki, 17.11.22-ci il tarixində akt tərtib olunmuşdur və cəmiyyətə dəyən ziyan aktda öz əksini tapmışdır.İddianı təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X6 məhkəmə iclasında bildirdi ki, əskik olan mallarla bağlı borcu qəbul etmir.Belə ki, oğurlanmış mallar sistemə 2 dəfə vurulmuşdur. 2022-ci ilin noyabrından işdən çıxmış və iş yükü ağır olmuşdur. İşi məsuliyyətli iş olmaqla yanaşı iş dövrü ərzində oğurluq halları olmuşdur. Əlavə olaraq bildirdi ki, iddiaçı iddia vermək üçün müddəti ötürüb.İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. İş materiallarına əlavə olunmuş əmək müqavilsəindən görünür ki, X6 "xxxx" MMC-də xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, X6 "xxxx" MMC-də administrator vəzifəsinə keçirilmişdir. İş materiallarına əlavə olunmuş X6 ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2022ci il tarixli “X8” haqqında müqavilənin 3.3-cü bəndindən görünür ki, işçi işəgötürənə ziyan vurduqda bu barədə akt tərtib edilir.Bu barədə işçinin izahat verməkdən imtina edərsə imtina aktı tərtib olunur, lakin bu işçini məsuliyyətdən azad etmir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 628 saylı əmrdən “işdən azad haqqında” çıxarışdan görünür ki, X3 əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən 68.2”a” maddəsinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli inventarizasiya siyahısı və aktdan görünür ki, X3 "xxxx" MMC-yə 3.122,88 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli imtina aktından görünür ki, X3 iştrakı ilə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində 3.122,88 manat çatışmazlıq müəyyən edilmiş, X6 bu çatışmazlıqlar barədə izahat verməkdən imtina etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən X4 ünvanlanmış xx.xx.2023cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə cavabdehin barəsində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixində verilmiş etiraz ərizəsindən görünür ki, iddiaçı Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən iddia vermək üçün müəyyən edilmiş 1 il müddəti ötürdüyünü qeyd etmişdir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 296.5-ci maddəsinə əsasən “işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər”. Məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli inventarizasiya siyahısı və akt tərtib olunmuşdur, yəni borc məbləği ona xx.xx.2022-ci il tarixdən müəyyən olmuşdur. Lakin, "xxxx" MMC zərərlə bağlı yaranan borc məbləği ilə bağlı tələblə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etmiş və belə olan halda iddia müddətini ötürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı “pul” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar