Məhkəmə qərarları › İş №e-2(003)-3637/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3637/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3637/2024 01.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlu İddiaçı "xxxx" ASC-nin Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, borclu Cavabdeh1 bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" ASC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla "xxxx" ASC (bundan sonra təşkilat) arasında xx.xx.2022-ci il tarixli MR0016296-2022 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, borcluya 36 ay müddətinə, illik 24 % (iyirmi dörd) olmaqla 3000 AZN (üç min) manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh2 ilə ZM1- MR0016296-2022 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Kredit öhdəliyinin aylıq ödənişləri zamanı gecikmələr yaranmış və kredit öhdəliyi artıq 10 aydır gecikmədədir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2022-ci il tarixindən bu günə qədər cavabdeh 3000 AZN (üç min) manat məbləğində əsas borcdan 705,50 AZN (yeddi yüz beş manat,əlli qəpik) məbləğində ödəniş etmiş, eləcə də müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 661,68 AZN (altı yüz altmış bir manat,altmış səkkiz qəpik) ödəniş etmiş və müqavilənin 7.2-ci bəndinə əsasən hesablanmış cərimə borcundan 150,82 AZN (bir yüz əlli manat,səksən iki qəpik) ödəniş etmişdir. Beləliklə, hal-hazırda borclunun ödənilməmiş 2294,50 AZN (iki min iki yüz doxsan dörd manat, əlli qəpik) məbləğində əsas borcu 687,88 AZN (altı yüz səksən yeddi manat, səksən səkkiz qəpik) faiz borcu, cəmi 2982,38 AZN (iki min doqquz yüz səksən iki manat, otuz səkkiz qəpik) məbləğində borcu qalmışdır. Təşkilatla borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli MR0016296-2022nömrəli çərçivə kredit müqaviləsinin 5.7.3 bəndinə əsasən kredit xətti üzrə əsas borcun qaytarılması və/və ya faizlərin ödənilməsi 30 gündən artıq müddətə gecikdirildikdə “Kreditorun” vaxtından əvvəl tələb etmə hüququ yaranır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.4.-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının tələbinə dair bildiriş göndərilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MR0016296-2022 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank 36 ay müddətinə illik 24 % ödəmək şərti ilə 3000 manat krediti borcalana verməyi, borcalan isə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istfiadə etməyi və krediti qaytarmağı öhdəsinə gtürmüşdür. Müqavilənin 5.7-ci bəndindən görünür ki, bank borcalanın bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən bu bəndin müvafiq yarımbəndlərində qeyd edilmiş hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini kreditin verildiyi bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, borcalan xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 118,30 manat, xx.xx.2025-ci il tarixdə isə 118,38 manat ödəməyi öhdəsinə götürmüşdür. Borcverən "xxxx" ASC və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ZM1-MR0016296-2022 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MR0016296-2022 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 3000 manat məbləğində kreditlə əlaqədar olaraq və hesablanmış faizləri borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalan zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin borcalanın kreditor qarşısında öhdəliklərinin tamamilə icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və kredit müqaviləsi üzrə borclunun öhdəlikləri tam icra edilənədək qüvvədədir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 ZM1-MR0016296-2022 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2294,50 manat və faiz borcu üzrə 687,88 manat olmaqla cəmi 2982,38 manat borcu vardır. "xxxx" ASC-nin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli bildirişlərdən müəyyən olunur ki, bank borcalan və zaminə müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 "xxxx" ASC ilə bağlanan xx.xx.2022-ci il tarixli MR0016296-2022 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının cavabdehlərdən əsas borca görə 2294,50 manat və faiz borcuna görə 687,88 manat olmaqla cəmi 2982,38 manat tələbi əsaslıdır, ona görə də iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli MR0016296-2022 saylı kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 2294,50 manat, faiz borcuna görə 687,88 manat olmaqla 2982,38 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 49,83 manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar