Məhkəmə qərarları › İş №e-2(003)-3660/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3660/2022

08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3660/2022 08.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı «X4» Bakı filialının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «X4» Bakı filialı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1521,84 manat əsas, 65,99 manat faiz, 35,88 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq «X4» Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, «X4» Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2019-cu il tarixli 58 №li Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 20 % ödəmək şərtilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X4» Bakı filialı ilə Cavabdeh3 arasında 108 saylı və Cavabdeh1 arasında 109 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 185,82 manat ödəməli olmuşdur. Bu müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi» nin hər hansı bir şərti pozulduqda «Bank» verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» xx.xx.2022-ci il tarixə «Bank»a kredit borcu üzrə 6810,83 manat ödəniş yerinə yetirməli olmuşdur. Lakin xx.xx.2022-ci il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 5223 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuş, lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən etiraf edərək, izahatında bildirdi ki, o, digər Cavabdeh3 ilə birlikdə Cavabdeh2 zamin durmuşlar. Lakin Cavabdeh2 iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddiaçıya 1521,84 manat əsas, 65,99 manat faiz borcunun olması barədə iddiaya etirazı yoxdur. Lakin, krediti götürmüş şəxs Cavabdeh2 işləyir və ayda 2000 manat əmək haqqı alır və ona görə də hesab edir ki, tələb olunan borc ondan tutulmalı, iddia tələbi zaminlərə aid hissədə təmin edilməməlidir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, o, krediti götürmüş Cavabdeh2 zamin durmuşdur. İddiaçıya 1521,84 manat əsas, 65,99 manat faiz borcunun olmasını qəbul edir, lakin hesab edir ki, həmin borc Cavabdeh2 tutulmalıdır. Cavabdeh2 işləyir, ona görə də hesab etmişdir ki, həmin borc onun əmək haqqına yönəldilməlidir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 58 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə «X4» Bakı filialı ilə Cavabdeh2 arasında 36 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 108 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə «X4» Bakı filialı ilə Cavabdeh3 arasında «X4» Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış müqavilə üzrə borclunun öhdəliyinin tam yerinə yetirənədək o, borcalanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 109 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə «X4» Bakı filialı ilə Cavabdeh1 arasında «X4» Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış müqavilə üzrə borclunun öhdəliyinin tam yerinə yetirənədək o, borcalanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh2 5000 manat məbləğində pul verilmişdir İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixə «X4» Bakı filialına 1521,84 manat əsas, 65,99 manat faiz, cəmi 1587,83 manat məbləğində borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mülki qanunvericiliyin tələblərinə uyğun qaydada «X4» Bakı filialı ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, sonuncu həmin kredit müqaviləsi üzrə bankdan 36 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Eyni zamanda iddiaçı bank ilə Cavabdeh3 və Cavabdeh1 aralarında zaminlik müqavilələri bağlanılmış və həmin zaminlik müqavilələrinə əsasən onlar kredit müqaviləsi üzrə borcalan tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam yerinə yetirilməsi üçün kreditalan ilə birgə məsuliyyət daşımaları barədə iddiaçı qarşısında öhdəliklər götürmüşlər. Kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməməklə müqavilə şərtlərini pozmuşdur. Onun iddiaçı qarşısında tələb olunan məbləğlərində icra edilməmiş əsas və faiz borcu öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Eyni zamanda iş üzrə məhkəmə iclasında izahat vermiş cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tələb olunan məbləğlərdə əsas və faiz borcunun olmasını qəbul etməklə iddia tələbini həmin hissədə mübahisələndirməmişlər. Həmçinin məhkəmə hesab edir ki, zaminlərə qarşı iddia tələbinin təmin edilməsinə dair etiraz əsassızdır. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçı ilə onlar arasında zaminlik müqaviləsi bağlanılmış və zaminlər həmin müqavilələr üzrə iddiaçı qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməsi üçün tam məsuliyyəti öz üzərinə götürmüşlər. Bundan başqa iddiaçı tərəfindən zaminlərə qarşı iddia irəli sürülməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət ötürülməmiş və zaminlik müqavilələri qüvvədədir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739, 470 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə cavabdehlərdən 1521,84 manat əsas, 65,99 manat faiz, cəmi 1587,83 manat məbləğində borc tutulmaqla iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1521,84 manat əsas, 65,99 manat faiz, cəmi 1587,83 manat məbləğində borc və ödənilmiş dövlət rüsumu görə 35,88 manat alınaraq iddiaçı «X4» Bakı filialının xeyrinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1521,84 manat əsas, 65,99 manat faiz, cəmi 1587,83 manat məbləğində borc və ödənilmiş dövlət rüsumu görə 35,88 manat alınaraq iddiaçı «X4» Bakı filialının xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar