Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3672/2024 07.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" ASC-nin cavabdeh Əlizadə Ülvi Şərbətalı oğluna qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əlizadə Ülvi Şərbətalı oğlundan vərəsə kimi 547.65 manat əsas borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 229-xx.xx.2017-SM84 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 24 ay müddətinə , illik 29 faiz dərəcəsi ilə hesablanmaqla 1000 manat məbləğində kredit verilmişdir. X6 Şərbətalı oğlu vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehə xx.xx.2017-ci il tarixli 229-xx.xx.2017-SM84 saylı kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Beləliklə, cavabdeh Əlizadə Ülvi Şərbətalı oğluna kreditin vaxtında qaytarılması haqqında iddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin bu günə qədər kredit borcunun və hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbir görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, cavabdeh Əlizadə Ülvi Şərbətalı oğlunun kredit müqaviləsi üzrə banka 547.65 əsas borcu vardır. Bundan başqa, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli 229-xx.xx.2017-SM84 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə X3 arasında cavabdehə illik 29 faiz ödəmək şərtilə 1000 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. X1 xx.xx.2019-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri 31 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 vərəsəsi Əlizadə Ülvi Şərbətalı oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Əlizadə Ülvi Şərbətalı oğlunun xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə 547.65 manat əsas borcu vardır. İş materialları ilə müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Eyni zamanda cavabdeh də hazırki iddia ilə bağlı hər hansı etiraz verməməklə iddia tələbini təkzib edəcək hər hansı bir sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Həmin Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Əlizadə Ülvi Şərbətalıoğlundan 547.65 manat əsas; 581 manat faiz olmaqla, cəmi 2581 manat borc, həmçinin ödənilmiş 45.81 manat məbləğində dövlət rüsumu, 0.40 manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Əlizadə Ülvi Şərbətalı oğlundan 547.65 manat əsas borc, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, 0.40 manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-3672/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3672/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver