Məhkəmə qərarları › İş №e-2(003)-3691/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(003)-3691/2024

26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3691/2024 26.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı MMC-nin X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7.079 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövtət rüsumu üçün ödənilmiş 67 manatın Cavabdeh tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin X2 məhkəmə iclasında bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixli 376-K saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X6” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli öz xahişi ilə, 103x saylı əmrlə işdən azad edilmişdir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində İddiaçı MMCnin – OBA Binə 10 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4.891 manat, xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 2.888 manat təşkil edir.Cavabdeh hal-hazırda İddiaçı MMC-yə 7.079 manat borcu qalmaqdadır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir.İddianı təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Belə olan halda məhkəmə AR-ın Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin X2 məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Məhkəmə proses iştirakçısını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh İddiaçı MMC-də administrator vəzifəsinə keçirilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2019-cu il tarixli “X6” haqqında müqavilənin 3.3-cü bəndindən görünür ki, işçi işəgötürənə ziyan vurduqda bu barədə akt tərtib edilir.Bu barədə işçinin izahat verməkdən imtina edərsə imtina aktı tərtib olunur, lakin bu işçini məsuliyyətdən azad etmir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan ümumi borcu 7.079 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, inventarizasiya nəticələri Cavabdeh iştrakı ilə araşdırılmış və bu araşdırma nəticəsində 7.079 manat ziyan müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli inventarizasiya siyahısının surətindən görünür ki, Cavabdeh öz imzası ilə inventarizasiyada iştrak etdiyini və üzləşmə ilə tanış olduğunu təsdiq etmişdir.Hesablama nəticəsində İddiaçı MMC-yə vurulan ziyan 4891 manat hesablanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli iltizamnamədən görünür ki, Cavabdeh öz xətti və imzası ilə inventarizasiyada iştrak etdiyini, əksik və artıq mallara düzəliş olunduğunu və heç bir narazılığının olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli tarixli inventarizasiya siyahısının surətindən görünür ki, Cavabdeh öz imzası ilə inventarizasiyada iştrak etdiyini və üzləşmə ilə tanış olduğunu təsdiq etmişdir.Hesablama nəticəsində İddiaçı MMC-yə vurulan ziyan 2.888,33 manat hesablanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli imtina aktından görünür ki, Cavabdeh iştrakı ilə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində 4891 manat çatışmazlıq müəyyən edilmiş, Cavabdeh bu çatışmazlıqlar barədə izahat verməkdən imtina etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli imtina aktından görünür ki, Cavabdeh iştrakı ilə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində 2.888,33 manat çatışmazlıq müəyyən edilmiş, Cavabdeh bu çatışmazlıqlar barədə izahat verməkdən imtina etmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə cavabdehin barəsində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-yə maddi ziyan vurmuşdur. Tərəflər arasında imzalanan xx.xx.2019-cu il tarixli “X6” haqqında müqaviləyə əsasən Cavabdeh tam maddi məsul şəxs kimi göstərilmişdir.Buna görə də İddiaçı MMC-nin Cavabdeh ziyanı tələb etməyə haqqı vardır. Məhkəmə hesab edir ki, iddia 7.079 manat maddi ziyanın Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması hissəsində təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 67 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayışdan görünür ki, İddiaçı MMC tərəfindən mediasiya sessiyası üçün 50 manat, poçtkargüzarlıq xidməti üçün 10 manat məbləğində rüsum ödənilmişdir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 67 manat və mediasiya xidməti üçün ödənilmiş 60 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə Cavabdeh tutulmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 7.079 manat mələğində dəymiş ziyan, mediasiya xərci olaraq ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 67 manat olmaqla cəmi, 7.206 (yeddi min iki yüz altı) manat tutulsun. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar