Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3735/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 300 manat məbləğində kredit borcu üzrə Banka ödənilməmiş borcu – 285,71 manat əsas borc, 40,24 manat faiz borcu olmaqla, cəmi 325,95 manat, 3000 manat məbləğində kredit borcu Banka ödənilməmiş borcu – 1760,83 manat əsas borc, 467,47 manat faiz borcu olmaqla, cəmi 2228,31 manat, olmaqla ümumilikdə hər iki kredit müqaviləsi üzrə cəmi 2554,26 manat məbləğində kredit borcunun və ödənilmiş 45,55 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********17 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə hesablanmaqla 3000 manat məbləğində kredit verilmişdir. Bundan əlavə "xxxx" ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********17 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 300 manat məbləğində kredit kart verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Cavabdeh1 və Cavabdeh2 vərəsəlik şəhadətnamələri verilmişdir. Maliyyə arayışına əsasən, X2 300 manat məbləğində kredit borcu üzrə Banka ödənilməmiş borcu – 285.71 manat əsas borc, 40.24 manat faiz borcu olmaqla, cəmi 325.95 manat borcu qalmışdır. Maliyyə arayışına əsasən, X2 3000 manat məbləğində kredit borcu Banka ödənilməmiş borcu – 1760.83 manat əsas borc, 467.47 manat faiz borcu olmaqla, cəmi 2228.31 manat borcu qalmışdır. Ümumilikdə, X2 hər iki kredit müqaviləsi Banka ödənilməmiş borcu 2554.26 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X2 vərəsələri kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********17 saylı tamkart çərçivə müqaviləsindən müəyyən olunur ki, bank istehlak məqsədləri üçün 48 ay müddətinə qaytarmaq, illik 19 % ödəmək şərti ilə 3000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, bu müqavilədə müəyyən edilmiş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, BPM**********17 saylı tamkart çərçivə müqaviləsinin ödəniş cədvəlindən görünür ki, borclu müqavilə üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 89,71 manat, xx.xx.2025-ci il tarixdə isə 88,87 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********17 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank istehlak məqsədləri üçün 36 ay müddətinə qaytarmaq, illik 24 % ödəmək şərti ilə 300 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, bu müqavilədə müəyyən edilmiş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin maliyyə arayışından müəyyən olunur ki, borcalan X2 xx.xx.2021-ci il tarixli BPM**********86 nömrəli X6 müqaviləsi üzrə 1760,83 manat əsas borc, 467,47 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, BPM**********17 nömrəli Kredit müqaviləsi üzrə isə 285,71 manat əsas borc, 40,24 manat faiz borcu olmaqla 2554,26 manat borcu vardır. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 hesab edilmişdir və onlar miras əmlakdan ½ hissədə pay almalıdırlar. "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli 6-2- 22/2-20993/2024 saylı xəbərdarlıqdan müəyyən olunur ki, bank borc alan X2 qanun üzrə vərəsələri Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1.-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara müəyyən olunmuşdur ki, mərhum X2 xx.xx.2021-ci il tarixli, BPM**********17 nömrəli X6 müqaviləsi üzrə 1760,83 manat əsas borc, 467,47 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, BPM**********17 nömrəli Kredit müqaviləsi üzrə isə 285,71 manat əsas borc, 40,24 manat faiz borcu olmaqla, 2554,26 manat borcu ödənilməmiş qalmış, iddiaçı mərhumun miras əmlakı qəbul edən vərəsələri Cavabdeh1 və Cavabdeh2 öhdəliyin icrası ilə bağlı müraciət etsə də, cavabdehlər bu tələbi icra etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borclu olduqlarından iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli BPM**********17 saylı X6 müqaviləsinə görə əsas borca görə 1760,83 manat, faiz borcuna görə 467,47 manat faiz borcu, xx.xx.2021-ci il tarixli BPM**********17 saylı kredit müqaviləsi üzrə 285,71 manat əsas borc, 40,24 manat faiz borcu olmaqla, ümumilikdə 2554,25 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 45,95 manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-3735/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3735/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver