Məhkəmə qərarları › İş №e-2(003)-379/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-379/2024

31.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-379/2024 31.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X2 dəymiş zərərə görə 13000 manat pulun və 130 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “KİA” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “VAZ 2107” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Cavabdeh yol hərəkəti qaydalarını pozması nəticəsində həmin şəxsin təqsirinə görə Bakı şəhəri,Sabunçu rayonu, Ramana qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin an o, 102 nömrəsinə zəng vuraraq hadisə barədə polisə məlumat vermişdir. Onun avtomobilində olan sərnişinlər, yaxın qohumları və o, bədənlərinin müxtəlif nahiyələrindən xəsarətlər almışlar. Onlar həkimə müraciət etmişlər və ekspert səthi olaraq onları müayinə edərək onların xəsarətlərinin dərəcəsinin müəyyən olunmaması barədə rəy vermişdir. Bundan sonra Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Məhəmmədəli Fətəliyev qanunsuz və əsassız olaraq araşdırma aparmadan ekspertdən saxta rəy alaraq 31 mart 2023-cü il tarixdə iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərardan o, məhkəmə nəzarəti qaydasında şikayət etmiş və 31 mart 2023-cü il tarixli qərar ləğv olunaraq iş yenidən araşdırılması üçün təhqiqat orqanına qaytarılmışdır. Həmin araşdırma zamanı da X3 təqsirli olaraq yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətməsi təsdiqini tapmış və yenə də onların xəsarətlərinin dərəcəsi yüngül olduğundan həmin şəxsin barəsində cinayət işi başlanılmamışdır. O, dəfələrlə X2 ona vurduğu maddi ziyanı ödəməsini tələb etsə də, həmin şəxs maddi imkanının olmamasını bəhanə edərək ona dəymiş ziyanə ödəməmişdir. Həmin yol-nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi, atası İddiaçı1 mülkiyyətində olan nəqliyyat vasitəsinə 17627 manat zərər dəymişdir. "xxxx" ASCnin zərərin ödənilməsi üçün qiymətləndirməsi nəticəsində “AutoBox” Avtomobil Servisinin verdiyi qiymətləndirmə rəyinə əsasən “KİA” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13575 manat məbləğində zərər dəymişdir. Həmin zərərin 4627 manat hissəsi “VAZ 2107” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası hesabına "xxxx" ASC tərəfindən ödənilmiş, qalan 13000 manat zərər isə bugünədək ödənilməmişdir. Nəqliyyat vasitəsi təmir olunarkən qiymətləndirmə aparılan zaman görünməyən və məlum olmayan əlavə xərclər çıxıldığından zərər məbləği qiymətləndirmə nəticəsində göstərilən məbləğdən artıqdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsini qəbul etmədiyini bildirmiş, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 3000 manat zərər dəydiyini bildirmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: AC seriyalı, 470166 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 2107” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KİA” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 mülkiyyətindədir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 1170 nömrəli, xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, ümumi xidmət haqqı 2470 manat, ehtiyat hissələrinin ümumi dəyəri 11105 manat olmaqla “KİA” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 13575 manat təşkil edir. X4 ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən 130 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. TP seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 60 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş PXA138439 nömrəli sığorta aktından görünür ki, “KİA” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4656,95 manat zərər dəymişdir. xx.xx.2023-cü il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil təslim aktından və hesabdan çıxarışdan görünür ki, İddiaçı2 “KİA” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ödənilməsi üçün plastik kart verilmiş və həmin karta 4656,95 manat köçürülmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/729 nömrəli, 30 aprel 2024-cü il tarixli rəyində aşağıdakılar qeyd olunmuşdur: Nəzəri hesablama yolu ilə iş materiallarında olan “Autobox” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 1170 №-li qiymətləndirmə aktı məlumatlarına əsasən 2014-cü il buraxılışlı, mühərrik həcmi 1995 sm3 olan, “KİA” markalı, “SORENTO” model, 77-FO135 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 13575,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 11105,00 manat; Təmir-bərpa işlərinin qiyməti 2470,00 manat. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbayan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda iddiaçı tərəfindən 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiaları zərər vurulmuş avtomobil İddiaçı1 mülkiyyətində olduğu üçün həmin şəxsə aid hissədə təmin edilməli, İddiaçı2 aid hissədə isə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 13000 manat pulun tutulmasına münasibətdə qeyd edir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktına və ekspert rəyinə əsasən “KİA” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın qiyməti 13575 mçanat müəyyən edilmişdir. İş materiallarından görünür ki, həmin zərərdən 4627 manat "xxxx" ASC tərəfindən ödəmilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh yuxarıda qeyd edilmiş avtomobilin mülkiyyətçisi İddiaçı1 xeyrinə 8948 manat pul tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 130 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 89,48 manat hissəsi Cavabdeh İddiaçı1 xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğuna görə mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 50 manat məbləğində pul Cavabdeh alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SWİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 8948 (səkkiz min doqquz yüz qırx səkkiz) manat zərər və ödənilmiş 89,48 (səksən doqquz manat, qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı1 verilsin. Mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SWİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar