Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3819/2025 25.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynova Mələk Bəxtiyar qızının sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 5809.63 (beş min səkkiz yüz doquz manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 78.09 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli borc müqaviləsinə əsasən iddiaçı, İddiaçı MMC və cavabdeh X1 arasında bağlanmış borc müqaviləsinin şərtlərinə görə müqavilənin bağlandığı gün cavabdeh iddiaçıdan onun 8057.53 (səkkiz min əlli yeddi manat 53 qəpik) manat məbləğində pul almışdır. Hazırki günə cavabdehin 5809.63 (beş min səkkiz yüz doqquz manat 63 qəpik) borcu qalmışdır. Müqavilənin şərtlərinə görə borc məbləği cavabdeh xx.xx.2025-ci il tarixində tam həcmdə geri qaytarmalı idi Borcun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etsə də cavabdeh borcu bu günə kimi ödəməmişdir. Cavabdeh müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüş, cavabdeh öhdəliyini icra etməmiş və nəticədə öhdəliyin tələbləri pozulmuşdur. Nəticədə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları.
3. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh X1 məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
5. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. İddiaçı və Cavabdeh arasında bağlanan xx.xx.2025-ci il tarixli borc müqaviləsindən görünür ki, cavabdeh iddiaçıdan onun 8057.53 (səkkiz min əlli yeddi manat 53 qəpik) manat məbləğində pul almışdır. Müqavilənin şərtlərinə görə borc məbləği cavabdeh xx.xx.2025-ci il tarixində tam həcmdə geri qaytarmağı öz öhdəsinə götürür.
7. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə yaranmış borc məbləği barədə məlumat verilmiş, həmin borcun xx.xx.2025-ci il tarixinədək ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Müvafiq bildirişin qəbul edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir.
8. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli borc müqaviləsi üzrə İddiaçınə 5809.63 manat əsas (qalıq) borcu vardır.
İşin faktiki halları.
9. İddiaçı və Cavabdeh arasında xx.xx.2025-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıdan onun 8057.53 (səkkiz min əlli yeddi manat 53 qəpik) manat məbləğində pul almışdır. Müqavilənin şərtlərinə görə borc məbləği cavabdeh xx.xx.2025-ci il tarixində tam həcmdə geri qaytarmağı öz öhdəsinə götürür.
10. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli borc müqaviləsi üzrə İddiaçınə 5809.63 manat əsas (qalıq) borcu vardır.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi.
13. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
14. Belə ki, tərəflər arasında borc müqaviləsi bağlanmışdır. Bu müqavilənin bağlandığını təsdiq edən sənəd kimi məhkəməyə müqavilə təqdim edilmişdir. Hansı ki, həmin müqavilədə cavabdehin iddiaçıdan 8057.53 manat məbləğində borc aldığı, bu borcu xx.xx.2025-ci ilə qədər qaytarmağı öhdəsinə götürdüyü qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin müqavilə tərəflər arasında borc müqaviləsi bağlanmasının, bu müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 8057.53 manat məbləğində borc pul verilməsinin sübutu kimi qəbul olunmalıdır.
15. Bu vəziyyətdə mülki mühakimə icraatında sübutetmə yükünün tərəflər arasında bölünməsi prinsipi baxımından cavabdehin üzərinə düşən iddiaçıdan aldığı borcu qaytardığını, yaxud bu pulu qaytarmasını istisna edən bir halın mövcudluğunu sübut etməkdir. Hansı ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatda əlyazmanın özü tərəfindən yazıldığını qəbul etmiş, iddiaçının onu buna məcbur etməsi, hədələməsi kimi hallara da istinad etməmişdir.
16. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır və yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış borc müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə pul vəsaitini borcluya vermişdir. Borclu isə bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq borc müqaviləsi üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir.
Məhkəmə xərcləri.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zamanı 78.09 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
16. Belə olan halda, ödənilmiş 78.09 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
17. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5809,63 (beş min səkkiz yüz doquz manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 78,09 manat məbləğində dövlət rüsumu iddiaçının xeyrinə ödənilməlidir.
18. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 5809,63 (beş min səkkiz yüz doquz manat altmış üç qəpik) manat məbləğində pul vəsaiti və 78,09 (yetmiş səkkiz manat, doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Mələk Hüseynova