Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3820/2025 20.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi Cavabdeh, İddiaçı nümayəndəsi X4, Surdo tərcüməçi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 1977,80 (bir min doqquz yüz yetmiş yeddi manat 80 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 297,71 (iki yüz doxsan yeddi manat 71 qəpik) manat və 42,76 (qırx iki manat 76 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2318,27 (iki min üç yüz on səkkiz manat 27 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz il VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edəsiniz.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 03-1259 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. eyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindəm **********0014 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X3 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). elə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 885,60 manat; xx.xx.2020ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; cəmi 1977,80 (bir min doqquz yüz yetmiş yeddi manat 80 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Qeyd olunmalıdır ki, cavabdehin ödənilməmiş 2020-ci ilin aprel-dekabr ayları üzrə 133,50 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 41,20 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 109,44 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar- dekabr ayları üzrə 132,84 manat sərfiyyat borcu, 2024-cü ilin fevral-dekabr ayları üzrə 157,20 manat sərfiyyat borcu və limitdən əlavə 8,80 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar-iyul ayları üzrə 180,35 manat sərfiyyat borcu və limitdən əlavə 2,38 manat sərfiyyat borcu, cəmi 765,71 manat sərfiyyat borcu qalmışdır. 020-ci ilin aprel ayından 2025-ci ilin iyul ayına qədər cavabdeh 468 manat məbləğində ödəniş etmişdir. uxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 297,71 (iki yüz doxsan yeddi manat 71 qəpik) manat borcu (debitor borc) da qalmışdır. eləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümum2275,51 (iki min iki yüz yetmiş beş manat 51 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
Proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 izahatında iş materiallarına əlavə olunmuş aktlar tərtib olunarkən cavabdehin aktın tərtib olunması və sayğaca baxış keçirilməsi proseslərində iştirakının təmin edilmədiyini, ardıcıl olaraq 5 ay ərzində müvafiq akltların tərtib olunmasının səbəbinin həmin sayğacda qazdan qanunsuz istifadə halı müəyyən edilməsi səbəbilə həmin abonentin nəzərə götürülməsi, sonuncu aktdan sonra qazdan qanunsuz istifadə halı mövcud olmadığı üçün başqa aktların tərtib edilmədiyini, cavabdehə göndərilən sms bildirişin nəzərə alınaraq iddia tələbini iddia ərizəsində göstərilən məbləğdə deyil, 2055.9 manat məbləğində müdafiə etdiyini və iddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etdiyini qeyd etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavadeh Cavabdeh surdo tərcüməçi X2 vasitəsilə izahat verərək, iddia ərizəsinə etiraz etdiyini, onun yaranmış borcdan xəbərinin olmadığını, iddiaçı tərəfindən akt tərtib olunarkən ona müvafiq qaydada xəbər verilmədiyini, müvafiq aktlarda özünün də imzasının olmadığını, qaz sayğacının 2020-ci il tarixdə quraşdırıldığını, özünün qazdan istəfadəyə görə borc məbləğlərini vaxtlı vaxtında ödədiyini, smart tipli sayğac olmadığına və iddiaçı qurum tərəfindən hər ay debitor borc barədə məlumat verilmədiyinə görə müəyyən qisimi debitor borcun ola biləcəyini, özünün bu yaxınlarda mövcud borcla əlaqədar yenə ödəniş etdiyini, yalnız xx.xx.2025-ci il tarixdə iddiaçı qurum tərəfindən ona göndərilən sms bildirişdə 2055.9 manat borcunun olması barədə ona məlumat verildiyini qeyd etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. İddiaçı İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 03- 1259 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsi”ndən görünür ki, İddiaçı müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı Cavabdehnu keyfiyyətli qazla təin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürür.
6. 08.08.2025-ci il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent Cavabdeh oğlu, abonent kodu 1**********0014, ünvan Bakı şəhəri, Xəzər rayonu, Binə yeni yaşayış massivi ailə tərkibi 4, sayğac nömrəsi 40011600 və həmin abonent koduna 07/2025-ci il tarixinə 2275.51 manat borc mövcuddur.
7. xx.xx.2019-cuil tarixli (0264342 saylı) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın (bundan sonra – Akt) və həmin tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin (bundan sonra – tələbnamə) surətindən görünür ki, təbii qazdan qeyriqanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 885.6 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır.
8. xx.xx.2020-ci il tarixli (0268071 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 295.2 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
9. 28.02.2020-ci il tarixli (0271457 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 295.2 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir). 10.xx.xx.2020-ci il tarixli (0275835 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 295.2 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
11. xx.xx.2020-ci il tarixli (0282893 saylı) Akt və xx.xx.2020-ci il tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 295.2manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 12.81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 13.217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə (əqd) olmalıdır. 15.448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 16.1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 17.1096.1-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 18.3.4-cü maddəsinə əsasən, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. 19.11.6-cı maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 20.3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. 21.4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 22.4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 23.6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
25. İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisə tərəfləri istehlakçı (cavabdeh) Cavabdeh ilə qaz paylayıcısı (iddiaçı) İddiaçı İB arasında xx.xx.2020-ci il tarixli, 03-1259 nömrəli “Qazın alqı-satqısı müqaviləsi” bağlanmış və Cavabdeh məxsus, abonent kodu 1**********0014 olan Bakı şəhəri, Xəzər rayonu, Binə yeni yaşayış massivi nömrəli ünvana təbii qaz verilmişdir.
26. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, İddiaçı İB tərəfindən istehlakçı Cavabdehnun sayğacdan kənar qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan qeyriqanuni istifadə etdiyi halları aşkar edilərək xx.xx.2019-cuil tarixdən xx.xx.2020-ci il tarixədək aktlar tərtib olunmaqla, dəymiş zərər kimi 1977.8 manat borc hesablanmış və bu borc məbləği iddiaçının abonent saldosuna daxil edilmişdir. Habelə cavabdehin istifadə etdiyi təbii qazın sərfiyyatına görə ödənilməmiş 297.71 manat debitor borcu vardır və bu borcları cavabdeh ödəməmişdir. Ona görə İddiaçı İB həm dəymiş maddi zərərin əvəzinin, həm də debitor borcun cavabdehdən tutulmasını istəyir. Cavabdeh isə iddia tələbinin əsassız olduğunu, iddia ərizəsində qeyd olunan dövr ərzində qazdan istifadəyə görə borcun və qaz xəttinə qeyri-qanuni qoşulma ilə əlaqədar maddi zərər vurulması ilə bağlı borcun yaranmasının mümkün olmadığını, aktların onlara məlumat verilmədən və onların iştirakı olmadan tərtib edildiyi və onlara təqdim edilmədiyi, debitor borclarla əlaqədar mütəmadi ödənişlər həyata keçirdiyini, iddiaçı tərəfindən ona gönədilən xx.xx.2025-ci il tarixli sms bildirişdə ümumilikdə 2055.9 manat borcunun olması barədə ona məlumat verildiyini, qaz sayğacının smart tiöli sayğac olmaması səbəbilə debitor ödənişlərin həyata keçirilməsində müəyyən gecikmələrin ola biləcəyini qeyd edərək, iddia tələbinə etiraz edir.
27. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki mübahisə predmetini borcun silinməsi təşkil etdiyindən, ilk növbədə həmin borcun (zərərin) hesablanmasına əsas olan hallara, bu halları təsdiq edən qərarların qanuniliyinə və eləcə də bu halların baş verməsində iddiaçının təqsirliliyi məsələsinə hüquqi qiymət verilməlidir. Bu mənada borcun cavabdeh tərəfindən tərtib edilmiş müvafiq tələbnamələr əsasında hesablandığını nəzərə alaraq məhkəmə hesab edir ki, qəbul etdiyi qərarın qanuniliyini, o cümlədən qeyd edilmiş pozuntuları və həmin pozuntuların yaranmasında iddiaçının təqsirini, habelə hesablanmış borcun məbləğinin əsaslılığını və qanuniliyini sübutetmə yükü qərarı qəbul etmiş orqanın, yəni cavabdeh İddiaçı İB-nin üzərinə düşür.
28. Əvvəla, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri aralığında tərtib edilmiş aktlara münasibətdə qanunvericiliyin imperativ tələbinə uyğun olaraq iddiaçı orqan sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar etdikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə təqdim etməlidir. Halbuki, iddiaçı qurum tərəfindən tərtib olunmuş aktın bir nüsxəsinin barəsində akt tərtib olunmuş istehlakçıya təqdim olunması halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdeh qurum tərəfindən yoxlama keçirilən və aktlar tərtib edilən zaman iştirakının təmin edilmədiyini bildirir. Qanunvericiliyin tələbinə görə, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qaz qurğulаrına və qazpaylayıcı şəbəkəyə 6 аydа bir dəfədən az olmayaraq texniki baxış keçirməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. (§ 34) Həmçinin qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Halbuki iş materiallarından görünür ki, həqiqətən də aktların heç birində cavabdehin imzası yoxdur və bütün aktlarda onun adının qarşısında “imtina etdi” qeyd edilmişdir. Habelə iddiaçı məhkəmə iclasında cavabdehin müvafiq qaydada məlumatlandırıldığını, yoxlama keçirilən zamanı və akt tərtib edilərkən onun iştirakının təmin edildiyini, xüsusi kitabda iddiaçının imzası ilə həmin sənədlərin alınmasını təsdiq edildiyini sübuta yetirə bilməmiş, o cümlədən iddiaçının nümayənədsi öz izahatında cavabdehin aktların tərtib olunması prosesinə cəlb edilmədiyini qeyd etmişdir. Beləliklə, məhkəmə araşdırması ilə abonentin (cavabdehin) keçirilən yoxlamalardan və tərtib edilən aktlardan məlumatlı olmadığı müəyyən edilir.
29. Digər tərəfdən, cavabdeh barəsində iddiaçı tərəfindən tərtib edilmiş həmin aktlarda abonentin təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etdiyi qeyd olunmuşdur. Halbuki cavabdeh qurum qanunvericiliyin tələbinə uyğun olaraq təbii qazdan sayğacdankənar istifadə faktı aşkar edilərkən öz statusuna görə bu hərkətləri etməyə borclu idi: 1) təbii qazdan sayğacdan kənar istifadənin qarşısının almaq; 2) təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonenti inzibati məsuliyyətə cəlb etmək; 3) təbii qazdan istifadə qaydaların pozulmasına görə abonentin mülki məsuliyyətə cəlb edilməsini təmin etmək, yəni zərərin əvəzinin ödənilməsi üçün iddia qaldırmaq. Göründüyü kimi, təbii qazdan sayğacdan kənar istifadə faktı aşkar edildiyi təqdirdə iddiaçı qurum zəruri tədbirlər görməyə borclu olduğu halda, bunları etməmişdir.
30. Beləliklə, iddiaçı qurum tərəfindən cavabdehə məxsus ünvanda təbii qaz xəttinə kənar qanusuz xətt vasitəsilə qoşulma faktının olması və belə fakt varsa bu qoşulmanın məhz cavabdeh tərəfindən edildiyi və cavabdehin təqsirliliyi heç bir mötəbər və mümkün sübutlarla təsdiq edilə bilməmiş, məhkəmə araşdırması ilə də qeyd edilən hallar aşkar edilməmişdir. Əksinə, iddiaçı qurum tərəfindən tərtib edilmiş və sübut kimi təqdim edilmiş aktlar, tələbnamələr və onlara əlavə edilmiş fotoşəkillər qanunvericiliyin tələblərinə əməl edilmədən tərtib edildiyi və yuxarıda qeyd edilən digər əsaslara görə faktı təsdiq etmək üçün mötəbər və mümkün sübut kimi qəbul edilə bilməz. Belə olan halda şəxsin təqsirli olmadığı əmələ və vurmadığı zərərə görə məsuliyyətə cəlb olunması qanunsuzdur. Bu səbəblə məhkəmə hesab edir ki, cavabdeh İddiaçı İB tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək tərtib edilmiş 5 ədəd akt və tələbnamə əsasında cavabdehə hesabanmış zərər (borc) məbləği əsassızdır və ona görə təmin edilə bilməz.
31. İddia tələbinin debitor borcun (təbii qazın sərfiyyat borcunun) tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən, öhdəliyin qanunda nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (§ 5) İşin müəyyən edilən hallarından görünür ki, iddiaçı (qaz paylayıcısı) ilə cavabdeh (istehlakçı) arasında “Qazın alqı-satqısı müqaviləsi” xx.xx.2020-ci il tarixində bağlanmışdır. Yəni tərəflər arasında müqavilə münasibəti həmin tarixdən etibarən yaranmışdır. Ondan əvvəlki dövrə münasibətdə iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətlərinin olduğu isə iddiaçı tərəfindən sübuta yetirilmədiyi kimi, məhkəmə araşdırması ilə də belə fakt müəyyən edilməmişdir. Belə olduğu təqdirdə, iddiaçı tərəfindən müqavilə münasibətləri çərçivəsində öhdəliyin icrası müvafiq müqavilə bağlandıqdan sonrakı dövrə (əksinə razılaşmanın olduğu müəyyən edilmir) tələb edilə bilər. Yəni hazırkı iş üzrə cavabdeh qazın alqı-satqısına dair müqavilə bağlandığı andan (xx.xx.2020-ci il tarixindən) sonra yaranmış olan qazdan istifadə borcuna görə məsuliyyət daşıyır. İddia ərizəsindən və iş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq, abonentlə arasında “Qazın alqı-satqısı müqaviləsi” bağlandığı tarixdən sonrakı dövr üçün ödənilməmiş olan debitor borcun cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, cavabdeh izahatında mülki iş üzrə icraatın gedişi zamanı barəsində mövcud olan debitor borcla bağlı ödəniş həyata keçirdiyini qeyd etmiş və qeyd olunan fakt iddiaçının nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Həyata keçirilmiş ödəniş səbəbilə iddiaçının nümayəndəsi debitor borcla bağlı iddia tələbini 78.1 (yetmiş səkkiz manat on qəpik) manat həcmində müdafiə etdiyini və bu məbləğdə debitor borcun cavabdehdən tutulmasını xahiş etdiyini bildirmişdir. Yuxarıda qeyd olunan işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi debitor borcun tutulması hissəsində qismən təmin edilməli və Cavabdeh 78.1 manat məbləğində debitor borc tutulmalıdır.
32. Məhkəmə, iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Habelə Mülki Məcəllənin 458.1-ci maddəsinə əsasən, kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Normaların tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, hazırda iddia tələbinin yalnızca sərfiyat borcuna görə ödənilməmiş cəmi 78.1 manat borcun tutulmasına münasbətdə təmin edildiyi, iddianın təmin edilən hissəsi tələbin cüzi hissəsini təşkil etdiyini və iddiaçının tələb etdiyi məbləğdə dövlət rüsumu ödəməklə zərərinin yaranmasına özünün şərait yaratdığını nəzərə alaraq, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 34.Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, təbii qazdan sayğac vasitəsilə istifadə olunmuş, lakin dəyəri ödənilməmiş debitor borc kimi 78.1 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
35. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh debitor borc olaraq 78.1 AZN (yetmiş səkkiz manat on qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov