Məhkəmə qərarları › İş №e-2(003)-393/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-393/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-393/2023 06.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "borcun alınması" tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Azər-Türk Bank“ ASC-nin xeyrinə 1299.63 manat əsas, 123.68 manat faiz, cəmi 1423.31 manat borcun həmçinin ərizəyə görə ödənilmiş 34.64 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 1500 manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında xx.xx.2021 -ci il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən, X2 xx.xx.2022-ci il tarixinə əsas borcu 1299.63 manat, faiz borcu 123.68 manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ №263850 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə etdiyimiz məlumata əsasən X2 vəfatından sonra Bakı şəhəri 7 saylı Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2022-ci il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq 26 sentyabr 2022-ci il tarixli məktubdan göründüyü kimi, xx.xx.2022-ci il tarixində vərəsəlik işi açılmışdır və X2 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur. Borcun ödənilməsi tələbi ilə cavabdehin vərəsəsinə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdehin vərəsəsi Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehin vərəsəsinə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Eyni zamanda qeyd etmək istəyirik ki, xx.xx.2021-ci il tarixli ******* saylı Kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununla da cavabdehin vərəsəsindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin vərəsəsi Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 1423.31 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın tələblərinin əsası kimi istinad etdikləri fakt və hallar və onları təsdiq edən sübutların siyahısı aşağıdakılardan ibarətdir: xx.xx.2021-ci il tarixli ******* saylı Kredit Müqaviləsi; İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixinə olan borc barədə maliyyə arayışı; AZ-İİ №263850 saylı ölüm haqqında şəhadətnamənin surəti. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında etiraz ərizəsindəki xüsusatları göstərərək bildirdi ki, iddiaçının irəli sürdüyü iddia tələbi qismən əsassızdır. Belə ki, arvadı X4 tərəfindən banka müraciət edilərək xx.xx.2021 -ci il tarixdə 3 illik müddətinə 17% dərəcəsi ilə ümumilikdə 1500 azn kredit götürülmüşdür. X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Tərəfindən arvadına dəfn xərcləri ödənilmiş və bundan sonra qanunla dəfn xərcləri üçün verilməsi nəzərdə tutulmuş müavinətin əldə edilməsi üçün DSMF-na müraciət etmişdir. Həmin müavinətin əldə edilməsi üçün ondan qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin əldə edilməsi tələb olunmuşdur. Buna görə də tərəfindən 2022-ci ilin May ayında müvafiq 7 saylı Notariat ofisinə müraciət edərək vərəsəlik işi açılmışdır. Notariat orqanının verdiyi şəhadətnamədən görünür ki, Qumru Qəhrəmanovanın qanun üzrə vərəsəsi odur. Eyni zamanda, adıçəkilən şəhadətnamədən də görünür ki, Qumru Qəhrəmanovanın vəfat edənədək aktivində nə daşınar, nə də ki, daşınmaz əmlakı olmamışdır. Buna görə də, miras qoyan şəxs tərəfindən vərəsə olaraq ona hər hansı bir aktiv keçməmişdir. O, ərizə ilə 2022-ci ilin iyul və avqust ayında banka müraciət edərək arvadının adına açılmış kredit üzrə birgə nikah zamanı əldə edildiyi üçün 50%-ni ödəmək şərti ilə kredit müqaviləsinə xitam verilməsini təklif etmişdir. Lakin bankın əməkdaşları şifahi olaraq onun bu təklifi ilə razılaşmamışlar. Bundan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsinə nəzər yetirdikdə belə görünür ki, guya bank tərəfindən ona borcun tam şəkildə ödənilməsi ilə əlaqədar pretenziya məktubu çatdırılmışdır. Halbuki, yaşadığı ünvana (qeydiyyatda olduğu ünvan ilə yaşadığı ünvan eynidir) belə bir pretenziya məktubu çatdırılmamışdır. Həmçinin, X6nın adına "xxxx" ASC-də də kredit öhdəliyi olmuşdur. Ölüm haqqında şəhadətnaməni həmin banka təqdim etdikdən sonra yaranmış borcun 50%-ni ödədikdən sonra adıçəkilən kredit müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi eyni hal üzrə hər iki bank tərəfindən fərqli yanaşma sərgilənmişdir. İddiaçı irəli sürdüyü iddiasının hüquqi əsası kimi Mülki Məcəllənin 306.1-ci maddəsinə istinad etmişdir. Halbuki həmin maddənin düzgün şəkildə oxuduqdan sonra belə aydın olur ki, burada söhbət əldə edilmiş aktivlərə münasibətdə və həmin aktivdəki paya mütənasib surətdə birgə borclu kimi vərəsə kreditorun borcunu ödəməlidir. Halbuki vərəsəlik haqqında şəhadətnamədən də görünür ki, Qumru Qəhrəmanovanın miras qoyan kimi heç bir aktivi mövcud olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə X4 arasında xx.xx.2021-cu il tarixli ******* saylı “kredit müqaviləsi” bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədlər üçün illik 17% hesablanması şərti ilə 36 ay müddətinə 1500,0 AZN məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçı Banka 1500,0 manat əsas borc, 425,21 manat faiz borcu olmaqla, cəmi 1925,21 manat borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, X2 banka 1299,63 manat əsas borc, 123,68 manat faiz borcu olmaqla, cəmi 1423,31 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə kredit borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixində tarixdə ölmüşdür. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdehdur. Miras əmlak mərhum X2 1680,21 manat dəfn pulu, 296,24 manat xəstəlik vərəqi, cəmi 1796,45 manat ödənilməmiş pul vəsaitindən ibarətdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti X4 arasında bağlanmış xx.xx.2021-cu il tarixli ******* saylı “Fiziki şəxslərə kredtin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi”nə əsasən X3 şəxsi məqsədlər üçün illik 17% hesablanması şərti ilə 36 ay müddətinə 1500,0 AZN məbləğində kredit verilmişdir. Lakin borclu şəxs X4 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 1423,31 AZN məbləğində borcu qalmışdır. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və həyat yoldaşı Cavabdeh vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlakı 1680,21 manat dəfn pulu, 296,24 manat xəstəlik vərəqi, cəmi 1796,45 manat ödənilməmiş pul vəsaiti təşkil etmişdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda mərhum borclunun dəfn xərci olaraq onun vərəsəsi olan həyat yoldaşına (hazırkı iş üzrə cavabdeh) verilmiş pul vəsaitinin ondan tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, dəfn pulu sosial sığorta üzrə ödəmələrin bir növüdür və mərhumun аilə üzvlərinə və yа оnu dəfn еtməyi öhdəsinə götürən şəхslərə vеrilir. (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu) Dəfn üçün müavinət almaq hüququ vəfat etmiş şəxsin vərəsəsində yaranır. Dəfn üçün nəzərdə tutulan birdəfəlik ödənişin onların miras əmlakı olaraq dəyərləndirilməsi vərəsəlik institutunun hüquqi təbiətinə və mahiyyətinə zidd olardı. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. Birdəfəlik ödəmələr isə şəxsin ölümü ilə əlaqədar onun ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiasının əsasını təşkil edən hallar işin araşdırılması zamanı öz təsdiqini tapmadığından, yəni mərhum borclunun ölümü ilə əlaqədar cavabdehə verilən vəsait onun sağlığında ikən mövcud olan və ona məxsus əmlak (mirası) olmadığından, iddia əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı ASC-nin Cavabdeh qarşı "borcun alınması"na dair iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar