Məhkəmə qərarları › İş №e-2(003)-399/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-399/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-399/2023 22.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh2 Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2una İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 002L**********68 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000,0 ABŞ Dolları məbləğində kredit xətti açılmlşdır. Uzunmüddətli kredit müqaviləsi üzrə X2u İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 002R********** saylı razılaşma əsasında Bank cavabdehə 2.1667 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 14000,0 ABŞ Dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 002R143279647S saylı, xx.xx.2016-cı il tarixli 002R**********SA saylı, xx.xx.2016-cı il tarixli 002R**********SB saylı, xx.xx.2016-cı il tarixli 002R**********SC saylı, xx.xx.2016-cı il tarixli 002R**********SD saylı, xx.xx.2017-ci il tarixli 002R**********SE saylı sazişlə razılamşaya və ödəniş cədvəlinə dəyişikliklər edilmişdir. X2u kredit razılaşmasının 1.2-ci bəndini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. X2u götürdüyü kredit borcundan 9011.09 ABŞ Dolları ödəmiş, onun 4988.91 ABŞ Dolları məbləğində borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi vaxtdan tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır X2unun xx.xx.2022-ci il tarixə 981 gün üçün hesablanmış faiz borcu 7174,02 ABŞ dolları təşkil edir. xx.xx.2022-ci il tarixə 981 gün üçün hesablanmış cərimə borcu 4398 ABŞ Dolları təşkil edir. Uzünmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə X2unun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklər üçün bank qarşısnda cavabdeh X2u ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklbrini icra etməlidirlər. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X2ü ölmüşdür. Qeyd olunanlara əsasən, İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Afagil qızına və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 4988,91 ABŞ dolları məbləğində kredit borcu, 7174,02 ABŞ dolları məbləğində faiz borcu və 4398 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, Ümumilikdə cəmi 16560,93 (on altı min beş yüz altmış ABŞ dolları doxsan üç sent) məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 174,46 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, o, yalnız ilkin müqaviləyə zamin durmuşdur, sonraki sazişlərə zamin olmamışdır və imza etməmişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbini qəbul etmədi və bildirdi ki, o yalnız ilkin müqaviləyə zamin durmuşdur, sonraki sazişlərə zamin olmamışdır və imza etməmişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikasının MPMin 185-ci maddəsinin tələbləri çərçivəsində işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, toplanmış sənədləri tədqiq edərək və araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 002L**********68 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən X2una 120 ay müddətinə 100000,0 ABŞ Dolları məbləğində kredit xətti açılmlşdır. İş materiallarına əlavə edilmiş Uzunmüddətli kredit müqaviləsi üzrə X2u ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 002R********** saylı razılaşmadan görünür ki, Bank cavabdehə 2,1667 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 14000,0 ABŞ Dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, X2u xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək banka hər ay 567,0 ABŞ Dolları (sonuncu ay 573,94 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Uzunmüddətli kredit müqaviləsi üzrə X2unun İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli, 002R143279647S saylı razılaşmadan görünür ki, kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişiklər olunmuşdur. İşə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, X2u banka xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hər ay 424 ABŞ dolları, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 419 ABŞ dolları (sonuncu ay 418,92 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Uzunmüddətli kredit müqaviləsi üzrə X2u İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli 002R**********SA saylı razılaşmadan görünür ki, kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişiklər olunmuşdur. İşə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, X2u xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək banka hər ay 280 ABŞ dolları, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 678 ABŞ dolları (sonuncu ay 684,64 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Uzunmüddətli kredit müqaviləsi üzrə X2unun İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli 002R**********SB saylı razılaşmadan görünür ki, kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişikliklər olunmuşdur. İşə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, X2u xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək banka hər ay 275,0 ABŞ Dolları (sonuncu ay 4200 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Uzunmüddətli kredit müqaviləsi üzrə X2unun İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli, 002R**********SC saylı razılaşmadan görünür ki, kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişiklər olunmuşdur. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, X2u xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək banka hər ay 282,0 ABŞ dolları (sonuncu ay 4450,72 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Uzunmüddətli kredit müqaviləsi üzrə X2unun İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli 002R**********SD saylı razılaşmadan görünür ki, kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişiklər olunmuşdur. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, X2u xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək banka hər ay 200,0 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Uzunmüddətli kredit müqaviləsi üzrə X2unun İddiaçı QSC ilə bağladığı xx.xx.2017-ci il tarixli, 002R**********SE saylı razılaşmadan görünür ki, kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişiklər olunmuşdur. İşə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, X2u xx.xx.2017-cı il tarixdən xx.xx.2022-ci il tarixədək banka hər ay 100,0 ABŞ Dolları (sonuncu ay 1798,90 ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 002S**********02 saylı, 002S**********03 saylı və 002S**********04 saylı zaminlik müqavilələrinin surətlərindən görünür ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 uzunmüddətli kredit müqaviləsi üzrə X2u İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 002L**********68 saylı Uzunmüddətli kredit müqaviləsi üzrə zamin olmuşlar. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli D(110) saylı Bakı şəhəri 7 saylı notariat ofisinin məktubunun sürətindən görünür ki, X2unun adına heç bir əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Ləğv prosesində olan İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdeh X2u İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 002R********** saylı razılaşmasına əsasən banka 4988,91 ABŞ dolları əsas borcun, 7145,20 ABŞ dolları faiz borcu, 4235,67 ABŞ dolları cərimə borcu, ümumilikdə 16369,78 ABŞ Dolları məbləğində kredit borcu vardır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC tərəfindən X2una ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, bank cavabdehləri borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli 002L**********68 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən X2una 120 ay müddətinə 100000,0 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə X2u İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 002R********** saylı razılaşmadan görünür ki, Bank cavabdehə 2.1667 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 14000,0 ABŞ Dolları məbləğində kredit verilmişdir. Daha sonra müxtəlif vaxtlarda razılaşmaya sazişlər bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq xx.xx.2014-cü il tarixli 002R********** saylı razılaşmaya Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 zaminlik müqaviləsi bağlanmışdır. Lakin müqavilənin uzadılması zamanı yenidən zaminlik müqavilələri bağlanmamışdır. X4 öldüyündən iddiaçı borcun zaminlərdən tutulmasının xahiş edir. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, kredit müqaviləsi dedikdə bank tərəfindən müddətlilik, qaytarılma və ödəmə şərtləri ilə borc alana razılaşdırılmış məbləğdə kredit təqdim etməyi öhdəsinə götürür, borc alan isə alınmış məbləği təyinatı üzrə istifadə etməyi və müəyyən edilmiş müddətdə qaytarmağı (şərtləşdirilmiş faizləri ödəməklə) öhdəsinə götürür. Lakin iddia tələbinin tələbdə qeyd edilən məbləğin zaminlər- Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutulmasına münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmiş və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Yuxarıda da qeyd edildiyi kimi Ləğv prosesində olan İddiaçı QSC ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən borcalan aldığı krediti 36 ay ərzində, yəni xx.xx.2017-ci il tarixədək qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı bank zaminə qarşı xx.xx.2017-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı bank tərəfindən zaminə qarşı hər hansı iddia irəli sürülmədiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və iddia tələbi rədd edilməlidir. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, Ləğv prosesində olan İddiaçı QSC tərəfindən 174,46 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 174,46 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə hesab edirki, iddia təmin olunmadığından aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150,0 manat pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000003944 SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” barədə iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu və məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza xərci kimi 150 (yüz əlli) manat pul İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000003944 SWİFT BİK CTREAZ22) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar