Məhkəmə qərarları › İş №e-2(003)-4048/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-4048/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-4048/2024 30.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nın Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “İddiaçı” ASC-nin xeyrinə kredit borcu üzrə Banka ödənilməmiş borcu – 936.37 manat əsas borcu olmaqla, cəmi 936.37 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı” ASC ilə cavabdeh Quliyeva Svetlana Ağadadaş qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********11 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 27 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla 1500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 Ağadadaş qızı xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri 21 saylı Notariat ofisi tərəfindən verilən məlumata əsasən Quliyeva Svetlana Ağadadaş qızının xx.xx.2019-cu il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2020-ci il tarixdə Cavabdeh tam hissədə pay almaqla vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlakı ünvan 1 ünvanında yerləşən 1 otaqlı ümumi sahəsi 33.7 kv.m. olan mənzildən ibarətdir. Maliyyə arayışına əsasən, Quliyeva Svetlana Ağadadaş qızından kredit borcu üzrə Banka ödənilməmiş borcu – 936.37 manat əsas borcu olmaqla, cəmi 936.37 manat borcu qalmışdır. Cavabdeh X1 Ağadadaş qızının vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq,"xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 936.37 manat olduğundan, tərəfimizdən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2011/2024 saylı qərardadından görünür ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud iddia tələbi əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən göndərilmiş işin icraata qəbul edilməsindən imtina edilməli və işin aidiyyəti üzrə baxılmasına dair məhkəmələr arasında fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. İşin baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cüi il tarixli, e-2(007)-2011/2024 saylı qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə istinad edilməklə və cavabdehin faktiki olduğu yer Azərbaycan Respublikası ƏN PX 17 saylı cəzaçəkmə müəssisəsi olduğundan, həmin cəzaçəkmə müəssisə Bakı şəhəri Nizami rayonu ərazisində deyil, Xəzər rayonu ərazisində olduğundan, işə ərazi aidiyyati üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cüi il tarixli, e- 2(007)-2011/2024 saylı qərardadında göstərilən xüsusatlara əsasən mülki işin baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsini əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından görünür ki, iddiaçı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməklə, həmçinin öz hüquqlarından istifadə etməklə cavabdehin qeydiyyat ünvanının olduğu ərazi üzrə aidiyyəti məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatına aidiyyət qaydalarına riayət olunmaqla qəbul olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən mövcud iddia tələbi baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə düzgün olaraq göndərilməmişdir. Buna görə işin icraata qəbul edilməsindən imtina edilərək, işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda Apelyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən MPM-in 31, 32, 45.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar