Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-4096/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, iddiaçı "xxxx" ASC-nin cavabdeh Nəsibli (Fərzəliyeva) Mahirə Nofel qızına qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" ASC-nin cavabdeh Nəsibli (Fərzəliyeva) Mahirə Nofel qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində Cavabdeh Nofel qızının (AZE ********) ünvanı Bakı şəhəri Ramana qəsəbəsi Şuşa şəhərciyi göstərilsə də, şəxsiyyət vəsiqəsi məlumatlarına dair elektron portalın məlumatından görünür ki, cavabdeh Nəsibli (Fərzəliyeva) X1 rayonu, Horadiz şəhəri, 20 yanvar küçəsi, ev 6, mənzil 2 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, cavabdeh Bakı şəhəri Xəzər rayonu ərazisində qeydiyyatda deyildir. Məhkəmə qeyd edir ki, şəxsiyyət vəsiqəsi məlumatlarına dair elektron portalın məlumatılarından görünür ki, Nəsibli (Fərzəliyeva) Mahirə Nofel qızı xx.xx.2022-ci il tarixdə yeni şəxsiyyət vəsiqəsi almaqla, onun soyadı “Nəsibli”dən “Fərzəliyeva”ya dəyişdirilmişdir. Cavabdeh Bakı şəhəri Xəzər rayonu ərazisində qeydiyyatda olmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı deyildir. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehə qarşı mövcud iddia ərizəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 152, 263-264, 268ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC-nin cavabdeh Nəsibli (Fərzəliyeva) Mahirə Nofel qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-4096/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-4096/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver