Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-4139/2025 07.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsələrindən tutulması” tələbinə dair kiçik iddiallara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsələrindən tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1065.22 manat əsas borc və 2.72 manat faiz borcu olmaqla, cəmi 1067.94 (bir min altmış yeddi (.94)) manat borcun və 30.68 manat məbləğində dövlət rüsumunun tutulraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan X3 arasında bağlanmış 16 iyul 2021 il tarixli 106804-233300/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 201% dərəcəsi ilə 1290.00 (bir min iki yüz doxsan) manat məbləğində krеdit vеrilmiş, X3 12 iyun 2021-ci il tarixdə vəfat etmiş, X1 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X2 dair Bakı Şəhəri 31 saylı Notariat ofisində vərəsəlik işi açılmış, bundan sonra Bakı Şəhəri 31 Saylı Notariat Ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X1 vərəsələri kimi Cavabdeh tanınmış və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilmişdir. Bundan sonra X1 vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra yalnız “MPM”) 284-5.3-cü maddəsinə əsasən, ... işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 284-4.1-ci maddəsinə əsasən, bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə qanunvericiliyin tələbinə uyğun olaraq qeyd edir ki, sadələşdirilmiş icraat qaydasında ödənilməsi istənilən borc məbləği iddiaçı ilə X3 arasında bağlanmış 16 iyul 2021-ci il tarixli kredit müqaviləsi əsasında yaranmış və həmin şəxs (borclu) 12 iyun 2021ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış borcun vəfat etmiş borclunun vərəsəsindən tutulması üçün məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi sadələşdirilmiş icraat qaydasında işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılaraq qətnamə çıxarılmalıdır. Hazırki mübahisə predmeti isə cavabdehin tərəf olmadığı müqavilə üzrə yaranmış borcun ondan tutulması ilə bağlıdır. Barəsində bəhs olunan iddia tələbinə sadələşdirilmiş icraat qaydasında baxılması, cavabdehin özünün tərəf olmadığı, imzalamadığı və haqqında məlumatlı olmadığı müqavilə nəticəsində məhkəmənin yekun məhkəmə aktı qəbul etməsi anlamına gəlir. Ona görə bu barədə formalaşmış məhkəmə təcrübəsinə görə, ölmüş şəxsin kredit borcunun vərəsələrindən tutulmasına dair iddia tələblərinə sadələşdirilmiş icraat qaydasında baxılmır. Yuxarıda qeyd olunanlara əsasən, hakim iddianın yolverilməzliyinə görə iddiadan imtina edilməsi barədə qərardad qəbul etməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsələrindən tutulması” tələbinə dair iddia ərizəsinə məhkəmə (sadələşdirilmiş icraat) qaydasında baxılmalı olmadığından iddianın icraata qəbulundan imtina edilməli, qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsi baxılmaq üçün qəbul etməkdən imtina edildiyindən, İddiaçı ASC tərəfindən xx.xx.2025-ci il tarixli, **********11 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30.68 AZN (otuz manat altmış səkkiz qəpik) dövlət rüsumu da ona qaytarılmalıdır. Belə ki, MPM-nin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Bununla yanaşı, məhkəmə MPM-in 284-4.3-cü maddəsinin tələbinə əsasən iddiaçıya izah edir ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur və bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. MPM-in 284-4.2-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264 və 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsələrindən tutulması” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixli, **********11 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30.68 AZN (otuz manat altmış səkkiz qəpik) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №e-2(003)-4139/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-4139/2025
07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver