Məhkəmə qərarları › İş №e-2(003)-418/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-418/2024

23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-418/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı "pul" tələbinə dair mülki işə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin binasında açıq məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********02 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit ilə əlaqədar əsas borc üzrə 99,21 AZN, faiz borcu üzrə 0,01 AZN olmaqla cəmi 99,22 AZN tutulması; tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 434,33 AZN, faiz borcu üzrə 46,32 AZN olmaqla cəmi 480,65 AZN tutulması; həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 AZN dövlət rüsumu və 0,40 AZN bank xidmət haqqının hər birinin payına mütənasib surətdə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış BPM**********02 nömrəli, xx.xx.2020- ci il tarixli kredit müqaviləsinə əsasən X5 illik 18 faizlə 18 ay müddətinə 2500 AZN məbləğində nağd kredit, illik 24 faiz dərəcəsi ilə, 36 ay müddətinə 600 AZN məbləğində Tam kart krediti verilmişdir. Kreditin təyinatı borc alanın borc verən qarşısında mövcud olan 2500 manat məbləğində kredit borcunun və 600 manat məbləğində Tam kart kreditinin ödənilməsidir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 6 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda adı çəkilən BPM**********02 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə cavabdehin nağd kredit ilə əlaqədar olaraq əsas borc üzrə 99,21 AZN, faiz borcu üzrə 0,01 AZN olmaqla cəmi 99.22 AZN borcu mövcuddur. Tam kart krediti ilə əlaqədar olaraq isə əsas borc üzrə 434,33 AZN, faiz borcu üzrə 46,32 AZN olmaqla cəmi 480,65 AZN borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 30 AZN dövlət rüsumu və 0,40 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vərəsə kimi müəyyən olunmalarına baxmayaraq "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişlər .Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək mərhum X1nun vərəsələri olan Cavabdeh1, Cavabdeh3 və övladı Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh3 vasitəsilə) iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit ilə əlaqədar olaraq əsas borc üzrə 99,21 AZN, faiz borcu üzrə 0,01 AZN olmaqla cəmi 99,22 AZN tutulması; tam kart krediti ilə əlaqədar olaraq isə əsas borc üzrə 434,33 AZN, faiz borcu üzrə 46,32 AZN olmaqla cəmi 480,65 AZN borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının hər birinin payına mütənasib surətdə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-418/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində iştirak etməsinə xitam verilməsi qərara alınmışdır. İddiaçı "xxxx" ASC 6-2-22/2-5853/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə iddia tələbini müdafiə edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: "xxxx" ASC ilə X6 arasında bağlanmış BPM**********02 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, X5 illik 18 faizlə 18 ay müddətinə 2500 manat məbləğində nağd kredit, illik 24 faiz dərəcəsi ilə, 36 ay müddətinə 600 manat məbləğində Tam kart krediti verilmişdir. xx.xx.2020-ci il tarixli, BPM**********30 nömrəli məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən X5 2475 manat məbləğində pul ödənilmişdir. Maliyyə arayışından görünür ki, X3 "xxxx" ASC-yə xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit ilə əlaqədar əsas borc üzrə 99,21 manat, faiz borcu üzrə 0,01 manat olmaqla cəmi 99,22 manat; tam kart krediti ilə əlaqədar isə əsas borc üzrə 434,33 manat, faiz borcu üzrə 46,32 manat olmaqla cəmi 480,65 manat borcu vardır. "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış 6-2- 22/2-23513/2023 nömrəli, xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, bank cavabdehləri borc barədə xəbərdar edərək gecikdirilmiş borcun ödənilməsini tələb etmiş, əks təqdirdə cavabdehin barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. AZ-İİ seriyalı, 234027 nömrəli ölüm haqqında şəhadətnaminin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin 15 avqust 2023-cü il tarixli, 2089/2023 nömrəli məktubundan görünür ki, 06 yanvar 2022-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi başlanılmış, vərəsələrin dairəsi müəyyənləşdirilərək miras əmlakın miras qoyanın qızı – Cavabdeh1 və arvadı – Cavabdeh3 tərəfindən qəbul edildiyi müəyyən edilmişdir. X7 ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş, yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən X5 illik 18 faizlə 18 ay müddətinə 2500 manat məbləğində nağd kredit, illik 24 faiz dərəcəsi ilə, 36 ay müddətinə 600 manat məbləğində Tam kart krediti verilmişdir. X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Cavabdeh1 və Cavabdeh3 X3 miras qalmış avtomobil üzrə qanun üzrə vərəsələri qismində tanınmşlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Beləliklə hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X6 öldüyünə görə Cavabdeh1 və Cavabdeh3 onun vərəsələri olduqlarından və X2 miras qalmış əmlak vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən bununla da, Cavabdeh1 və Cavabdeh3 borclu kimi mövcud kredit borcunu əldə edilmiş tam hissəyə uyğun ödəməyə borclu olduqlarına görə iddia əsaslıdır. Buna görə də iddia təmin edilərək kredit borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000,0 manatdək olduqda 30,0 (otuz) manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30,40 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birgə qaydada 533,54 manat əsas borc, 46,33 manat faiz borcu və 30,40 manat dövlət rüsumu olmaqla cəmi 610,27 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birgə qaydada 533,54 manat əsas borc, 46,33 manat faiz borcu və 30,40 manat dövlət rüsumu olmaqla cəmi 610,27 (altı yüz on manat, iyirmi yeddi qəpik) manat pul tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar