Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-423/2024 05.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində 1602,60 manat məbləğində vəsaitin, 36,02 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus, Cavabdeh1 tərəfindən idarə olunan **-VN-*** dövlət qeydiyyat nişanlı, “BMW 525İ” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış **-PF-*** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh1 təqsirli bilinmişdir. Sığortalı **-PF-*** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. **-PF-*** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 6815,72 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 6815,72 manat (5776,04 manat təmir xərcləri və 1039,68 manat ƏDV də daxil olmaqla) məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı “İdeal Motors" MMC-nin hesabına köçürülmüşdür. Sığortalı tərəfindən 800,00 manat azadolma məbləği ödənilmişdir. Təqsirli tərəfi icbari sığorta edən "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4413,12 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 1602,60 manat məbləğində vəsaitin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişlər. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq "xxxx" ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan: AD seriyalı, 761994 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin suərtindən görünür ki, “RAVON Nexia R3” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “İdeal Motors" MMC-nin mülkiyyətindədir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 21:10-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat vasitəsinin növü toqquşma olmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində təqsiri olan şəxs Cavabdeh2 mülkiyyətində olan **-VN-*** dövlət qeydiyyat nişanlı, “BMW 525İ” markalı avtonəqliyyat vasitəsini idarə edən şəxs Cavabdeh1, yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulan avtomobil X1 idarə etdiyi **- PF-*** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3” markalı avtonəqliyyat vasitəsidir. "xxxx" ASC tərəfindən tərtib edilmiş Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, “RAVON Nexia R3” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri və bərpası üçün 6815,72 manat manat tələb olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışdan və elektron qaimədən görünür ki, “RAVON Nexia R3” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri və bərpası üçün 6815,72 manat tələb olunmuşdur. 11 may 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “RAVON Nexia R3” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 6815,71 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır. xx.xx.2022-ci il tarixli, **********12 nömrəli çekdən görünür ki, “İdeal Motors" MMC tərəfindən "xxxx" ASC-yə 800 manat məbləğində azadolma məbləği ödənilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, “RAVON Nexia R3” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 6815,72 manat, sığorta ödənişinin məbləği 6015,72 manat, sığortalı tərəfindən ödənilə azadolma məbləği 800 manat təşkil edir. "xxxx" KB ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “İdeal Motors" MMC-yə 6815,72 manat köçürülmə həyata keçirilmişdir. TP seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış 7951/L nömrəli, 28 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, cavabdehlərə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuşdur. X3 ********** nömrəli, xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 36,02 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə, saat 21:10 radələrində Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi **-VN-*** dövlət qeydiyyat nişanlı, “BMW 525İ” markalı avtomobil Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində “İdeal Motors" MMC-nin mülkiyyətində olan X1 etibarnamə əsasında idarə etdiyi **-PF-*** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3” markalı avtomobillə toqquşmuş, nəticədə Ağayev X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq təqsirli bilinmişdir. Vurulmuş zərər 6815,72 manat dəyərində qiymətləndirilmişdir. "xxxx" ASC tərəfindən 6815,72 manat sığorta ödənişi “İdeal Motors"xxxx" MMC tərəfindən "xxxx" ASC-yə 800 manat məbləğində azadolma məbləği ödənilmişdir. Təqsirli tərəfi icbari sığorta edən "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4413,12 manat məbləğində vəsait ödənilmişdir. Nəticədə zərərin ödənilməmiş hissəsinə, yəni 1602,60 manata "xxxx" ASC-nin subroqsiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936-cı madəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə əsaslıdır və bu hissədə təmin olunmalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, hüquqazidd hərəkət qanuni əsasla, yəni nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə avtomobili idarə edən Cavabdeh1 tərəfindən törədildiyindən həmin hərəkətə görə mülki-hüquqi cavabdehliyi də məhz sonuncu daşımalıdır. Digər Cavabdeh2 avtomobilin mülkiyyətçisi olduğu və heç bir hüquqa zidd hərəkət etmədiyi üçün həmin avtomobilə qanuni əsasla sahiblik edən şəxsin hərəkətlərinə görə məsuliyyət daşıya bilməz. Ona görə də iddia Cavabdeh2 aid hissədə təmin edilməməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1602,60 manat, həmçinin ödənilmiş 36,02 manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərci iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 1602,60 (min altı yüz iki manat, altmış qəpik) manat, həmçinin ödənilmiş 36,02 (otuz altı manat, iki qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti xərci iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-423/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-423/2024
05.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver