Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-43/2024 11.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi , İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Bankı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Bankı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış sahəsindən çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 (Borc alan və İpoteka qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********01319 №-li Kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 19 % (on doqquzfaiz) ödənilməsişərtilə, 150 000 (bir yüzəllimin) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçıASC "xxxx" Bankı ilə Cavabdeh3 arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsində yerləşən 0.025 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 291.3 kv.m ümumi, 78.6 kv.m yaşayış, 212.7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 36B nömrəli fərdi yaşayış evinin (bundan sonra bəzi hallarda “1-ci Əmlak” adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2019-cu il tarixli **********01319/01/İP №-li İpoteka müqaviləsi (bundan sonra bəzi hallarda “1-ci İpoteka müqaviləsi” adlandırılacaq) və ünvan 1 ünvanında yerləşən kateqoriyasına (məqsədli təyinatına) görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olan 0.0513 ha torpaq sahəsinin (bundan sonra bəzi hallarda “2-ci Əmlak” adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2019-cu il tarixli **********01319/02/İP №-li İpoteka müqaviləsi (bundan sonra bəzi hallarda “2-ci İpoteka müqaviləsi” adlandırılacaq) bağlanmışdır. Bankın yuxarıda qeyd edilən ipoteka predmetlərinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC "xxxx" Bankına AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq olaraq xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəlielektron Çıxarışlar verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən borc alan Cavabdeh3 əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Belə ki, xx.xx.2022-ci il tarixinə borc alan Cavabdeh3nın Kreditor qarşısında gecikdirilmiş borcu154009,26 (bir yüz əlli dörd min doqquz manat 26 qəpik) manat təşkil edir ki, bunun da 128349,86 (bir yüz iyirmi səkkiz min üç yüz qırx doqquz manat 86 qəpik) manat vaxtı keçmiş əsas borcdan, 25794,88 (iyirmi beş min yeddi yüz doxsan dörd manat 88 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2022-ci il tarixə penya üzrə borc məbləği 8610,14 (səkkiz min altı yüz on manat 14 qəpik) manat təşkiledir. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh3 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq İddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən əsas borc məbləğinin qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək və öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. Beləliklə, yuxarıda göstərilən əsas borc, adi faizlər və penya ilə birlikdə Bankın xx.xx.2021-ci il tarixinə tələblərinin ümumi məbləği isə 162754,87 (bir yüz altmış iki min yeddi yüz əlli dörd manat 87 qəpik) manat təşkil edir. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq Cavabdeh3 ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli 462 №-li və xx.xx.2021-ci il tarixli, 463 №-li bildirişlər göndərilmiş və İddiaçı qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak hesabına ödənilməsi üçün ipoteka predmetinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli 462 №-li bildirişin qeydiyyata alınması barədə xx.xx.2021-ci il tarixli 477 №-li Ərizə və xx.xx.2021-ci il tarixli, 463 №-li bildirişin qeydiyyata alınması barədə xx.xx.2021-ci il tarixli 478 №-li Ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 03 saylı Gəncə Ərazi İdarəsinə müraciət edilmiş və həmin İdarə tərəfindən bildirişlərin qeydə alınması qəbuledilməsi barədə Ərizələrin üzərində qeyd aparılmışdır. İddiaçı tərəfindən Cavabdeh3 ipoteka predmetinin satılması və İddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməliaddım atılmamışdır. İddiaçı ilə borc alan Cavabdeh3 arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair»Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki:«Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə «öhdəliklər vicdanla yerinə yetirilməlidir» (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir». Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda,Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Bundan başqa yuxarıda qeyd etdiyimiz kimi, borcalanCavabdeh3 tərəfindən kreditoraəsas borc məbləğinin qaytarılması üzrə öhdəliyinin icrasının gecikdirilməsinə görə qaytarılması gecikdirilmiş məbləğə gecikdirmənin hər günü üçün Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən illik 15 %(on beş faiz) dərəcəsiilə penya ödənilməlidir. Konstitusiya məhkəməsinin «Azərbaycan RespublikasıMülkiMəcəlləsinin 449-cumaddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ciabzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya məhkəməsinin ”Azərbaycan RespublikasıMülkiMəcəlləsinin 449-cumaddəsinin bəzimüddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində öhdəliyin tam icra olunması gününədək adi faizlərin və penyanın hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusiəhəmiyyətə malikdir. Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqimövqelərini nəzərə alaraq hesab edirik ki, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən etibarən iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % (on doqquzfaiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetinin dəyərindən İddiaçının xeyrinə tutulması barədə İddiaçının irəli sürdüyü iddia tələbləri əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində özmüsbət həllinitapmalıdır. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq hesab edirik ki, məhkəmə hazırki iş üzrə iddia tələblərinin təmin edilməsi haqqında qətnaməni qəbuletdiyi təqdirdə həmin qətnamədə Kredit müqaviləsi üzrə İddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmeti olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi ilə yanaşı, fərdi yaşayış evinin satışından sonra həmin fərdi yaşayış evində yaşayan ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin 1 ay ərzində evdən çıxmadıqları halda onların məcburi qaydada çıxarılmalı olduğunu göstərməlidir. İpoteka predmeti olan fərdi yaşayışevindəcavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Səmid oğlunun və Cavabdeh4 yaşamasıfaktıGəncə “ASAN xidmət”mərkəzi tərəfindən verilmişAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi xx.xx.2019-cu il tarixli, ******* №-liarayış (Forma № 2) və Bankın əməkdaşlarının həyata keçirmiş olduqları monitorinq ilə təsdiq olunur. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, tərəflər аrаsındа bаglаnmış 17 iyun 2020-сi il tагiхli, **********01319 nömrəli krеdit müqаviləsinin ləğv еdilməsi, Cavabdeh3 kreditin əsas borcu üzrə 38400 manat məbləğində qalıq, ona hesablanmış 21758,60 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilmasinə görə hesablanmış 19008 manat məbləğində dəbbə pulu, cəmi 79166,60 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin cavbdh Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri. Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Ağamalı oğlu küçəsi, ev 10-a (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ağamalı oğlu küçəsi, 10/ fərdi yaşayış evi) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 38400 manat məbləğində qalıq, ona hesablanmış 21758,60 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 19008 manat məbləğində dəbbə pulu, cəmi 79166,60 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun iddiaçı «Xalq” Bankı ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddianın dəqiqləşdirilməsi (iddia ərizəsinin tələb hissəsinin 1-ci və 2-ci bəndlərinə dəyişiklik edilməsi barədə) ərizə ilə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********01319/01/İP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsində yerləşən 0.025 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 291.3 kv.m ümumi, 78.6 kv.m yaşayış, 212.7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 36B nömrəli fərdi yaşayış evinə və xx.xx.2019-cu il tarixli **********01319/02/İP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olan torpaq sahəsinə tutma yönəldilsin, ipoteka predmetləri açıq hərracda satılsın və xx.xx.2019-cu il tarixli **********01319 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh3 iddiaçı ASC "xxxx" Bankı qarşısında 128 349,86 (bir yüz iyirmi səkkiz min üç yüz qırx doqquz manat 86 qəpik) manat məbləğində əsas borcu, xx.xx.2023-cü il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 45 758,79 (qırx beş min yeddi yüz əlli səkkiz manat 79 qəpik) manat məbləğində adi faizlər üzrə borcu və xx.xx.2023-cü il tarixinə qədər kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 26 739,55 (iyirmi altı min yeddi yüz otuz doqquz manat 55 qəpik) manat məbləğində penya üzrə borcu, cəmi 200 848,20 (iki yüz min səkkiz yüz qırx səkkiz manat 20 qəpik) manat və xx.xx.2023-cü il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi (zərər), illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 170 (bir yüz yetmiş) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 491 (dörd yüz doxsan bir) manat məbləğində dövlət rüsumunun (iddia tələbinin həcminin artırılması barədə ərizə nəzərə alınmaqla) ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddianın dəqiqləşdirilməsi (iddia ərizəsinin tələb hissəsinin 1-ci və 2-ci bəndlərinə dəyişiklik edilməsi barədə) ərizə ilə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********01319/01 /İP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsində yerləşən 0.025 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 291.3 kv.m ümumi, 78.6 kv.m yaşayış, 212.7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 36B nömrəli fərdi yaşayış evinə və xx.xx.2019-cu il tarixli **********01319/02/İP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olan torpaq sahəsinə tutma yönəldilsin, ipoteka predmetləri açıq hərracda satılsın və xx.xx.2019-cu il tarixli **********01319 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh3 iddiaçı ASC "xxxx" Bankı qarşısında 28 349,86 (iyirmi səkkiz min üç yüz qırx doqquz manat 86 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2023-cü il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 46 157,34 (qırx altı min bir yüz əlli yeddi manat 34 qəpik) manat məbləğində adi faizlər üzrə borcu və xx.xx.2023-cü il tarixinə qədər kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 27 408,57 (iyirmi yeddi min dörd yüz səkkiz manat 57 qəpik) manat məbləğində penya üzrə borcu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 448,87 (dörd yüz qırx səkkiz manat 87 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 102 364,64 (bir yüz iki min üç yüz altmış dörd manat 64 qəpik) manat və xx.xx.2023-cü il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi (zərər), illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 170 (bir yüz yetmiş) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 491 (dörd yüz doxsan bir) manat məbləğində dövlət rüsumunun (iddia tələbinin həcminin artırılması barədə ərizə nəzərə alınmaqla) ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddianın dəqiqləşdirilməsi (iddia ərizəsinin tələb hissəsinin 1-ci bəndinə dəyişiklik edilməsi barədə) ərizə ilə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********01319/01/İP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsində yerləşən 0.025 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 291.3 kv.m ümumi, 78.6 kv.m yaşayış, 212.7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 36B nömrəli fərdi yaşayış evinə və xx.xx.2019-cu il tarixli **********01319/02/İP №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olan torpaq sahəsinə tutma yönəldilsin, ipoteka predmetləri açıq hərracda satılsın və xx.xx.2019-cu il tarixli **********01319 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh3 iddiaçı ASC "xxxx" Bankı qarşısında 45 379,03 (qırx beş min üç yüz yetmiş doqquz manat 03 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2024cü il tarixinə qədər kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 38 254,41 (otuz səkkiz min iki yüz əlli dörd manat 41 qəpik) manat məbləğində penya üzrə borcu, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 3 690,55 (üç min altı yüz doxsan manat 55 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 87 323,99 (səksən yeddi min üç yüz iyirmi üç manat 99 qəpik) manat və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 170 (bir yüz yetmiş) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 491 (dörd yüz doxsan bir) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, iddia ərizəsinin (xx.xx.2024-cü il tarixli dəqiqləşmə əzərə alınmaqla) tələb hissəsinin 3-ci bəndində ipoteka predmetinə tutma yönəldikdən sonra və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış sahəsindən həmin evdə yaşayanların çıxarılması qeyd edilmişdir. Bilindiyi kimi ipoteka müqaviləsi xx.xx.2019-cu ildə bağlandığından və Ali Məhkəmənin mövqeyinə əsasən 2018-ci ildən sonra bağlanmış ipoteka müqavilələri üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarı əsasında həmin ipoteka predmetinə yaşayan şəxslərin çıxarılması mümkünsüz olduğundan və hazırkı iddia ərizəsinin Ali Məhkəmənin mövqeyinə uyğunlaşdırılması məqsədilə iddia tələbinin 3-cü bəndində qeyd edilmiş “fərdi yaşayış evi satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Səmid oğlu və Cavabdeh4, onların ailə üzvləri və digər şəxslər yaşayış sahəsinin 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evində çıxarılsınlar” sözləri iddia tələbinin 3-cü bəndindən çıxarılmasını xahiş etmişdir. İddia tələbini digər hissədə müdafiə edir. Məhkəmə iclasında iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi X3 iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq izahatında göstərdi ki, ekspert rəyi ilə razılaşır. Heç bir etirazı yoxdur. Çünki, respublika üzrə bütün məhkəmələr tərəfindən təyin olunmuş ekspertizalarda ekspertlər eyni formada, yəni ödənişlərin əsas borcdan çıxılması barədə rəylər verirlər. Buna görə də, ekspertiza rəyi ilə razılaşır. Odur ki, iddia dəqiqləşdiriləməsini nəzərə alaraq, iddianın son dəqiqləşməyə uyğun təmin olunmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, (onlar) məhkəmə iclasına gəlməmiş və gəlməməs(lər)inin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir(lər). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh(lər)in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" Bankı ASC ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış **********01319 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Bankı ASC tərəfindən Cavabdeh3 illik 19 faiz olmaqla, 42 ay müddətinə 150000 manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********01319/02/İP saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********01319/02/İP saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsində yerləşən 0.025 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 291.3 kv.mümumi, 78.6 kv.m yaşayış, 212.7 kv.myardımçı sahədən ibarət 4 otaqlı 36B nömrəli fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********60 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi "xxxx" Bankı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********84-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsində yerləşən 0.025 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 291.3 kv.m ümumi, 78.6 kv.m yaşayış, 212.7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 36B nömrəli fərdi yaşayış evi "xxxx" Bankı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, ********** saylı müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı ilə təyin edilmiş 25 aprel 2023-cü il tarixli 10/8663-9/9497 ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsində yerləşən 0.025 ha torpaqsahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 2 mərtəbəli, 291.3 kv.m ümumi 78.6 kv.m yaşayış, 212.7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 36B saylı fərdi yaşayış evinin hazırki vəziyyətdə orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 282.000,0 manat və azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 268.500,0 manat məbləğində müəyyən edilir. ünvan 2 ünvanında yerləşən sənayə, nəqliyyat, rabitə, müdaffiə və digər təyinatlı torpaqlara aid olan 513 kv.m. torpaq sahəsinin hazırki vəziyyətdə orta bazar qiymətlərinəjjyğun ümumi dəyəri təqribən 53.300,0 manat və azalma əmsalı tətbiq edilməklə likvid dəyəri təqribən 50.600,0 manat məbləğində müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı ilə təyin edilmiş 30 oktyabr 2023-cü il tarixli 9/6649 saylı ekspert rəyindən görünür ki, birinci sual üzrə - iş materiallarında olan maliyyə arayışı məlumatlarından göründüyü kimi, Cavabdeh3 tərəfindən xx.xx.2023-cü il tarixədək olan dövrdə ümumilikdə manat məbləğində ödəniş aparılmışdır ki, həmin ödənişin 75.777,67 manatı əsas borca, 99.372,33 manatı isə faiz borcuna silinir. İkinci və üçüncü suallar üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********01319 nömrəli kredit müqaviləsi üzrə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh3 xx.xx.2023-cü il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: əsas borc üzrə 74.222,33 manat, faiz borcu üzrə 156,69 manat. Ekspert qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda Cavabdeh3 ilə "Xalq Bank” ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********01319 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh3 "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur:- əsas borc üzrə 74.222,33 manat, faiz borcu üzrə 465,95 manat. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı ilə təyin edilmiş 15 iyul 2024-cü il tarixli 9/224 saylı ekspert rəyindən görünür ki, birinci sual üzrə jş materiallarında olan maliyyə arayışı məlumatlarından göründüyü kimi, Cavabdeh3 tərəfindən xx.xx.2023-cü il tarixədək olan dövrdə ümumilikdə 175.150,00 manat məbləğində ödəniş aparılmışdır ki, həmin ödənişin 75.777,67 manatı əsas borca, 99.372,33 manatı isə faiz borcuna silinir. İkinci, üçüncü və dördüncü suallar üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********01319 nömrəli kredit müqaviləsi üzrə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh3 xx.xx.2023-cü il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: əsas borc üzrə 74.222,33 manat; faiz borcu üzrə 156,69 manat. Ekspert qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda Cavabdeh3 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********01319 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh3 "xxxx" ASC -yə olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 74222,33 manat, faiz borcu üzrə 465,95 manat. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 463 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Bank ASC ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsi əsasında kredit təşkilatından kredit alaraq üzərinə həmin müqavilələr üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Həmçinin, kreditin təminatı olaraq ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsində yerləşən 0.025 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 291.3 kv.m ümumi, 78.6 kv.m yaşayış, 212.7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 36B nömrəli fərdi yaşayış evi və ünvan 1 ünvanında yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olan torpaq sahəsi ipoteka ilə yüklü etmişdir. Verilmiş kreditlərin qaytarılmasının təminatı kimi bank və cavabdeh arasında ipoteka müqaviləsi bağlanılmışdır. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Cavabdeh bu kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə toplanmış sübutları, eyni zamanda müqayisəli şəkildə ekspertiza rəylərinə baxış keçirərək hesab edir ki, iddia əsas borca münasibətdə tam təmin olunmalıdır. Belə ki, məhkəmənin qərardadı ilə təyin edilmiş ekspertiza rəyləri sonuncunun iddiaçıya kredit müqaviləsi üzrə 74222,33 manat əsas borcunun olması müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Belə olan halda məhkəmə ekspert rəylərini MPM-nin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, iş üzrə ekspertizanın təyin olunmasından sonra borca dair ödənişlərin həyata keçirildiyini nəzərə alaraq, keçirilmiş sonuncu məhkəmə-mühasibatlıq ekspertizasının rəyi iş üzrə əsas götürülərək tədqiq olunmalıdır. İş materiallarından görünür ki, xx.xx.2024 cü il tarixli ekspert rəyindən sonrakı dövrdə, cavabdeh tərəfindən ümumilikdə 29000,manat ödəniş edilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli iddi tələbinin azaldılması barədə ərizəyə əlavə olunmuş cavabdehin kredit müqaviləsi üzrə borcundan aparılan ödənişlər barədə cədvəl məlumatlarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 5000,0 manat, xx.xx.2024-cü il tarixdə 24.000,0 manat olmaqla ümumilikdə kredit borcu üzrə 29000,0 manat ödəniş edilmişdir. Həmçinin həmin cədvəl məlumatlarından görünür ki, cavabdeh tərəfində aparılan ödənişlərin 156,69 manatı ekspert rəyi ilə müəyyən olunmuş faizlərdən, 28.843,31 manatı isə əsas borcdan silinmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli ekspert rəyindən sonrakı tarixdə aparılmış ödənişlər nəzərə alındıqda cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə əsas borcu 45.379,03 (74.222,33 (ekspertizanın rəyi ilə müəyyən olunmuş əsas borc) – 28843,31 manat (ekspertizanın rəyindən sonra əsas borcdan ödəniş)) müəyyən olunur. Göründüyü kimi, cavabdehin iddiaçıya hazırda 45379,03 manat əsas borcu ödənilməmiş qalmışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçının cavabdehdən 45379,03 manat əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yəni, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin, sözügedən norma Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. “Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər” İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, iddiaçı cavabdehdən müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan faiz borcunu tələb edir. İş materiallarından görünür ki, iddiaçı Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan faiz borcunu xx.xx.2023-cü il tarixdən (kredit müqaviləsinin müddətinin bitdiyi tarix) xx.xx.2024-cü il tarixlədək olan dövrü tələb edir. Məhkəmə qeyd dir ki, iddia təlbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan məlumatlardan müəyyən olunur ki, cavabdehin xx.xx.2023-cü il tarxdə və xx.xx.2024-cü il tarixdə apardığı ödənişlər nəzərə alınmaqla onun banka olan əsas borcu xx.xx.2023-cü il tarixə 74.222,33 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixə 69.379,02 (74.222,33 – 4843,31) manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək 45.379,03 manat olmuşdur. Göründüy kimi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr 14 ay 26 gün təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki cavabdeh tərfindən əsas borcdan aparılmış ödənişlər nəzərə alındıqda Mərkəzi Bankın uçot dərəcəsi əsasında 5 faiz dərəcəsi ilə cavabdehə hesablanmalı olan faiz borcu aşağıdakı kimi müəyyən olunur: 1) 74222,33 * 5 % / 360 x 39 gün (1 ay 9 gün) = 402,04 manat; 2) (69.379,02 * 5 % / 360 * 217 gün (7 ay ay 7 gün) = 2091,0 manat; 3) (45379,41 * 5 % / 360 * 190 gün (6 ay 10 gün) = 1197,51 manat; Belə olan halda məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt üçün cavabdehdən 3690,55 (402,04 + 2091,0 + 1197,51) manat faiz borcu tutularaq tutularaq iddiaçı "xxxx" Bank ASC-yə ödənilməlidir. Məhkəmə iddianın cərimənin tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 38254,41 manat məbləğində deyil, 1800,0 manat manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, 1800,0 manat məbləğində cərimə borcu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilən qanunvericilik akt normalarına əsasən hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia qeyd edilən hissələrdə qismən təmin edilməli, 45379,03 manat əsas borc, 1800,0 manat penya (cərimə), 3690,55 manat müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış faiz, cəmi 50 869,58 manat məbləğində pul Cavabdeh3 alınaraq "xxxx" Bank ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin iddianın 491 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 491,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və əsas verən Qanunda nəzərdə tutulmuş digər hallar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaklar yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı ilə təyin edilmiş 25 aprel 2023-cü il tarixli 10/8663-9/9497 ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsində yerləşən 0.025 ha torpaqsahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 2 mərtəbəli, 291.3 kv.m ümumi 78.6 kv.m yaşayış, 212.7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 36B saylı fərdi yaşayış evinin hazırki vəziyyətdə orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 282.000,0 manat və azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 268.500,0 manat məbləğində müəyyən edilir. ünvan 2 ünvanında yerləşən sənayə, nəqliyyat, rabitə, müdaffiə və digər təyinatlı torpaqlara aid olan 513 kv.m. torpaq sahəsinin hazırki vəziyyətdə orta bazar qiymətlərinəjjyğun ümumi dəyəri təqribən 53.300,0 manat və azalma əmsalı tətbiq edilməklə bazar dəyəri təqribən 50.600,0 manat məbləğində müəyyən edilir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Belə olan halda məhkəmə tərəflər arasında mənzilin ilkin satış qiyməti barədə razılıq olmamasını, qiymətləndirmə aparmış Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, onun tərəfindən aparılmış qiymətləndirməni Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsində yerləşən 0.025 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 291.3 kv.m ümumi, 78.6 kv.m yaşayış, 212.7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 36B nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 268500 manat və ünvan 1 ünvanında yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olan torpaq sahəsinin ilkin satış qiyməti 50600 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə olunan pul vəsaiti "xxxx" Bank ASC-yə olan borcun qaytarılmasına ödənilməlidir. Məhkəmə iddianın “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 170 manat dövlət rüsumunun ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: 6.1.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: 6.1.2. Vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması; 6.1.4. ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması üçün 20 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 10 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar dövlət rüsumunu və xidmət haqqını ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, iddia bu hissədə də qismən təmin edilməklə, iddiaçının dövlət rüsumunu və xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia bu hissədə təmin edilərək, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 170 manatı cavabdehdən aid edilməli və buna görə də iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması ilə əlaqədar ödənilmiş 170 manat dövlət rüsumunu Cavabdeh3 alınaraq iddiaçıya ödənilməlidir. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən aydın olur ki, ekspertiza tədqiqatlarının dəyəri 395 manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 395 manat məbləğində pul vəsaiti Cavabdeh3 alınaraq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 45379,03 manat əsas borc, 1800 manat penya (cərimə), 3690,55 manat müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış faiz, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydiyyata alınmasına görə ödənilmiş 170,0 manat pulun, 491 manat dövlət rüsumunun, cəmi 51530,58 manat məbləğində pul Cavabdeh3 alınaraq "xxxx" Bank ASC-yə ödənilsin. Tələb Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsində yerləşən 0.025 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 291.3 kv.m ümumi, 78.6 kv.m yaşayış, 212.7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 36B nömrəli fərdi yaşayış evinə və ünvan 1 ünvanında yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olan torpaq sahəsinə yönəldilsin. Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsində yerləşən 0.025 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli, 291.3 kv.m ümumi, 78.6 kv.m yaşayış, 212.7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 36B nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 268500 manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 51530,58 manat məbləğində kredit borcu "xxxx" Bank ASC-yə ödənilsin. ünvan 1 ünvanında yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olan torpaq sahəsinin ilkin satış qiyməti 50600 manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 51530,58 manat məbləğində kredit borcu "xxxx" Bank ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 395 manat məbləğində pul vəsaiti Cavabdeh3 alınaraq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-43/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-43/2024
11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver