Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4336/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2012-ci ildə X2 ilə bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş 4275.03 manat borcun, iş üzrə ödənilmiş 62.76 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, hazırda ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 4740 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri 31 saylı notariat ofisinin xüsus notariusu Ramiz Hümmətovun tərəfindən cavablandırılmış 75 saylı xx.xx.2023-cü il tarixli məktubdan məlum olmuşdur ki, X2 xx.xx.2012-ci ildə vəfat etmişdir və oğlu Cavabdeh onun vərəsəsidir. Borcun ödənilməsi barədə rəsmi xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, cavabdeh X1 xx.xx.2023-cü il tarixə ödənilməmiş kredit borcu 4 275,03 (dörd min iki yüz yetmiş beş manat, 03 qəpik) manat təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə hazırda ləğv prosesində olan "xxxx" ASC ilə X2 arasında cavabdehə illik 26 faiz ödəmək şərtilə 24 aylıq müddətə 4740 manat məbləğin verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə "xxxx" ASC-yə 4275.03 manat müqavilə üzrə əsas borcu vardır. İş materiallarında olan Bakı şəhəri 31 saylı notariat ofisinin xüsus notariusu Ramiz Hümmətovun tərəfindən cavablandırılmış 75 saylı xx.xx.2023-cü il tarixli məktubdan məlum olmuşdur ki, X2 xx.xx.2012-ci ildə vəfat etmişdir və oğlu Cavabdeh onun vərəsəsidir. İş materialları ilə müəyyən edildi ki, kreditalanın vərəsəsi kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Eyni zamanda cavabdeh də hazırki iddia ilə bağlı hər hansı etiraz verməməklə iddia tələbini təkzib edəcək hər hansı bir sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Həmin Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh, Cavabdeh xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 4275.03 manat (dörd min iki yüz yetmiş beş manat üç qəpik) borc və həmçinin ödənilmiş 62.76 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı, ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 4275.03 manat (dörd min iki yüz yetmiş beş manat üç qəpik ) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 62.76 manat ( altmış iki manat yetmiş altı qəpik) dövlət rüsumu tutularaq iddiaçı , hazırda ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-4336/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4336/2023
27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver